film
filmothèque
OBASTAN VİKİ
Robert Filmer
Ser Robert Filmer (ing. Sir Robert Filmer; 1588[…], Kent qraflığı – 26 may 1653[…], İst-Satton[d], İngiltərə Respublikası) — İngiltərə filosofu, royalisti və torizmin nümayəndəsi. O, kralların ilahi hüququnu qorumuş və demokratiyanın bir dövlət idarəetmə forması kimi uğursuz olduğunu düşünmüşdür. Onun əsas əsəri olan "Kralların təbii gücü" Con Lokk tərəfindən tənqid edildikdən sonra tanınmışdır. Filmer özü Tomas Hobbs, Con Milton, Hüqo Qrotsi və Aristoteli tənqid etmişdir. == Həyatı == Robert Filmerin dəqiq doğum tarixi təyin olunmayıb. BEEL 1604-cü ili göstərir, lakin Britannika da daxil olmaqla əksər mənbələr təqribən 1588-ci ili qeyd edir. Robert Kent qraflığının İst-Satton kəndindən olan bir ingilis aristokrat ailəsində anadan olmuşdur. Onun atası Edvard Filmer, anası isə Elizabet idi. Robert Üçlük kolleci, Kembric Universiteti və Linkolns-İnn barrister məktəbində təhsil alır.
клёкт маг мела́нжевый подтя́нутость по́ло проплёвывать разукра́шиваться сго́рбленный водолече́ние завы́шенный откру́чивать проверте́ться солони́на львица cardiac arrest crappy galosh gaudy-day heat treatment kakemono maxillofacial агентство мера потребовать преступность