Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əruz
Əruz (ərəb. عروض‎‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. == Əruz vəzninin yaranması == Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718-792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər).Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır.
Əruz-Vəzni

Əruz vəzni

Nizami Əruzi
Nizami Əruzi Səmərqəndi (1110, Səmərqənd – 1161, Xarəzm) — XII yüzilliyin məşhur Orta Asiya şairi və ədəbiyyat tənqidçisi. == Əsərləri == Onun "Cahar məqalə" (Məcməün-nəvadir) əsərini Əli Abbasov fars dilindən azərbaycan dilinə tərcümə etmişdir. Həmin əsər Azərbaycan dilində 1994-cü ildə çapdan çıxmışdır.
Nizami Əruzi Səmərqəndi

Əruziyə Əlibəyova
Əruziyə Mustafa qızı Əlibəyova (29 mart 1914, Bakı – 10 yanvar 1981) — azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar iqtisadçısı. O, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülən ilk şəxslərdən biri, şərqdə iqtisadiyyat sahəsində professor elmi adı alan (1967) ilk qadın və konkret iqtisadiyyat kafedrasına başçılıq edən ilk azərbaycanlı qadındır. == Həyatı == === Erkən illəri === Əruziyə Əlibəyova 1914-cü il martın 29-da Bakı şəhərində, dövrün mütərəqqi ziyalılarından olan Mustafa bəy Əlibəyov və Xədicə Əlibəyovanın ailəsində anadan olmuşdur. O, 1931-ci ildə Bakı Pedaqoloji Texnikumunu bitirdikdən sonra 1932-ci ilin mayına qədər Nuxanın Böyük Dəhnə kəndində müəllimlik etmişdir. Həmin il K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutuna daxil olan Əlibəyova 1936-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, komissiyanın qərarı ilə elmi-tədqiqat işləri aparmaq üçün institutda saxlanılmışdır. O həmçinin, 1936-cı ildə Azərbaycan Dövlət Universitetində "Sənayenin iqtisadiyyatı" fənnindən kurslar aparmışdır. === Elmi fəaliyyəti === 1944-cü ildə "Azərbaycan xalq təsərrüfatında qadın əməyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Əlibəyovaya 1945-ci ildə dosent adı verilmişdir.Əlibəyova 1947-1951-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" kafedrasına rəhbərlik etmiş, 1951-ci ilin payızında Azərbaycan Politexnik İnstitututunda işə başlamış və 1955-ci ilə qədər "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasında dosent vəzifəsində çalışmışdır. O, 1955-1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasına müdir seçilib. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Şurasının təşki etdiyi iqtisadiyyat üzrə sahə elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olan Əlibəyovanın başçılığı və bilavasitə iştirakı ilə 70-dən çox elmi tədqiqat işi həyata keçirilmişdir. Bu işlərin böyük əksəriyyəti neftçıxarma, neft emalı, neft kimyası və maşınqayırma sənayesində tətbiq edilmişdir.
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Mələkli və Aruslu adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
Aruz Vartan
Aruz Vartan (23 iyun 1880 – 14 aprel 1945) — Azərbaycan əsilli alman film aktyorudur. O, karyerası ərzində əsasən dəstəkləyici rollar olmaqla 90-dan çox filmə çəkilmişdir. == Həyatı == Azərbaycanın Naxçıvan Muxtar Respublikasında anadan olan Aruz Vartan Gürcüstan irsinə sahibdir. O, 1898-ci ildə Tiflisdə orta məktəbi bitirmiş, daha sonra qısa müddətdə Xarkovda (indiki Ukrayna ərazisi) tibb təhsili almışdır. O, Sankt-Peterburqa köçməmişdən əvvəl bir müddət Yaponiyada yaşamışdır. == Fəaliyyəti == 1905-ci il inqilabı zamanı o, Almaniyada Saksoniyaya köçdü və Frayburq Mədən və Texnologiya Universitetində təhsil aldı. O, Almaniyaya qayıtmamışdan əvvəl Çilidə və Boliviyada mədən mühəndisi kimi işləmişdir, daha sonra isə səhnədə və ekranlarda aktyor və ifaçı kimi fəaliyyət göstərmişdir. Öz fəaliyyətinin ilk illərində o, əsasən aparıcı rollarda yer alırdı, lakin zaman keçdikcə xarakterik rolları ifa etməyə başladı. Faşizm dövründə o, kiçik rollarda yer aldı, xüsusilə də ruslarda, məsələn, Bakıya hücumlar (1942). Aruz Vartan İkinci Dünya Müharibəsinin son həftələrində təbii səbəblərdən dünyasını dəyişdi.
