FARSLAŞDIRILMAQ
FARSLAŞDIRMAQ
OBASTAN VİKİ
Farslaşdırma
Farslaşdırma (fars. پارسی‌سازی‎) — qeyri-fars cəmiyyətinin "farslaşmış" halına gəldiyi mədəni dəyişikliyin sosioloji prosesi. Bu zaman həmin cəmiyyət fars dilini və ədəbiyyatını, İran mədəniyyətini, incəsənətini, musiqisini və kimliyini, eləcə də digər sosial-mədəni amilləri birbaşa mənimsəyir və ya ondan güclü şəkildə təsirlənir. Bu, tez-tez dil dəyişikliyini özündə ehtiba edən mədəni assimilyasiyanın spesifik formasıdır. Bu termin təkcə mədəniyyətlərə deyil, həm də fərdlərə şamil edilir, çünki onlar fars mədəniyyətinə alışıb "farslaşmış" olurlar. Tarixən bu termin ümumiyyətlə erkən və orta islam dövrlərində İran mədəniyyəti sferasında yaşayan qeyri-İrandilli xalqların, xüsusən ərəblər və müxtəlif Qafqaz (məsələn, gürcü, erməni və dağıstanlı), həmçinin türk xalqları, o cümlədən səlcuqilər, Osmanlılar və Qəznəvilərdə mədəniyyətlərində baş verən dəyişikliklərə istinad etmək üçün tətbiq edilmişdir. Bu termin, həmçinin İran yaylası ətrafındakı vilayətlərə, məsələn, Anadolu və Hindistan yarımqitəsində yaşayan qeyri-fars xalqlara linqvistik xüsusiyyətlər də daxil olmaqla, fars mədəniyyətinin aspektlərinin ötürülməsinə istinad etmək üçün də tətbiq edilmişdir.

Значение слова в других словарях

зверова́ние крамба́мбули медици́на на и́мя органо́лог пикироваться плени́тельный поегози́ть протрясти́сь рябова́тость те́льник диагра́ммный запрода́ться насо́хнуть неустрани́мый озада́ченный у́тренник фе́рмерша шестерня́ contorniate doch-an-doris drink-offering horse-breeding onflow volumenometer