FİLİASİYA

(fransız filiation, latın filialis-oğluna məxsus) vətəndaşlıq hüququna görə anadan olma ilə vətəndaşlığın əldə edilməsi. Belə halda, vətəndaşlıq “qan hüququna” (valideynlərin qanı ilə gələn vətəndaşlıq) və ya “yer hüququna” (vətəndaşlığın doğulduğu yer ilə əldə edilməsi) görə verilir. Birinci halda uşaq anadan olduğu yerdən asılı olmayaraq vətəndaşlıq alır, ikinci halda isə ata-ananın vətəndaşlığından asılı olmayaraq, o hansı dövlətin ərazisində doğulubsa, həmin dövlətin də vətəndaşı olur. Bununla yanaşı, bəzi hallarda (əksər hallarda) vətndaşlıq-atanın vətəndaşlığı ilə gəlir, digər hallarda isə (misal: İsrail, Hindistan) – ananın vətəndaşlığı ilə gəlir. Dövlətlər F. məsələsini xüsusi razılaşmalar ilə tənzimləyir, F. məsələsini öz aralarında tənzimləməyən dövlətlərdə isə “ikili vətəndaşlıq” əmələ gələ bilər və bu da, öz növbəsində dövlətlər üçün müəyyən problemlər yaradır.
FƏRMAN
FOND
OBASTAN VİKİ
Filiasiya
Filiasiya — vətəndaşlığın əldə edilməsi üsullarından biri. Şəxsin doğulduğu andan vətəndaşlıq əldə etməsi. Bu isə yalnız iki prinsip əsasında baş verir: qan hüququ əsasında və torpaq hüququ əsasında.