emboliya

emboliya
emblemsiz
embrio
OBASTAN VİKİ
Emboliya
Emboliya (q.yun. ἐμβολή-atılma — qan dövranı pozğunluqlarının ən təhlükəli formalarından biri olmaqla, eyni zamanda damar cərrahiyyəsinin ən asan və ən sürətli müalicə olunan xəstəliklər qrupuna daxildir. == Ümumi məlumat == Embol adətən, trombun qopmuş hissəsi və qan damarı ilə hərəkət edən bir kütlə kimi başa düşülür və qan və limfa damarı keçidinin müxtəlif maddələrlə tutulmasına deyilir. Əslində bu maddələr ekzogen xarakterli olmaqla normada orqanizmin mayelərində (şirələrində) embol formasında olmur, dövr edən maye sistemində ya sonradan əmələ gəlir (məs, tromb) ya da xaricdən düşür (məs, hava). Embollar ən çox sıxlıqla aşağı ətraf (% 45–60), daha sonra isə yuxarı ətraf damarlarında (% 9–13) müşahidə olunur. Tromboz ve emboliya ilə əlaqədar meydana çıxan ilkin patoloji dəyişikliklər mənfəzi tutulmuş arterial damarın qanla təchizedici sahəyə uyğun qan dövranının pozulması, toxumalarda hipoksiya ilə əlaqədar oksidləşməmih maddələrin artması ve metabolik asidozun meydana çıxması ilə xarakterizə olunur. Belə vəziyyətdə qan elementlərinin xüsusilə trombositlərin ad-hezivliyinin artmasından törənmiş aqreqatlar kapillyar mənfəzini tutaraq mikrosirkulyator pozğunluqlar törətməklə, toxuma hipoksiyasını artırır. Hipoksiyanın nəticəsi olaraq toxumalarda toxuma membranına toksiki təsir göstərən aktiv polipeptidlərin (histamin, serotonin, kininlər, prostoqlandinlər) miqdarı artır. Tədricən toksiki prosesler toxuma membranının keçiriciliyini artırır, kapillyar damarlarda staz, toxumalararası sahədə isə ödem baş verir. Prosesin davam etməsi toxumaların nekrozlaşması ilə nəticələnir.
Hava emboliyası
Hava emboliyası — qaraciyər venalarının və ya aşağı boş venanın zədələnməsi nəticəsində baş verən nadir (<1%), lakin təhlükəli ağırlaşmadır. Damarı zədələməmək, ağciyər ventilyasiyasını aşağı təzyiqlərdə aparmaq profilaktik tədbirlərdir. Emboliya baş verdikdə isə, xəstənin baş tərəfini aşağı salmaq, kardio-pulmonar intensiv terapiya məsləhət görülür.