Federal fondlar

Fed funds 1) ABŞ-da Federal Rezerv Sisteminə üzv olan kommersiya banklarının federal rezerv banklarının birində saxladıqları sərbəsat ehtiyatlar. Bu ehtiyatlar banklararası qısamüddətli ssudalar üçün istifadə olunur; 2) Federal Rezerv Sistemi tərəfindən dövlət qiymətli kağızlarının alınmasına ödənilən vəsaitlər.
Faktor-firma
Federal fondların uçot faiz dərəcəsi (qısamüddətli kreditlər üzrə)
OBASTAN VİKİ
Federal fondlar
Federal fondlar (ing. federal funds (Fed funds)) — Federal Ehtiyat Banklarında həmişə mövcud ehtiyat qalıqları. Fed fondları kommersiya bankları və iri korporasiyalar tərəfindən bir-birinə kredit vermək üçün, ilk növbədə, bir gecədə (overnight, overnayt kreditləri) geniş istifadə olunur. “Federal fondların dərəcəsi, Federal Ehtiyat Sisteminin (ing. federal funds rate) — üzvü olan bankların bir-birinə bir gecəlik kredit vermə dərəcəsidir.” ABŞ Federal Ehtiyat Sistemi federal fondların dərəcəsini təyin etsə də, bir gecəlik kredit qiymətləri bazarın müəyyən etdiyi kimi dəyişir.
Federal kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Federal memarlıq
Federal, üslublu memarlıq — 1780-1830-cu illər arasında Şimali Amerikada yaranıb genişlənən memarlıq adı. Xüsusilə 1785-ci ildən 1815-ci ilə qədər bu memarlıq üslubu üstünlük təşkil etmişdir. Bu üslub öz adını yarandığı dövrü ilə - ölkənin federal müddəti ilə bölüşdürmüşdür. Federal üslubu ismi eyni zamanda, Birləşmiş Ştatlarında mebel dizaynı ilə birlikdə istifadə olunur. Üslub daha çox orta sinif klassisizm, almandilli torpaqlarda Biedermeier üslubu ilə uyğunluq təşkil edir. Eyni zamanda Britaniyada Regency üslubuna uyğundur. Federal-üslub memarlıq anlayışı Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine Federal-üslub memarlıq ilə tanışlıq Federal Style, 1780-1820 - Coleman-Hollister Evi Federal üsluba Nümunələr (1780-1820) Federal üslubun tədqiqat biblioqrafiyası, federal Evlərin fotoşəkilləri.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Federal şəhər
Federal şəhər — Almaniya, İsveçrə və Rusiyanın müəyyən şəhərləri üçün istifadə olunan ifadə. Almaniyada keçmiş Qərbi Almaniyanın paytaxtı Bonn unikal federal şəhər (Bundesstadt) adı ilə təyin edilmişdir. 28 aprel 1994-cü ildən Almaniya Prezidentinin, Almaniya kanslerinin, Bundesratın (yuxarı palata) ikinci rəsmi iqamətgahı, altı federal nazirliyin və təxminən 20 federal orqanın əsas rəsmi iqamətgahıdır. Bu, sadəcə bir başlıqdır, çünki Bonn, bir çox digər Almaniya şəhərləri kimi, müstəqil bir şəhərdir, lakin bir dövlətin bir hissəsidir. Rusiya konstitusiyasında qeyd olunur ki, onun federal əhəmiyyətli üç şəhəri var: Moskva, Sankt-Peterburq və Sevastopol. Federal şəhər İsveçrə parlamentinin və hökumətinin oturduğu yer olduğu üçün Bernin rəsmi adıdır. Boqota, Braziliya, Buenos-Ayres, Kanberra, Karakas, Cakarta, Mexiko, Astana, Seul və Vaşinqton kimi bəzi milli paytaxtlar federal statusa malikdirlər, heç bir əyalətə və ya əyalətə aid deyillər (yaxud əyalətdirlər). Berlin, Dehli, Moskva, Oslo, Praqa, Sofiya və digər şəhərlərdə olduğu kimi, öz əyaləti. Bəzən buna federal rayon deyilir.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Federal bölgə
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Cənub Federal Dairəsi
Cənub Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri.