Elbrus Ərud
Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; 29 dekabr 1979, Nərimankənd, Puşkin rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist == Həyatı == 1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb. 2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir. == Kitabları == Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir. 2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
Kaspiyskiy Qruz
Kaspiyskiy Qruz (rus. Каспийский Груз) — Bakı şəhərində yaranmış Azərbaycan rep qrupu. 2015-ci ildə Kaspiyskiy Qruzun "Storona A / Storona B" albomu, Rap.ru saytının "İlin Ən Yaxşı Rus Albomu" siyahısına düşüb.
Kruz Halbiç
Kruz Halbiç (d. 28 avqust 2000) — Sent-Vinsent və Qrenadinli üzgüçü. Kruz Halbiç Sent-Vinsent və Qrenadini 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kruz Halbiç birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.54 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 107-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Penelopa Kruz
Penelopa Kruz Sançes (isp. Penélope Cruz Sánchez; 28 aprel 1974[…]) — İspaniya aktrisası və model. İlk televiziya debütünü 16 yaşında ikən edib. == Həyatı == Penelopa Kruz Sançes 1974-cü il 28 apreldə İspaniyanın paytaxtı Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində anadan olub. O, saç ustası Ençarna Sançes ve avtomobil mexaniki Eduardo Kruzun qızıdır. Hələ kiçik yaşlarından Penelopa çox enerjili uşaq idi və öz enerjisini hara sərf edəcəyini bilmirdi. Bir vaxtlar anası gözəllik salonu işlədəndə balaca Pe (yaxınları onu bele çağırırdı) həmişə salona gələn xanımlara diqqətlə tamaşa edirdi. Bu onun üçün özünəməxsus "aktyorluq" məktəbi idi. Uşaqlıqda heç kim ondakı aktrisalıq bacarığını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət yetirirdi. 4 yaşında valideynləri Penelopanı balet sinfine yazdırır.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri == Həyatı == Sayman Aruz ( Saman Həsənzadə) aprel 19, 1979-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", “Dənizləri yelləndirən faciə” adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Ted Kruz
Ted Kruz (ing. Rafael Edward "Ted" Cruz; 22 dekabr 1970[…]) — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Ted Kruz Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, sadəcə 45-ci prezident Donald Trampa məğlub olmuşdur.
Tom Kruz
Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü; 3 iyul 1962[…], Sirakuz, Nyu-York ştatı) — tanınmış amerikalı aktyor və film prodüseri. 3 dəfə "Qızıl Qlobus" mükafatı və 3 dəfə "Oskar" mükafatı laureatı olub. == Həyatı == Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatının Sirakyus əyalətində anadan olub. Tom ailədə 3-cü uşaqdır, onun 3 bacısı var. Onun anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılıblar. Artıq 14 yaşında o, Kanada və ABŞ-də 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlamışdır. Artıq 1983-cü ildə o, baş rolu oynadğı "Riskli biznes" filmi ilə uğur qazanıb. Mimi Rodcerslə 1-ci evliliyi sonlandıqdan sonra, Nikol Kidmanla 9 il 11 ay davam edən birlikdəliyi başlayıb.
Uruz bəy
Uruz bəy —Dədə Qorqud boylarında oğuz igidlərinin ən səciyyəvi nümayəndələrindən biri. O, qorxmaz, cəsur, əyilməz bir döyüşçüdür. Uruz Qazanxanın oğludur. Atası Qazanxanın uğrunda vuruşaraq onu əsirlikdən qurtarır. Özü yağıya əsir düşəndə isə oğuz elinin şərəfini uca tutur. Anasının ləyaqətinin tapdanmaması üçün tərəddüd etmədən tikə-tikə doğranmağa razı olduğunu bildirir. Uruz anasını da namusla yaşamağa çağırır.Uruz bəy mərd namuslu bir oğuz türkü idi.
Cəbəl-Druz
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Dəbbətül-ərz
Dəbbətül-ərz (ərəb. دابة_الأرض‎) — İslamda Qiyamət gününün əsas əlamətlərindən biridir. Quranın Nəml surəsində, bu canlı günəş qərbdən çıxdığı zaman baş verəcək. Bu vaxt tövbə aradan götürüləcək; heç bir tövbə qəbul edilməyəcək, heç bir əməl qəbul edilməyəcək. Canlıda Musanın əsası və Süleymanın möhürü olacaq. == Ümumi məlumat == Qiyamət əlamətlərindən biri hesab edilən əfsanəvi varlıq. Əhdi-ətiqdə əjdahaşəkilli bir varlıqdan müxtəlif adlarla (livyatan, rahav) bəhs edilir (Əyyub 3:8, 9:3, 26:12; Zəbur 74:13, 89:10, Yeşaya 30:7, 51:9-10). Əhdi-cədiddə şeytana bərabər tutulan bu varlığın və tərəfdarlarının Allaha qarşı çıxacağı, sonda isə məğlub olacağı göstərilir (Vəhy 12:13, 13:11-18, 16:13-14, 20:2-3, 7-10). Bu düşüncənin Babil mədəniyyətindən gəlməsi fikri mövcuddur. Dəccal (antixrist) anlayışının yaranmasında Dəbbətül-ərzin təsirinin olması qeyd edilir.
Dəhvul ərz
Dəhvul ərz — Müsəlmanlara görə Yer kürəsinin Kəbə evinin altından genişlənməsi günüdür və o gün Hicri-Qəməri təqvimi ilə Zilqədə ayının 25-nə təsadüf edir. Müsəlmanlara görə bu gün il ərzində olan ən fəzilətli günlərindən biridir. Müsəlmanlar üçün o günün orucu çox fəzilətli və məqbul sayılır. İslamı rəvayətlərdə buyurulur ki, Dəhvul ərz gününün orucu yetmiş ilin orucuna bərabərdir. O günün orucunun yetmiş ilin kəffarə orucuna bərabər olması vurğulanır. Hər kəs o günü orucu tutub, gecəsini ibadətlə keçirsə, onun üçün yüz ilin ibadəti yazılar və bu günü oruc tutan şəxs üçün göylər və yer arasında olan hər bir şey istiğfar edər. O gün elə bir gündür ki, Allahın rəhməti hər yeri bürüyür. == İstinadlar == == Mənbə == Əbədi nur jurnalının elmi heyəti. "Kəbə tövhid əhli üçün tikilən ilk evdir" (az.). ebedinur.net.
Həşərətül-ərz
"Həşərətül-ərz" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet 1908-ci ildə Təbrizdə nəşrə başlamışdır. Həftəlik nəşr edilən bu qəzetdə rəngli, yumoristik şəkillərə də rast gəlmək olurdu. Cənubi Azərbaycanda "Azərbaycan" dərgisindən sonra "Həşəratül-ərz" ikinci satirik mətbu orqanı idi. Qəzetdə rəssamlıq işlərini Tahirzadə Behzad yerinə yetirirdi. Onun karikaturaları gülüş və məsxərə hissi doğurur əzici və ayıldıcı xarakter daşıyırdı. Bu karikaturalar Məhəmmədəli Mirzədən tutmuş ən aşağı vəzifəli dövlət məmurlarına qədər, hamının canına vəlvələ salırdı. Bu rəsmlərin müəllifi Behzad Tahirzadə öz xatirələrində yazırdı: Bir gün Məşrutə inqilabından söhbət gedərkən qardaşım söhbətarası dedi ki, Mərənd şəhərində polis tərəfindən məlum oldu ki, məmurlar şahın karikaturasını çəkmiş bir rəssamı axtarırlar. "Həşəratül ərz"də çap olunmuş bu karikaturada şah çanaqlı bağaya bənzədilmişdi. Əgər onu mənim çəkdiyimi bilsəydilər, şübhəsiz tutub edam edərdilər".
Kristin Ruz
Kristin Sui Ruz (31 yanvar 1951, Linvud[d], Kaliforniya) — ABŞ-lı akrisa. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Ancel Petrelli rolu ilə tanınır. == Həyatı == Kristin Ruz Linvudda (Kaliforniya) anadan olmuşdur. Ali təhsilini Stanford Universitetində almışdır. == Karyera == Kristin Ruz karyerasına 1990-cı ildə "Ferris Bueller" adlı serialla başlamışdır.
Karlos Kruz-Diez
Karlos Kruz-Diez (17 avqust 1923[…], Karakas – 27 iyul 2019[…], Nöyi-sür-Sen) — Optik sənət qurucularından sayılan venesuelalı rəssam; kinetik rəsm sənətinin böyük qabaqcıllarından biri. == Həyatı == Karlos Kruz-Diez 1923-cü ildə Karakasda anadan olub. O, 1957-ci ildə Əsrarəngiz Sənətlər Məktəbini yaradıb. 1960-cı ildə Parisə köçüb. Əsərləri Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilməkdədir. Karakasda, Parisdə və Panamada, habelə Hyustonda rəssamlıq sənət studiyaları olan rəssam 2012-ci ildə Fransanın ən yüksək mükafatı – "Fəxri Legion" ordeni ilə təltif edilib. 27 iyul 2019-cu ildə Parisdə vəfat edib.
Tibor Erdey-Druz
Tibor Erdey-Qruz (mac. Erdey-Grúz Tibor; 27 oktyabr 1902, Budapeşt – 16 avqust 1976, Budapeşt) — Macarıstanlı kimyaçı və siyasətçi. 1952-1953-cü illərdə Ali Təhsil naziri və 1953-cü ildən 1956-cı ilədək Təhsil naziri vəzifələrini icra etmişdir.
Tibor Erdey-Qruz

Covana de la Kruz
Covana de la Kruz (12 iyul 1992) — Perulu marafonçu. Covana de la Kruz Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Covana de la Kruz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 35 dəqiqə 49 saniyəyə qət edərək 157 marafonçu sırasında 36-cı yeri tutdu.
Santa-Kruz qraflığı (Kaliforniya)
Santa-Kruz (ing. Santa Cruz) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 262,382 nəfər olmuşdur. Mərkəzi Santa-Kruz şəhəridir.
Eyruz Məmmədov
Eyruz Məmmədov (1953, Bakı) — azərbaycanlı jurnalist. == Həyatı == 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildən Sumqayıt şəhərində yaşayır. Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetini bitirib; ixtisasca jurnalist-filoloqdur. "Sumqayıtın əks-sədası" qəzetinin baş redaktorudur. 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmişdir. "Sumqayıtın əks-sədası" tammetrajlı, "Sumqayıtın əks-sədası-2" sənədli filmlərinin, "28-dən 29-na keçən gecə", "Sumqayıtım mənim", "2-ci paralel", "Bir, iki, üç… və yaxud Dağ çiçəyi", "Anata", "Gecə… İncə gecə", "Mister Riç" və s. kitablarının müəllifidir. == Mükafatları == Həsən bəy Zərdabi adına mükafat; "Qızıl qələm" mükafatı; "Araz" ali ədəbi mükafatı.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Grus grus
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.