Nernst-Ettinqshauzen eninə effekti
1886-ci ildə maqnit sahəsində yerləşən, temperatur qradienti olan keçiricidə maqnit sahəsinə və istilik axına perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranması kəşf olunub.
Boyunca sabit istilik axını olan paralelepiped formalı keçiriciyə baxaq. Əgər keçiricini B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar Şək.1 göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensə edir, C və D səthlərin arasında potensial fərqi yaranır.