excuse1
n 1. bağışlama, günahından / təqsirindən / suçundan keçmə, əfv etmə; üzr; There is no excuse for it Bu bağışlana bilməz; Give them my excuse Mənim adımdan onlardan üzr istə; 2. təmizə çıxartma, bəraət qazandırma; haqlı çıxartma; bəraət; bəhanə; lame / poor / thin ~ zəif / inandırıcı olmayan bəhanə; This is no excuse Buna bəraət qazandırmaq olmaz; without good ~ üzrsüz səbəb; to make / to offer ~ sözünü təmizə çıxartmaq, bəhanə tapmaq; He had numerous excuses to offer for being late Gecikməsinə bəraət qazandırmaq üçün o çoxlu bəhanələr tapdı:, an ~ for a prosecution məhkəməyə cəlb etmək üçün bəhanə; an ~ for aggression təcavüz üçün bəhanə; 3. azad etmə (vəzifədən, işdən və s.)
excuse2
v 1. bağışlamaq; Excuse me! Bağışlayın, günahkaram!: Please, excuse my interruption Bağışla / Bağışlayın, sözünü / sözünüzü kəsirəm; Excuse my glove Bağışlayın, əlcəyimi çıxartmadım (əl verərkən): Excuse me for coming late, Excuse my coming late Gecikdiyimə görə bağışla / bağışlayın, 2. bəraət / haqq qazandırmaq; This does not excuse him Bu, ona bəraət qazandırmır, to ~ oneself üzr istəmək; özünü təmizə çıxartmaq, bəhanə gətirmək; He excused himself by saying he was not well-disposed O, naxoşluğunu bəhanə gətirərək özünü təmizə çıxartdı; 3. azad etmək (vəzifəsindən, işindən); I cannot excuse you from attending the classes Mən səni / sizi dərslərdən azad edə bilmərəm; to ~ smb, from attendance bir kəsi iştirak etmədən azad etmək; He asked to be excused from the lesson O, dərsdən buraxılmasını xahiş etdi; to ~ from military duty hərb. hərbi xidmətdən azad etmək (xəstəliyə görə)