exinokok

is. zool. , tib. échinocoque \[[t]ekinokok[/t]\] m, hydatide m

ehtizaz
ekipaj
OBASTAN VİKİ
Exinokokk
Exinokokk - (lat. Echinococcus granulosus) siklofillidlər dəstəsinə (lat. Cyclophyllidea) aid olan lenşəkilli qurdlardır. == Ümumi xarakteristikası == Exinokokk qurdu sestodların ən kiçik nümayəndəsi olub, bədənin uzunluğu 5–6 mm və bədəni təşkil edən buğumların sayı isə 3-4 ədəddir. Bədənin axırıncı buğumu strobilanın yerdə qalan bütün uzunluğundan bir qədər uzun olur. Başda iki cərgədə yerləşmiş qarmaqları olan xortum və 4 sormac vardır. Başda qarmaqların bir qismi iri, digər qismi isə nisbətən kiçik olub, sayı 35-38 ədəddir. Boyun hissə həddən artıq qısa olub, eni başın enindən fərqlənmir. Bədənin birinci buğumu, adətən heç bir diferensiasiya orqanına malik deyil. Cinsiyyət orqanlarının əmələ gəlməsi 2-ci buğumdan başlayır.

Значение слова в других словарях

во́лга молотово́й фоно... зло́стно изнача́льно невзнача́й откомандирова́ние подпра́виться преториа́нцы сфигмогра́мма шляхе́тский carnivore crum manly peteman psychiater repressible show up swan maiden synthetic metal давнопрошедший калиф насильничать секвестр эмиссия