Ser Robert Filmer (ing. Sir Robert Filmer; 1588[1][2][…], Kent qraflığı – 26 may 1653[1][3][…], İst-Satton[d], İngiltərə Respublikası) — İngiltərə filosofu, royalisti və torizmin nümayəndəsi. O, kralların ilahi hüququnu qorumuş və demokratiyanın bir dövlət idarəetmə forması kimi uğursuz olduğunu düşünmüşdür. Onun əsas əsəri olan "Kralların təbii gücü" Con Lokk tərəfindən tənqid edildikdən sonra tanınmışdır.[4][5] Filmer özü Tomas Hobbs, Con Milton, Hüqo Qrotsi və Aristoteli tənqid etmişdir.
Robert Filmer | |
---|---|
Doğum tarixi | 1588[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 may 1653[1][3][…] |
Vəfat yeri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Robert Filmerin dəqiq doğum tarixi təyin olunmayıb. BEEL 1604-cü ili göstərir, lakin Britannika da daxil olmaqla əksər mənbələr təqribən 1588-ci ili qeyd edir.[6] Robert Kent qraflığının İst-Satton kəndindən olan bir ingilis aristokrat ailəsində anadan olmuşdur. Onun atası Edvard Filmer, anası isə Elizabet idi. Robert Üçlük kolleci, Kembric Universiteti və Linkolns-İnn barrister məktəbində təhsil alır. Beləliklə, o, 1613-cü ildə Filmer vəkil statusu alır. Ancaq onun vəkilliklə məşğul olub olmadığı bilinmir. Robert 8 avqust 1618-ci il tarixində, London şəhərində Enn Heton ilə evlənir. 1620-ci ilin əvvəllərində onların uşaqların olur. Robert kral I Karl tərəfindən cəngavərliyə qəbul edilir.[7][8][9]
Filmerin atası 1629-cu ilin noyabrında vəfat edir. Ailənin ən böyük uşağı olan Robert bütün mülkləri sahiblənərək ailənin başçısına çevrilir. O, 1630-cu illərdən hakim vəzifəsində çalışır.[9]
İngiltərədə vətəndaş müharibəsi dövründə Filmerin əmlakı girdəbaşlar tərəfindən talan edilir. 1643-cü ildən etibarən onun Vestminster və Kentdəki əmlaklarına parlament tərəfindən yüksək vergilər tətbiq edilir. Bundan əlavə, krala dəstək verməkdə şübhəli bilinən Robert barəsində istintaq başladılır. Heç bir maddi sübut tapılmasa da, