Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Empatiya
Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır. “Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır. Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb.
Hipatiya
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
Apatiya
Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı,müəyyən hərəkətlərə meylin,marağın olmaması(çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur).Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq,ruhi soyuqqanlıq,hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür.Aşkardır ki,stoiklərə Şərq dini fəlsəfi baxışları,xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır. == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti.
İsgəndəriyyəli Hipatiya
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
Matiya Divkoviç
Matiya Divkovic (bosn. Matija Divković Matija Divković; 21 avqust 1563 və ya 1563 – 21 avqust 1631 və ya 1631) — Bosniyalı ruhani yazıçı, tərcüməçi, yəhudi Fransiskan ordeninin rahibi . O həm də Bosniya və Herseqovina ədəbiyyatının banisi sayılır. == Tərcümeyi-hal == Vareş yaxınlığında Xorvat ailəsində anadan olub. Olovodakı Fransiskan məktəbindətəhsil alıb. Daha sonra təhsilini İtaliyada davam etdirmişdir. 1609-cu ildə keşiş kimi xidmət etdiyi Sarayevoda yerləşdi. Elə həmin dövrdə Bosniya və Herseqovina slavyanlarının mədəniyyətini, Bosniya Fransiskan vilayətində katolik teologiyasının dini tədqiqatlarını öyrənməyə başladı. "Slavyanlar üçün kəndli elmi" ilk əsərini yazdı və "Mübarək və şanlı bakirənin yüz möcüzəsi və ya əlaməti"ni tərcümə etməyə başladı. 1611-ci ildə Venesiya Respublikasına köçdü və burada əsərlərini nəşr etdirdi.
Оpаtiya
Оpаtiya (xorv. Opatija, alm. Sankt Jakobi‎, it. Abbazia) — Xorvatiyanın Adriatik dənizi sahilində, Riyekanın cənub-qərbindəki bir şəhərdir. 2011-ci ildən etibarən şəhərin 11,659 əhalisi var, mərkəzdə isə 6,657 nəfər yaşayır. Məşhur yay və qış tətil yeridir, qışda orta istilik 10 °C və yayda 25 °C olur. Opatiya dəfnə meşələri ilə əhatə olunmuşdur. Şimalda və cənubda bütün dəniz sahili qayalıq və mənzərəlidir. == Tarixi == 1872-ci ildə Matulyiyə dəmir yolları çəkildi və bununlada Opatiyada və Lovranda turizmin inkişafına səbəb oldu. Avstriya imperatoru I Frans İosif bir neçə ay qış aylarında burada qalmış və 19-cu əsrin sonlarından qalma lüks otel və villada dəfələrlə məskunlaşmışdır.