ESƏD-in terror aktlarının siyahısı – 1975-ci ildən 1983-cü ilə qədər bu terror təşkilatından olan terrorçular, Avropa və Şimali Amerika ölkələrində onlarla terror aktı təşkil etmişdir, bu terror aktları türk diplomatlarına və onların ailə üzvlərinə qarşı olmuşdur.
- Oktyarbr 1975-ci il Vyana, Avstriya — Türkiyənin Avstriyadakı səfiri öz iş otağında qətlə yetirilir.
- 24 oktyabr 1975-ci il Paris, Fransa — Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir.
- 9 iyun 1977-ci il Roma, İtaliya — Türkiyənin Vatikandakı səfiri Təha Kərimə sui-qəsd təşkil olunur, səfir qəsddən bir müddət sonra vəfat edir.
- 12 oktyabr 1979-cu il Haaqa, Niderland krallığı — Türkiyənin bu ölkədəki səfirinin 27 yaşlı oğlu Əhməd Benler qətlə yetirilir.
- dekabr 1979-cu il Paris, Fransa — Türkiyə turizm bürosunun rəhbərinə qarşı sui-qəsd təşkil olunur.
- fevral 1980-ci il İsveçrə — Türkiyənin bu ölkədəki səfirinə qarşı sui-qəsd təşkil olunur.
- yanvar 1982-ci il Los-Anceles, ABŞ — Türkiyənin baş konsuluna qarşı ofisə qedərkən sui-qəsd təşkil olunur, konsul qətlə yetirilir.
- 4 may 1982-ci il Somervil, Massaçusets ştatı, ABŞ — Türkiyənin Bostondakı fəxri konsulu öz avtomobilində qətlə yetirilir, 60 yaşlı Orxan Gündüzə terrorçular 9 dəfə atəş açırlar. Bu qəsddən bir qədər əvvəl terrorçular konsuldan vəzifəsindən istefa verməyi tələb etmişdilər, lakin o bundan imtina etmişdir.
- 7 iyun 1982-ci il Portuqaliya — Türkiyə səfirliyinin attaşesi Erkut Akbay qətlə yetirilir, onunla birgə həyat yoldaşı da ağır yaralanır və 8 ay komada qalandan sonra xəstəxanada özünə gəlmədən vəfat edir.
- avqust 1982-ci il Ottava, Kanada — Türkiyə səfirliyinin hərbi attaşesi qətlə yetirilir.
- 9 mart 1983-cü il Belqrad, Yuqoslaviya — İki erməni terrorçusu Türkiyənin Yugoslaviyadakı səfiri Qalib Balkara onun maşını işıqforda dayanarkən hücum edirlər, hadisə yerindən qaçarkən terrorçulardan biri Andranik Boqosyan, yuqoslaviyalı polkovniki yaralayır, o ozü də yaralanaraq Yuqoslaviya xüsusi xidmət orqanları tərəfidən yaxalanıır. Digər terrorçu Raffi Elbekyan onu saxlamaq istəyən vətəndaşlara atəş açır, nəticədə bit tələbə qətlə yetirilir, bir gənc qiz isə yaralanır. Səfir Qalib Balkar sui-qəsddən üç gün sonra vəfat edir.
|
---|
Terrorçular | |
---|
Terror təşkilatları | |
---|
Əməliyyatlar | |
---|