eng

adj. 1. dar, ensiz; tutumsuz; ~er Weg dar yol; 2. (nahe) yaxın; 3. (Kleid) sıx, kip, dar; 4. (Freund) səmimi, yaxın; ~e Beziehungen sıx əlaqə; ~er machen vt daraltmaq, darlaşdırmaq; zu ~ sein dar gəlmək; e-n ~en Horizont haben dargörüşlü olmaq; sehr ~ daram, çox dar, darısqal; ~er werden ensizləşmək, daralmaq
energisch
Engagement
OBASTAN VİKİ
ENGINET
Enginet — Azərbaycanda FTTH texnologiyası əsasında telekommunikasiya həlləri və sistem inteqrasiyasının təminatçısıdır. == Tarix == Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET, fəaliyyətə 2009-cu ildə özəl sektor üçün ADSL2 + texnologiyasına əsaslanan İnternet xidmətləri təqdim etməklə başlamışdır. 2013-cü ilin dekabr ayında FTTH texnologiyası tətbiq etməklə optik xətti birbaşa evədək çəkməklə fəaliyyətə davam etdi. 2016-ci ildə şirkət “BİRLink” telekommunikasiya brendini yaratdı. Brend yerli bazarda eyni optik lifli kanal üzərindən filtrasiya edilmiş internet xidməti, İP telefoniya, İP televiziya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri təqdim etdi. Hazırda Bakıdan başqa, BİRLink Xırdalan, Sumqayıt, Şamaxı, Şirvan, Sabirabad, Gəncə, Şəmkir və Mingəçevir şəhərlərində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə fəaliyyət göstərir. == Xidmətlər == İnternet; Rəqəmsal televiziya (IPTV); Rəqəmsal telefoniya (SIP); Bulud əsaslı videomüşahidə; Filtrasiyalı internet; Statik İP ünvan; Sistem inteqrasiyası; == Texnologiya == 2013-cü abunəçinin mənzilinə (fərdi ev) bir fiber optik kabel çəkilir. Bu gün FTTH genişzolaqlı məlumat ötürmə şəbəkələri yaratmaq üçün istifadə olunan ən inkişaf etmiş texnologiyadır. Bu texnologiyadan istifadə edərək, bir mənzilə və ya ofisə fiber optik əlaqə, 1 GB / saniyəyə qədər sürətdə İnternet bağlantısı ildə şirkət ölkədə ilk dəfə olaraq yeni FTTH (evədək optika) istiqaməti üzrə xidmətlər təqdim etdi. Rabitə kanallarının FTTH üsulu ilə təşkili, xidmət təminatçının avadanlıqlarından birbaşa təmin edir.
Engadget
"Engadget" — çoxdilli ABŞ texnologiya bloqu. Bloqda qadcetlər və istehlak elektronikası haqqında xəbərlər dərc edilir. "Engadget"in hazırda müstəqil redaksiya qrupları ilə ingilis dilində 4 və digər dillərdə 6 bloqu var. "Engadget" bloqu "Technorati top 100"də ilk beş saytdan biri idi və "TIME" tərəfindən 2010-cu ilin ən yaxşı bloqlarından biri kimi qeyd edilmişdir. == Tarixi == "Engadget" bloqu "Gizmodo" texnologiya bloqunun keçmiş redaktoru və həmtəsisçisi Piter Roxas tərəfindən təsis edilmişdir. O, hər gün istehlakçı elektronikası ilə bağlı bir neçə məqalə, texnologiya dünyası haqqında şayiələr və şəxsi fikirlər dərc edirdi. 2004-cü ilin oktyabr ayından etibarən həftəlik texnologiya yeniliklərini əhatə edən"Engadget Podcast" yayımlanır. == Mükafatlar == "The Engadget Show" 2011-ci ildə iki "Vebbi" mükafatına layiq görülmüşdür.
Engeco
Şimpanze (lat. Pan) — Primatlar dəstəsinin Hominidlər fəsiləsinə aid insanabənzər meymun cinsi. Bu cinsin iki növü yaşayır, adi şimpanze (Pan troglodytes) və cırtdan şimpanze, bonobo (Pan paniscus).