Federal Aviasiya Administrasiyası
Federal Aviasiya İdarəsi və ya Federal Aviasiya Administrasiyası (ing. Federal Aviation Administration (FAA) )— Birləşmiş Ştatlar Nəqliyyat Departamentinə bağlı olan "federal" dövlət təşkilatı. Təşkilatın vəzifəsi ABŞ-nin hava məkanında bütün növ təyyarələrin, uçuş, istehsal, müdaxilə, effektivlik və etibarlı təhlükəsizlik qaydalarının izlənilməsinə və tətbiqinə nəzarət etmək və ABŞ-də hava təhlükəsizliyini təmin etməkdir. 23 avqust 1958-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilmiş və bu sahədə əsas qurum olaraq təyin edilmişdir. Bu tarixə qədər xidmət edən CAA (Civil Aeronautics Administration - Mülki Aeronavtika İdarəsi) və AMB (Airways Modernization Board - Hava Yollarının Modernləşdirilməsi Şurası) qurumları bu qurumun altına toplaşdırılmışdırlar.
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar FES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuraları fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Federal Müdafiə Nazirliyi
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Federal Rezerv Sistemi
Federal Təhqiqat Bürosu
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kəşfiyyat və hüquq-mühafizə orqanı. ABŞ Ədliyyə Nazirliyinin yurisdiksiyası altında fəaliyyət göstərir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilə bağlı təhqiqat işləri aparır, dövlət təhlükəsizliyini təmin edir, həmçinin bu sahədə ABŞ dövlət aparatının bütün orqanlarının fəaliyyətini əlaqələndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Federal Təhqiqatlar Bürosu
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kəşfiyyat və hüquq-mühafizə orqanı. ABŞ Ədliyyə Nazirliyinin yurisdiksiyası altında fəaliyyət göstərir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilə bağlı təhqiqat işləri aparır, dövlət təhlükəsizliyini təmin edir, həmçinin bu sahədə ABŞ dövlət aparatının bütün orqanlarının fəaliyyətini əlaqələndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Federal dairə (Braziliya)
Federal dairə (port. Distrito Federal) — Braziliyanın federal inzibati vahidi. Bu böldə özündə Braziliyanın paytaxtı olan Brazilia şəhəri əhatə edir. Federal dairə 1960-ci ildə paytaxt Rio-de-Janeyrodan Qoyas və Minas-Jerays ştatlarınln ərazisindən təşkil olunmuş bölgəyə köçürülmüşdür. Bu zaman federal ərazi olan Rio-de-Jneyroda Qunabara ştatı təşkil olunmuşdur. 1975-ci ildə bölgə Rio-de-Janeyro ştatına birləşdirilir. 2010-cu il siyahıya alınmağa görə əhalisi 2 570 160 nəfər təşkil edir.. Şəhər əhalisinin böyük qismi dövlət qulluqçuları və şəhər inşaatçılarının törəmələridir. Əhalisi əsasən afrika-hindu məhşəlli qarışıq portuqallardan ibarətdir. İrqi tərkib İnzibati cəhətdən 1 mezoregion və 1 mikroregion.
Federal fondların dərəcəsi
Federal fondların dərəcəsi (ing. federal funds rate) — ABŞ banklarının öz izafi ehtiyatlarını qısa müddətə (adətən bir gecədə) digər banklara borc verdiyi faiz dərəcəsi. Borc alan bank və borc verən bank kredit üzrə faiz dərəcəsini öz aralarında razılaşdırırlar; bütün bu cür əməliyyatlar üçün tariflərin orta çəkili məbləği effektiv federal fondların dərəcəsi (ing. federal funds effective rate) adlanır. Hədəf federal fondların dərəcəsi (ing. federal funds target rate), adətən ildə səkkiz dəfə, təxminən yeddi həftədə bir dəfə keçirilən Fed-in Federal Açıq Bazar Komitəsinin iclası tərəfindən müəyyən edilir. Komitə həmçinin əlavə iclaslar keçirə və normal cədvəlindən kənarda hədəf dərəcəsini dəyişə bilər. Federal Ehtiyat ABŞ iqtisadiyyatında pul təklifini idarə etmək üçün açıq bazar əməliyyatlarından istifadə edir ki, effektiv məzənnə hədəfə uyğun olsun. Uzunmüddətli məcmu təklif və gözlənilən inflyasiya ilə müqayisədə real ÜDM artımının sabit olduğu hədəf dərəcəsi neytral federal fondlar dərəcəsi adlanır. Qanunla maliyyə institutlarından ya FED-də ehtiyatlar, ya da kassada nağd pul kimi müəyyən bir ehtiyat səviyyəsini saxlamaları tələb olunur.
