Farslaşdırma

Farslaşdırma (fars. پارسی‌سازی‎) — qeyri-fars cəmiyyətinin "farslaşmış" halına gəldiyi mədəni dəyişikliyin sosioloji prosesi. Bu zaman həmin cəmiyyət fars diliniədəbiyyatını, İran mədəniyyətini, incəsənətini, musiqisini və kimliyini, eləcə də digər sosial-mədəni amilləri birbaşa mənimsəyir və ya ondan güclü şəkildə təsirlənir. Bu, tez-tez dil dəyişikliyini özündə ehtiba edən mədəni assimilyasiyanın spesifik formasıdır. Bu termin təkcə mədəniyyətlərə deyil, həm də fərdlərə şamil edilir, çünki onlar fars mədəniyyətinə alışıb "farslaşmış" olurlar.

Tarixən bu termin ümumiyyətlə erkən və orta islam dövrlərində İran mədəniyyəti sferasında yaşayan qeyri-İrandilli xalqların, xüsusən ərəblər və müxtəlif Qafqaz (məsələn, gürcü, ermənidağıstanlı), həmçinin türk xalqları, o cümlədən səlcuqilər, OsmanlılarQəznəvilərdə mədəniyyətlərində baş verən dəyişikliklərə istinad etmək üçün tətbiq edilmişdir.[1][2] Bu termin, həmçinin İran yaylası ətrafındakı vilayətlərə, məsələn, AnadoluHindistan yarımqitəsində yaşayan qeyri-fars xalqlara linqvistik xüsusiyyətlər də daxil olmaqla, fars mədəniyyətinin aspektlərinin ötürülməsinə istinad etmək üçün də tətbiq edilmişdir.

  1. Bhatia, Tej K., The handbook of bilingualism, (2004), p.788-9
  2. Ravandi, M., The Seljuq court at Konya and the Persianisation of Anatolian Cities, in Mesogeios (Mediterranean Studies), vol. 25-6 (2005), pp157-69