express1
n 1. d.y. ekspress (sürətli qatar, gəmi və s.); 2. xidmətçi, kuryer 1) idarələrdə kağız paylayan işçi; 2) təcili tapşırıqlar üçün göndərilən xidmətçi); 3. hərb. kağızpaylayan əsgər; 4. təcili məktub; poçtla təcili göndəriş; 5. nəqliyyat kontoru
express2
adj 1. müəyyən, qəti, açıq, aydın, aşkar; dəqiq ifadə edilmiş; tamamilə aşkar / aydın; ~ command dəqiq / aydın əmr; ~ wish aydın ifadə olunan arzu; ~ assent açıq ifadə olunan razılıq; 2. dürüst, doğru, düzgün, dəqiq; ~ image of a person bir kəsin dəqiq surəti; 3. xüsusi, məxsus; qəsdən edilmiş; He came with this express purpose O, xüsusi olaraq bu məqsədlə gəlib; 4. təcili, tələsik; sürətli, tez, fövqəladə; ~ delivery təcili çatdırma; ~ train ekspress / sürətli qatar, sürət qatan
express3
v 1. ifadə etmək; to ~ one’s opinion öz fikrini ifadə etmək; I can’t express to you how grateful I am Sənə / Sizə necə minnətdar olduğumu ifadə edə bilmirəm; 2. əks etmək / etdirmək, göstərmək, bildirmək; His face expressed sorrow Onun üzü qəm / qüssə ifadə edirdi; to ~ oneself öz fikrini bildirmək; to ~ oneself on smth. bir şey haqqında öz fikrini bildirmək; to ~ oneself in English fikrini ingiliscə ifadə etmək; 3. təsvir etmək, təcəssüm / əks etdirmək, simvollarla göstərmək; 4. kuryer ilə göndərmək; 5. amer. nəqliyyat kontoru vasitəsilə göndərmək; 6. sürətli qatarla / sürət qatan ilə getmək; 7. sıxmaq; to ~ the juice from an apple, to ~ an apple almanı sıxıb şirəsini çıxartmaq
express4
adv təcili surətdə / olaraq, tələsik, çox tələsik; to send smth. ~ bir şeyi təcili olaraq göndərmək; to travel ~ sürətli qatarda / sürət qatarı ilə səyahət etmək