Federal Şura (Avstriya)
Federal Şura (alm. Bundesrat‎ — bundesrat') — Avstriya parlamentinin yuxarı palatası — Federal Məclis. Koğuşda 62 yer var. Deputatlar Avstriya torpaqları (parlamentləri) tərəfindən seçilir. Torpaqları əhaliyə görə fərqli sayda millət vəkili (3-dən 12-dək) təmsil olunur. Bundesratın deputatının səlahiyyət müddəti seçilmiş parlamentin səlahiyyət müddəti ilə bağlı 4 ildən 6 ilə qədərdir.
Mərkəz Federal Dairəsi
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur.
Rusiyanın Federal şəhərləri
Qalın mətnRusiya Federasiyası 83 subyektdən ibarətdir və onun 2-si — Moskva və Sankt-Peterburq federal əhəmiyyətli şəhərlərdir. Bununla yanaşı, Baykonur kosmodromunu Qazaxıstandan icarəyə götürdüyü müddət ərzində Baykonur da Rusiya Federasiyası üçün federal əhəmiyyətli şəhər statusunu daşıyır. Buna baxmayaraq, Baykonur Rusiya Federasiyasının subyekti statusuna malik deyil.
Rusiyanın federal dairələri
Rusiya Federasiyasının Federal Dairələri — Rusiya prezidenti V. V. Putinin 849 nömrəli "Federal dairədə Rusiya Federasiyasının Prezidentinin səlahiyyətli nümayəndəsi haqqında" 13 may 2000-ci il fərmanına əsasən yaradılmışdılar.
Sibir Federal Dairəsi
Sibir federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri.
Ural Federal Dairəsi
Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ərazi Orta, qismən Şimali və Cənubi Uralı, həmçinin ona bitişik Şərqi Avropa və Qərbi Sibir düzənliklərinin bir hissəsini əhatə edir. Tərkibinə Başqortostan və Udmurt respublikaları, Kurqan, Orenburq, Perm, Sverdlovsk, Çelyabinsk vilayətləri daxildir. Sahəsi 1.818.497 km²-dir Faydalı qazıntılarla (neft, təbii qaz, metal və qeyri-metal filizlər və s.) zəngindir. Sənayesi kənd təsərrüfatına nisbətən xeyli üstünlük təşkil edir. Əsas sənaye sahələri qara və əlvan metallurgiua, maşınqayırmadır. Ümumrusiya əhəmiyyətli mədən-kimya sənayesi, ağac tədarükü və qazçıxarma inkişaf etmişdir. Kənd təsərrüfatında taxılçılıq və ətlik-südlük heyvandarlıq mühüm yer tutur. Nəqliyyatın əksər növləri inkişaf etmişdir. Sergey Svetlakov-şoumen, televiziya aparıcısı, aktyor, prodüser, ssenarist Alexander Maslyakov-teleaparıcı, televiziya prodüseri Semyon Altov-Yumorist yazıçı Aleksey Balabanov-kinorejissor, prodüser, ssenarist Yuri Loza-müğənni, bəstəkar Alexander Malinin-müğənni İqor Altuşkin-sahibkar, " Rus mis Şirkəti "nin təsisçisi və direktorlar şurasının sədri.
Venesuelanın federal mülkiyyəti
Federal mülkiyyət (isp. Dependencias Federales), Venesuelanın federal mülkiyyəti hərdən səhvən: Ştat federal mülkiyyət (isp. Estado Dependencias Federales) — Venesuelanın ayrı bir inzibati və ərazi vahidi, Karib və Venesuela Körfəzində adalarından (12 ada qrupu) əksəriyyətini birləşdirən ada.
Volqa Federal Dairəsi
Volqa Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir. Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.
Volqayanı Federal Dairəsi
Volqa Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir. Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.

Значение слова в других словарях