fəlakətli
Fələstin
OBASTAN VİKİ
Cem Fələk
Cem Fələk (12 may 1996, Buxen[d], Baden-Vürtemberq) — Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu. Azərbaycan və Almaniya vətəndaşlığına malikdir, milliyətcə türkdür. Hal-hazırda Finlandiyanın Veikkausliiga liqasında çıxış edən RoPS klubunun şərəfini qoruyur. Azərbaycanın futbol üzrə U-17 və U-19 komandalarında çıxış edib. == Gənc illəri == Türk əsilli Cem Vural oğlu Fələk 1996-cı ildə Almaniyanın Buşen-Odenvald qəsəbəsində anadan olub. 5 yaşından başlayaraq futbolla məşğul olmağa başlayıb və qısa zamana Frankfurtun ən perspektivli gənc oyunçularında birinə çevrilib. 13 yaşında Cem Fələk "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ilə razılığa gələrək Xəzər-Lənkəran klubu ilə sözləşmə imzaladı. 2008-ci ildə Cem Fələk Ayntraxt klubunun futbol akademiyasına keçir və 2011–2013-cü illər arasında Ayntraxt U-17 komandasında oynayır. 2013-cü ildə Cem Fələk Bohum klubuna keçir və 2013–14 mövsümündə komandanın U-19 heyətində çıxış edir. Bundan sonra bir il Şotlandiyanın Aberdeen klubunda, U-20 komandasında çıxış edir.
Fələkan (Urmiya)
Fələkan (fars. فلكان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Fələki Şirvani
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. == Həyatı == Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Mahmud Əhməd Həmdi Fələki
Mahmud Əhməd Həmdi Fələki (ərəb. محمود حمدي الفلكي‎; 1815[…] – 1885) — Misir ərəbi əsilli Osmanlı mühəndisi, riyaziyyatçısı və alimi. O, Qərbiyə mühafəzəsinin Hissə kəndində anadan olmuşdur. Fələki 1881-ci ildə İtaliyanın Venesiya şəhərində keçirilən Üçüncü Beynəlxalq Coğrafiya Konqresi və Sərgisində Misirin nümayəndəsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Crozet, Pascal. 'La trajectoire d’un scientifique égyptien au xixe siècle: Mahmûd al-Falakî (1815-1885)' In: Entre réforme sociale et mouvement national: Identité et modernisation en Égypte (1882-1962) [online]. Le Caire: CEDEJ - Égypte/Soudan, 1995 (generated 29 juin 2020). Available on the Internet. ISBN 9782905838704. DOI: https://doi.org/10.4000/books.cedej.1420.
Mirzə Məhəmmədhəsən Fələkzadə Şirvani
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani (1851-1917) — Azərbaycan xanəndəsi. Şirvanın tanınmış el sənətkarlarından biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb-yaratmışdır. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı. Şamaxı torpağının yetirməsi olan bu məşhur xanəndənin 1916-cı ildə "Nalə" adlı şeirlər kitabı nəşr olunmuşdur. Mirzə Məhəmmədhəsən "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifi olmuşdur. "Hümayun", "Şur", "Şüştər" və "Rast" muğamlarını, xüsusilə "Mənsuriyyə" zərbi-muğamını el şənliklərində, məclislərində böyük ustalıqla oxuyan xanəndənin ifa tərzinin öz yeri, öz gözəlliyi var idi.

Значение слова в других словарях