FAVN

qədim Roma əsatirində: çöl, dağ və meşə Allahı.
FATUL
FETİŞ
OBASTAN VİKİ
Favn
Favn — Qədim Roma mifologiyasında meşə və düzənliklər tanrısı.
Barberini favnı
Barberini favnı (it. Fauno Barberini) və ya Kefli satir — Münhenin Qliptotek muzeyində saxlanan həyat ölçülü mərmər heykəldir. Favn yunan mifologiyasının qəhrəmanı olan satirin Qədim Roma mifologiyasındakı ekvivalentidir. Yunan mifologiyasında satirlər bəzi heyvan xüsusiyyətlərinə malik meşə ruhlarıdır. Onlar əksər hallarda keçi saqqalı, quyruğu və buynuzuna malik oğlanlar kimi təsvir edilirlər. Satirlər tez-tez Dionislə görüşür və ona kömək edirlər. == Tarixi == === Aşkarlanması və restavrasiyası === Heykəl ya Perqam məktəbinin davamçısı olan naməlum ellinist heykəltaraş tərəfindən e.ə. III əsrin sonu-II əsrin əvvəllərində hazırlanmış, ya da Qədim Yunan heykəlinin yüksək keyfiyyətli Qədim Roma kopyasıdır. Hazırkı mükəmməl vəziyyətinə heykəl bərpaçı Vinçenzo Paçetti tərəfindən restavrasiya edilməsindən sonra gətirilmişdir. Heykəl, əvvəllər Adrian mavzoleyi kimi də tanınan Müqəddəs Mələk qəsri yaxınlığındakı xəndəkdən təxminən 1620-ci illərdə tapılmışdır.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. == Əsər haqqında mənbə məlumatları == Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır.[б] Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir. Bu heykəl heç də, Kondivi və Vazarinin təsvir etdiyi heykəli xatırlatmır, belə ki, onun ağzında cəmi iki dişi var və onların da arasından dili sallanır.
Favnın labirinti (film, 2006)
Panın labirinti — 2006-cı il istehsalı olan İspaniya-Meksika ortaq filmi.

Значение слова в других словарях