ENEMY

enemy1

n 1. düşmən, yağı; bitter ~ qatı düşmən; to be sworn enemies qatı düşmən olmaq; 2. hərb. (özündən sonra fel həm təkdə, həm də cəmdə işlənə bilər) düşmən, rəqib; The enemy is / are in large force Düşmən qüvvəsi böyük miqdardadır;

◊ to be one’s own ~ özünün düşməni olmaq; the great / last ~ ölüm, əcəl

enemy2

adj hərb. düşmən; ~ camp düşmən düşərgəsi; ~ dead düşmənin həlak olmuş əsgərləri və zabitləri

ENDURING
ENERGETIC
OBASTAN VİKİ
Arch Enemy
Arch Enemy — 1996-cı ildə İsveçin Halmstad şəhərində yaranmış melodik death metal qrupudur. Mayk Amott, Carcass'ın dağılmasının ardından, 1995-ci ildə İsveçin Halmstad şəhərində açdığı bir musiqi mağazasını işlədirdi. Hətta Mayk həmin dövrdə Soilwork'ün ilk albomunun çıxması üçün qrupu musiqi şirkətləri ilə tanış etmiş və bunun nəticəsində Soilwork'ün karyerasını başlatmışdır. Bu sıralarda öz adına bir qrup qurmağa qərar verən Mayk, qısa müddətdə bir ulduzlar heyəti meydana gətirdi və ilk albom hazırlıqlarına başladı. İkinci gitarist olaraq Armageddon qrupunun gitaristi və qardaşı olan Xristafor Amott'u qrupa qatan Mayk, bas gitarist olaraq Viçeri, İluill və Mercyful Fate'də də çalmış olan Şarli d'Angelo'nu, perkusiyaçı olaraq da Euçarist və In Flames'də da olan və At The Gates perkusiyaçısı Adrian'ın da qardaşı olan Daniyel Erlandsson'u qrupa qatdı. Vokalist əskikliyini isə o günə qədər adı eşidilmiş bir qrupda yer almamış olan Yohan Liiva ilə doldurdu. Bu ulduzlar heyətiylə şirkət tapmaqda çətinlik çəkən Arch Enemy, Century Media Records ilə razılaşaraq 1996-cı ildə "Black Earth" albomunu satışa çıxartdı. Melodik və bir o qədər də sərt mahnıların yer aldığı bu albom, qısa müddətdə qrupun adını eşitdirməsini təmin etdi. Albomda həm də Iron Maiden "Ides of March" coveri də yer alırdı. "Bury Me An Angel" mahnısına çəkilən klip və uzaq şərq turundan sonra qrup ikinci albomunun işlərinə başladı.
Public Enemy
"Public Enemy" (qısa olaraq "PE"; ing. dilindən "Xalq düşməni") — Lonq Aylenddən olan ABŞ hip hop qrupu. Media tənqidləri, afroamerikalılar cəmiyyətinin problemlərinə aktiv maraq və mahnılarında siyasiləşdirilmiş mətnlər istifadə etmək ilə tanınır. Onlar ən çox, ilk dəfə Spayk Linin "Düzgün et!" (ing. Do the Right Thing) filmində səslənən "Fight the Power" adlı kompozisiyası ilə tanındılar. Radikalizmi ilə seçilən It Takes a Nation of Millions to Hold Us Back adlı albomun çıxarılması ilə onlar hip hop mühitində avanqard proyekt kimi Run-D.M.C.-i ötdülər. N.W.A-nın erotik eskapizmindən fərqli olaraq, "Public Enemy"nin mətnləri kəskin sosial mövzulara həsr edilmiş və dinləyiciləri aktiv həyat mövqeyi tutmağa təşviq etmişdir. Həm musiqi, həm də siyasi cəhətdən "Public Enemy" inqilabi idi. 1990-cı illərdə aktivliyin kəskin azalmasına baxmayaraq, bir çox hip-hop bilicisi üçün "Public Enemy" rep qrupunun etalonu olaraq qalır. Chuck D (Karlton Duqlas Ridenauer).