Engelbert Hamperdink
Engelbert Hamperdink (ing. Engelbert Humperdinck, ilk adı Arnold Corc Dorsi, ing. Arnold George Dorsey; 2 may 1936, Çennai, Britaniya Hindistanı) — britaniyalı estrada müğənnisi. 1960-cı illərin ikinci yarısında və 1970-ci illərdə "Release Me (And Let Me Love Again)", "After the Lovin'" və "The Last Waltz" ("The Last Waltz with You") hitləri ilə məşhurluq qazanmışdır. 2012-ci ildə 57-ci Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmişdir. == Həyat və yaradıcılığı == Hindistanın Mədrəs şəhərində Britaniya ordusunun zabiti Mervin Dorsi və onun həyat yoldaşı Oliviyanın ailəsində dünyaya gəlmişdir. Ailədə on uşaqdan biri olmuşdur. 10 yaşında ikən ailəsi İngiltərənin Lester şəhərinə köçür və qısa müddət sonra o musiqiyə maraq göstərərək saksofonda ifa etməyi öyrənir. 1950-ci illərin əvvəllərində gecə klublarında bu musiqi alətində ifa edir, lakin 17 yaşınadək, dostlarının onu oxumağa məcbur etməsinədək oxumağa cəhd etmir. Onun komik aktyor Cerri Lüisə olan sevgisi dostlarının onu Cerri Dorsi adlandırmasına səbəb olur.
Engelbert Kempfer
Engelbert Kempfer (alm. Engelbert Kaempfer‎; 16 sentyabr 1651[…] – 2 noyabr 1716[…]) — Səyyah. Kempfer səfərləri əsnasında Azərbaycana gəlmiş və bir müddət burada qalmışdır. Kempfer Bakı, Şamaxı, Şəki və Gəncənin XVII əsr gündəlik həyatı haqqında müxtəlif məlumatlar vermişdir.
Engelman küknarı
Engelman küknarı (lat. Picea engelmannii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm-dır. Vətəni Şimali Amerikadır. Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır.
Engelmannia
Engelmannia (lat. Engelmannia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Angelandra Endl.
Engels
Engels — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir == Tarixi == Əlbəttə "Abad şəhərlər yollar ayrıcında, çaylar üzərində salınmışdır" deyənlər yanılmırlar. Kiçik Bakır kəndi də Volqa çayı ilə Elton gölü arasındakı Böyük yolda, Saratov şəhərindən azca aralı yerləşirdi. Vaxtilə qədim Saratov Volqanın bu üzündə Bakırdan bir kilometr yarım məsafədə yerləşirdi. Yanğından sonra onu Volqanın o biri üzünə köçürdülər. Bu yola "Elton traktı" deyirdilər. 1747-ci ilin yayında senat podpolkovnik Çemadurovun rəhbərliyi altında Elton gölünü tədqiq etməkdən ötrü elmi ekspedisiya göndərmişdir. Rusların tələffüzündə Elton kimi səslənən bu ad indi elə bu şəkildə də rəsmiləşdirilib. Əsl adı çox güman ki, Altun olan bu göl (Sahil yamacları və dibi qırmızı torpaqdan olan bu göl həqiqətən qızıl kimi parlayır) yerli tatar və kalmıkların tələffüzündə Altun~Alton adlanıb, sonradan rusca Elton şəklinə düşmüşdür. Çemadurov senata Elton gölünün tədqiq edildiyini və buradakı duzun hasil edilməsinin məqsədəuyğun olduğunu xəbər verir.
Engelsberq dəmir zavodu
Engelsberq dəmir zavodu (isv. Engelsbergs bruk) İsveçin Vestmanland əyalətindəki Faqersta bələdiyyəsindəki bir kənddir. 1681-ci ildə Per Larsson Qullenhuk (1645-1706) tərəfindən inşa edilmiş və 1700-1800-cü illərdə dünyanın ən müasir dəmirqayırma fabriklərindən birinə çevrilmişdir. 1993-cü ildən bəri YUNESKO-nun dünya irsi mirası olaraq siyahıya alınmışdır. == Adı == Engelsberq dəmir zavodu əvvəllər Englika adlanırdı. Englika Almaniyada anadan olmuşdur, 14-cü əsrdə Engelsberqdə dəmir istehsalına başladı. == Tarixi == Bölgədə dəmir istehsalının tarixi ən az 13-cü əsrə aiddir. Yerli kəndlilər həm filizi qazır, həm də primitiv sobalardan istifadə edərək dəmir istehsal edirdilər. 16-cı əsrin sonlarında Engelsberqdə daha müasir istehsal üsulları tətbiq olundu və sonrakı onilliklərdə istehsal həcmi əhəmiyyətli dərəcədə artdı. == Təsviri == Mühafizə olunan binalara malikanə ev, müfəttişin evi, partlayıcı soba ilə əritmə evi daxildir.
Engelsbukta
Engelsbukta (norv. Engelskbukta) — Forlandsundet boğazının şimal-şərqində yerləşir. Körfəz 1.5 km enə malikdir. Körfəz öz adını XVII əsrin əvvəllərində ingilis balina ovçularının tez-tez ziyarət etməsindən almışdır. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Engelskənd
İrmaşlı (əvvəlki adları: Ayxenfeld; Engelskənd (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Engelskənd kəndi İrmaşlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin ərazisi irmaşlı tayfası'na mənsub olduğundan həmin tayfanın adını daşıyırdı. XIX əsrdə burada rus çar hökuməti tərəfindən yerləşdirilən alman ailələri onu Ayxenfeld (almanca Eichenfeld - "palıd dərəsi") adlandırmışdılar. Sovet dövründə, 1930-cu illərdə isə kəndin adı alman filosof və marksizmin yaradıcılarından biri olan Fridrix Engelsin şərəfinə Engelskənd olaraq dəyişdirilmişdi. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur. == Əhalisi == Kənd əhalisi 5300 nəfərdir ki, onunda 2750 nəfəri kişi, 2550 nəfəri isə qadınlar təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Əhali əsasən Rusiyada bizneslə işləyənlərdən ibarətdir.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Engin Akyürek
Engin Akyürek (12 oktyabr 1981, Ankara) — məşhur Türk film və televiziya aktyoru. == Həyatı və Karyerası == Engin Akyürek 12 oktyabr 1981-ci ildə Ankarada doğulub. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi tarix bölümünün məzunu olan Engin, "Türkiye'nin Yıldızları" adlı yarışma proqramında birinci olaraq aktyorluğa başladı. Yarışma bitəndən sonra "Yabancı Damat" serialına dəvət aldı. Sonrakı illər Türkiyənin ən məşhur "Karayılan", "Bir Bulut Olsam", "Fatmagül'ün Suçu Ne?", "Kara Para Aşk", "Ölene Kadar", "Sefirin Kızı" seriallarında uğurla baş rolları ifa etdi. Bununla bərabər "Kader", "Bi Küçük Eylül Meselesi", "Çocuklar Sana Emanet", "Bir Aşk İki Hayat" bədii filmlərdə də baş rollara çəkildi. == Filmoqrafiya == === Film === 2006: Kader 2014: Bi Küçük Eylül Meselesi 2018: Çocuklar Sana Emanet 2019: Bir Aşk İki Hayat === Serial === 2004–2007: Yabancı Damat 2007–2008: Karayılan 2009: Bir Bulut Olsam 2010–2012: Fatmagül'ün Suçu Ne?
Engin Alan
Engin Alan (3 mart 1945, Üsküdar, İstanbul ili) – türkiyəli hərbçi, təqaüddə olan general-leytenant. Keçmişdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş və 24. çağırış TBMM-də MHP İstanbul millət vəkili olmuşdur. == Həyatı == Engin Alan 31 mart 1945-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərinin Üsküdar bölgəsində anadan olmuşdur. Türk millətçisi olması və Abdullah Öcalanın həbs edilməsi ilə nəticlənən əməliyayta rəhbərlik etməsi ilə məşhurdur. Ailəlidir və 2 uşaq atasıdır. Yüksək səviyyədə rusca və ingiliscə bilir. == Hərbi karyerası == 1965-ci ildə Quru Hərb Məktəbini bitirmişdir. Müxtəlif bölmələrdə xidmət etmişdir. Daha sonra Qara Hərb Akademiyasını bitirərək qərərgah zabiti oldu.
Engin Altan Düzyatan
Engin Altan Düzyatan (26 iyul 1979, İzmir, Türkiyə) — Türk aktyor və aparıcı. == Həyatı == Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir ilinin Qarşıyaxa ilçəsində anadan olmuşdur. 1996-cı ildə "9 sentyabr" Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula gəlmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkr Dövlət Teatrında işləmişdir. Engin Altan Düzyatan, Yeditəpə İstanbul, Koçum Mənim, Bir bulud olsam, Qapalıçarşı, Son, Yol Ayrımı və Cinayət kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı oldu. Hal-hazırda TRT 1-də yayımlanan Diriliş Ərtoğrul teleserialında Ərtoğrul Qazi rolunu canlandırır. 2014-cü ildə Nəslişah Alkoçlar ilə evləndi və bu evlilikdən Əmir Aras adlı bir uşağı dünyaya gəldi.
Engin Hepileri
Engin Hepileri — Türk teatr, film və televiziya aktyoru, teatr rejissoru. == Həyatı və Karyerası == Teatr işlərinə Cağaloğlu Anadolu Litseyindəki orta təhsili əsnasında başlayan Engin Hepileri, 1996-cı ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr Bölməsinə daxil oldu. 2002-ci ildə eyni universitetdə aktyorluq sahəsində yüksək lisans təhsilinə başladı və 2005-ci ildə Məzun oldu. == Filmoqrafiya == === Film === 1998: İki Arkadaş 2002: Gülüm 2005: Beyza'nın Kadınları 2007: Başımın Belası 2007: Son Ders 2009: Nefes 2010: Av Mevsimi 2011: Tek Ölüm Yetmez (qısa film) 2011: Celal Tan ve Ailesinin Aşırı Acıklı Hikayesi === Serial === 2002: Canım Kocacığım 2003: Hürrem Sultan 2003: Kampusistan 2005: Emret Komutanım 2007: Çemberin Dışında 2008: Gece Gündüz 2009: Aile Saadeti 2009: Bu Kalp Seni Unutur Mu?
Engin Ünal
Engin Ünal (30 sentyabr 1936, Çanqaya, Ankara ili – 11 sentyabr 2016) — Türkiyəli keçmiş üzgüçü. Engin Ünal Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Engin Ünal birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:49.0 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Enginalan (İğdır)
Enginalan — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901 və 1928-ci il mənbələrində ermənicədə "kurqan" anlamına gələn Pulur şəklində keçməkdədir. == Coğrafiyası == İğdırdan 8 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 1463 erməni yaşayırdı.
Engleria
Engleria (lat. Engleria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Adenogonum Welw. ex Hiern == Növləri == Engleria africana O.Hoffm.
English
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi 1.08 milyard insan danışır (2022). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları anqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
Engraulidae
Ançouslar (lat. Engraulidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Engraulis
Ançous (lat. Engraulis) — Siyənəkkimilər dəstəsinin ançouslar fəsiləsinə aid balıq cinsi.
Engrish
İngiriş və ya engrish (イングリッシュ Ingurisshu), – başda yapon dili olmaqla ingilis dilinin başqa dillər tərəfindən qrammatik uyğunluqları gözləmədən istifadəsini bildirən termin.
Erigeron engelmannii
Erigeron engelmannii (lat. Erigeron engelmannii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Helix engaddenis
Helix engaddensis (lat. Helix engaddensis) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü.