es

I pron. o; bu; ich bin’s (= ich bin es) mənəm; er ist ~ bu odur; ~ gibt vardır; ~ gibt nicht yoxdur; ~ ist dunkel qaranlıqdır; ~ ist kalt soyuqdur II Es, das; -, -mus. mi bemol notu
erzwungen
Eschatologie
OBASTAN VİKİ
.es
.es — İspaniyanın internet kodu.
La noche es para mí
"La noche es para mí", (azərb. Mənim üçün gecə‎) 2009 Avroviziya Mahnı Müsabiqəsində Soraya Arnelasın İspaniya adına səsləndirdiyi mahnıdır. Mahnı Irini Michas, Dimitri Stassos və Jason Gill tərəfindən bəstələndi və mahnının sözləri Felipe Pedroso tərəfindən yazıldı. Mahnı əvvəlcə 2007-ci ildə Yunanca olaraq "Əfvdə Pou Ksereis" adı ila bəstələndi. Əvvəl Helena Paparizou üçün təklif edilən mahnı Paparizou tərəfindən imtina edildi. Mahnı, daha sonra söyləməsi üçün Maro Lytraya təklif edildi. Ən sonunda Chrispaya təklif edilən mahnının Yunanıstanın 2008 mahnısı olması üçün istifadə edilməsi düşünüldü. Mahnı bu üç müğənni tərəfindən də istifadə edilməyincə 2009 ili üçün uyğun sənətçi axtarıldı. Soraya və prodüserləri Sin Miedo albomu üçün mahnını almağa qəbul etdi. 13 oktyabr 2008-ci ildə nümayiş olunan albom İspanca olduğundan, mahnı da İspan dilində olaraq yazılaraq alboma alındı.
Cruzeiro Esporte Clube
Kruzeyro İdman Klubu (ing. Cruzeiro Esporte Clube) — qərargahı Belo Horizonte, Minas Gerais-də yerləşən Braziliya idman birliyidir. Və Braziliyanın ən böyük futbol klublarından biri hesab olunur. Kruzeyro futbol klublu 2 yanvar 1921-ci il yaradılıb. O, iki dəfə kubok çempionu, dörd dəfə isə Braziliya çempionu olmuşdur. Kruzeyro CONMEBOL-un tiz (başqaları Olimpiya, São Paulo, Independiente, Vélez Sársfield, Boca Juniors, Internacional və LDU) sahib yalnız səkkiz komandadan biridir.
Cucumis esculentus
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Cəngavərlər (aerobatika eskadronu)
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Cənubi Xaç (aerobatika eskadronu)
Cənubi Xaç Aerobatika Eskadronu (isp. Escuadrilla Acrobática Cruz del Sur) Argentina Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 1962-ci ildə qurulmuşdur. Tarixi boyunca bir-neçə dəfə ləğv olunub, yenidən qurulmuşdur. İlk dəfə 1962-ci ildə qurulan komanda North American F-86 Sabre təyyarələri istifadə edirdi. Həmin komanda eyni ilin dekabr ayında ləğv olunmuşdur. 1997-ci ildə Suxoy Su-29 təyyarələrinən ibarət komanda quruldu. 2010-cu ildə maddiyat problemlərinə görə fəaliyyətinə son qoydu. 2012-ci ildə FMA IA-63 Pampa təyyarələrindən ibarət yeni komanda quruldu. Həmin komanda hələ də fəaliyyət göstərir.
Dedal (aerobatika eskadronu)
Dedal aerobatika eskadronu (ing. Demo Team “Daedalus”) Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 2005-ci ildə qurulmuşdur. Uçuşlar üçün T-6 Texan II təyyarəsi istifadə olunur.
Dracunculus esculentus
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.
Drosera esterhuyseniae
Drosera aliciae (lat. Drosera aliciae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
ESCP Business School
ESCP Business School (École supérieure de commerce de Paris), Paris, Berlin, London, Madrid, Turin, və Varşava da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1819-cu ildə qurulan məktəb. ESCP, Financial Times tərəfindən 2021-ci ildə Avropa Biznes Məktəbləri arasında 14-cü yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
ESC simvolu
ESC simvolu – ASCII yığınında təyin olunmuş 32 idarəedici koddan biri; adətən, escape-ardıcıllığın (ESCAPE SEQUENCE) başlanğıcını göstərir. Onluq kodu – 27, onaltılıq kodu – 1Bh. Escape-ardıcıllıqlardan Hewlett-Packard şirkətinin LaserJet seriyalı lazerli printerlərinin işini idarə etmək üçün PCL dilində geniş istifadə olunur.
ESET NOD32
ESET NOD32 Antivirus və ya NOD32 — Slovakiya şirkəti ESET tərəfindən hazırlanmış bir antivirus proqram paketidir. ESET NOD32 Antivirus, Home Edition və Business Edition olaraq iki versiyada satılır. Business Edition paketləri, ESET Remote Administrator-u server yerləşdirilməsinə və idarə olunmasına, təhdid imzası verilənlər bazası yeniləmələrinin əks olunmasına və Microsoft Windows Server əməliyyat sistemlərinə quraşdırılma imkanına imkan verir. Bir şəbəkədə NOD32 istifadəçisi şəbəkəni "güzgü serveri" ilə yeniləyə bilər.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
ESPN
ESPN ("İ-Es-Pi-En" kimi tələffüz olunur, əvvəl adı ing. Entertainment and Sports Programming Network idi) — ABŞ kabel televiziyası idman kanalı. ESPN kanalı, 7 sentyabr 1979-cu ildə Bill Rasmussen və Skott Rasmussen tərəfindən quruldu və o vaxtki adı Entertainment and Sports Programming Network. 1985-ci ildə adı ESPN olaraq dəyişdirildi. Kanal ilk dəfə 7 sentyabr 1979-cu ildə yayımlandı. ESPN özünü "İdman sahəsində dünya lideri" adlandırır. Kanalda əsasən oyunların canlı və ya təkrar translyasiyalar və idman yönümlü xəbər proqramları göstərilir. Bundan başqa, kanalda idman tok-şouları və idman sənədli filmləri də yayımlanır. Kanalın baş qərargahı ABŞ-nin Konnektikut ştatlnın Bristol şəhərində yerləşir. Şirkətin prezidenti Corc Bodenhaymerdir (ing.
ESPRIT arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
ESP (Elektronik Stabilləşdirmə Proqramı)
ESP, Robert Bosch GmbH firması tərəfindən yaradılmış, avtomobillərdə idarə etməyə dəstək verən bir sistemdir. Açıqlaması - Electronic Stability Program (Elektronik Stabilləşdirmə Proqramı) olan sistem ilk dəfə Mercedes-Benz firması tərəfindən 1995-ci ildə CL modellərinin konsepsiyasında istifadə etmişdir. Fərqli firmalarda, fərqli adlarla xatırlanan bu sistemin məntiqi ümumiyyətlə belədir: mərkəzi kontrol sistemi sükan bucaq sensorlarından, moment sensorlarından, ABS əyləc sisteminin sensorlarından gələn məlumatları qiymətləndirərək avtomobilin sürüşüb, sürüşmədiyini aydınlaşdırır. Buna görə də əyləc sistemi vasitəsilə lazımi təkərlərə və mühərrikin gücünə müdaxilə edərək avtomobili əvvəlki trayektoriyasına qaytarmağa çalışır. Məsələn, avtomobil ön hissədən sürüşərsə, sürüşməyən arxa təkərlərin əyləci avtomatik qapanır, həmçinin arxa təkərlər sürüşərsə, sürüşməyən ön təkərlər avtomatik olaraq dayandırılır. Beləliklə avtomobil sürüşməzdən qabaqki trayektoriyasına qayıdır.
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi erməni soyqırımının tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
ESƏD-in hücumlarının siyahısı
ESƏD-in terror aktlarının siyahısı – 1975-ci ildən 1983-cü ilə qədər bu terror təşkilatından olan terrorçular, Avropa və Şimali Amerika ölkələrində onlarla terror aktı təşkil etmişdir, bu terror aktları türk diplomatlarına və onların ailə üzvlərinə qarşı olmuşdur. Oktyarbr 1975-ci il Vyana, Avstriya — Türkiyənin Avstriyadakı səfiri öz iş otağında qətlə yetirilir. 24 oktyabr 1975-ci il Paris, Fransa — Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir. 9 iyun 1977-ci il Roma, İtaliya — Türkiyənin Vatikandakı səfiri Təha Kərimə sui-qəsd təşkil olunur, səfir qəsddən bir müddət sonra vəfat edir. 12 oktyabr 1979-cu il Haaqa, Niderland krallığı — Türkiyənin bu ölkədəki səfirinin 27 yaşlı oğlu Əhməd Benler qətlə yetirilir. dekabr 1979-cu il Paris, Fransa — Türkiyə turizm bürosunun rəhbərinə qarşı sui-qəsd təşkil olunur. fevral 1980-ci il İsveçrə — Türkiyənin bu ölkədəki səfirinə qarşı sui-qəsd təşkil olunur. yanvar 1982-ci il Los-Anceles, ABŞ — Türkiyənin baş konsuluna qarşı ofisə qedərkən sui-qəsd təşkil olunur, konsul qətlə yetirilir. 4 may 1982-ci il Somervil, Massaçusets ştatı, ABŞ — Türkiyənin Bostondakı fəxri konsulu öz avtomobilində qətlə yetirilir, 60 yaşlı Orxan Gündüzə terrorçular 9 dəfə atəş açırlar. Bu qəsddən bir qədər əvvəl terrorçular konsuldan vəzifəsindən istefa verməyi tələb etmişdilər, lakin o bundan imtina etmişdir.
ESƏD-in terror aktlarının siyahısı
ESƏD-in terror aktlarının siyahısı – 1975-ci ildən 1983-cü ilə qədər bu terror təşkilatından olan terrorçular, Avropa və Şimali Amerika ölkələrində onlarla terror aktı təşkil etmişdir, bu terror aktları türk diplomatlarına və onların ailə üzvlərinə qarşı olmuşdur. Oktyarbr 1975-ci il Vyana, Avstriya — Türkiyənin Avstriyadakı səfiri öz iş otağında qətlə yetirilir. 24 oktyabr 1975-ci il Paris, Fransa — Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir. 9 iyun 1977-ci il Roma, İtaliya — Türkiyənin Vatikandakı səfiri Təha Kərimə sui-qəsd təşkil olunur, səfir qəsddən bir müddət sonra vəfat edir. 12 oktyabr 1979-cu il Haaqa, Niderland krallığı — Türkiyənin bu ölkədəki səfirinin 27 yaşlı oğlu Əhməd Benler qətlə yetirilir. dekabr 1979-cu il Paris, Fransa — Türkiyə turizm bürosunun rəhbərinə qarşı sui-qəsd təşkil olunur. fevral 1980-ci il İsveçrə — Türkiyənin bu ölkədəki səfirinə qarşı sui-qəsd təşkil olunur. yanvar 1982-ci il Los-Anceles, ABŞ — Türkiyənin baş konsuluna qarşı ofisə qedərkən sui-qəsd təşkil olunur, konsul qətlə yetirilir. 4 may 1982-ci il Somervil, Massaçusets ştatı, ABŞ — Türkiyənin Bostondakı fəxri konsulu öz avtomobilində qətlə yetirilir, 60 yaşlı Orxan Gündüzə terrorçular 9 dəfə atəş açırlar. Bu qəsddən bir qədər əvvəl terrorçular konsuldan vəzifəsindən istefa verməyi tələb etmişdilər, lakin o bundan imtina etmişdir.
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Esten (Averon)
Esten (fr. Estaing, oks. Estanh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Esten kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12098. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 25 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 607 nəfər təşkil edirdi. 2007-ci ildə 342 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 247 nəfər İqtisadi fəal, 95 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 67.5%).
Esten (kanton)
Esten (fr. Estaing) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1213. Esten kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Esten kommunasıdır. 2007-cı ildə əhalinin sayı 3 110 nəfər təşkil edirdi.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "Pul soyğunu"nda rol almışdır.
Ester Barruques
Ester Barruques (16 may 1980) — Andorralı atıcı. Ester Barruques Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ester Barruques birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 50-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Ester Düflo
Ester Düflo (fr. Esther Duflo, 25 oktyabr 1972, Paris) — fransız iqtisadçı, Massaçusets Texnologiya İnstitutunun professoru (ABŞ). "İqtisadiyyat üzrə Nobel mükafatı" qlobal yoxsulluqla mübarizəyə eksperimental yanaşmaya görə laureatı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2017), Britaniya Akademiyasının Müxbir Üzvü (2016) Atası — riyaziyyat professoru Mişel Düflo, anası — Violen Düflo həkim-pediatr. Orta məktəbdə rus dilini öyrənirdi. 1991-ci ilin avqustunda 18 yaşlı Duflo, dostları ilə birlikdə Moskva küçələrində Fövqəladə Komitə əleyhinə çıxanlar arasında idi. 1993-cü ildə 10 ay Moskvada Fransız dilini öyrətdi və magistr tezisi üzərində çalışdı. Eyni zamanda, Rusiya Bankı ilə əlaqəli bir Fransız iqtisadçısının və Amerika iqtisadi müşaviri Jeffrey Sachs'ın elmi köməkçisi olaraq çalışdı. 1994-cü ildə Sovet İttifaqında ilk beşillik planın tarixinə dair bir dissertasiya ilə Ali Normal Məktəbində tarix və iqtisadiyyat üzrə magistr dərəcəsini aldı. 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini almışdır.
Ester Eksposito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı. Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Etnik estetik cərrahiyə
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır". Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir.