embriodiya
embriokardiya
OBASTAN VİKİ
İnsan embriogenezi
İnsan embriogenezi — insan embrionunun inkişafı və formalaşması. Bu, inkişafın erkən mərhələlərində baş verən embrionda hüceyrə bölünməsi və hüceyrə diferensiasiyası prosesi ilə xarakterizə olunur. Bioloji dairələrdə insan inkişafı təkhüceyrəli ziqotdan yetkin bir insana qədər böyüməyi əhatə edir. Spermatozoid müvəffəqiyyətlə yumurtahüceyrə ilə birləşdikdə mayalanma baş verir. Sperma və yumurtadan gələn genetik material daha sonra birləşərək ziqota adlanan tək hüceyrə əmələ gətirir. Embriogenez inkişafın ilk səkkiz həftəsini əhatə edir; doqquzuncu həftənin əvvəlində embrion döl adlandırılmağa başlayır. İlk 8 həftə iyirmi üç stadiyadan ibarətdir . İnsan embriologiyası — döllənmədən sonra ilk səkkiz həftə ərzində dölün inkişafının öyrənilməsidir. Normal hamiləlik müddəti təxminən 9 ay və ya 40 həftə təşkil edir. İlkin mərhələ və ya pre-embrion mərhələsi yenicə yaranmaqda olan embrionun uşaqlıqda özünü möhkəmləndirməsinə qədər davam edir və bu mərhələ təxminən 10 gün davam edir.

Значение слова в других словарях

бута́да ве́рфный вколо́ть выспра́шивать коксова́ть неощути́тельно опознава́тель отмо́чный укле́ить уста́лостный докембри́йский заночёвывать лося́тина незлопа́мятность обрати́ться перепи́счица ракообра́зные ревни́вица чивастега electorship engaging transvestite степняк шатенка шелопай