Epopeya
Epopeya — romanın bir növüdür. Epopeya qədim yunan dilində "epos" sözündəndir, hadisələrin daha geniş, ətraflı nağıl edilməsi deməkdir. Epopeya epik janrın ən mürəkkəb və geniş növüdür.
Epopeya – [yun. poieo – yaradıram] 1)qədim poeziyada tədricən sintezləşərək dastan şəklində formalaşmış rəvayət, əfsa-nə, nəğmə silsiləsi ("İliada", "Odisseya" və s.); 2)ümumxalq və tarixi əhəmiyyətli problemlər qaldırılan, ictimai həyat prosesləri əhatəli əks etdirilən epik təhkiyənin ən iri, monumental forması.
Epopeyada ümumxalq həyatı əsas yer tutur və demək olar ki, burda bütöv xalq həyatı təsvir olunur. Bu əsərdə əsas surətlər xalqı təmsil edir. Epopeyada yazıçı bütöv xalq hərəkatını, ümumi əhvali-ruhiyyəni əks edir. Epopeya kompozisiya cəhətdən mürəkkəb, süjet etibarilə çoxşaxəli olur. Məsələn: Lev Tolstoyun "Hərb və sülh" romanında 600-ə qədər surət iştirak edir.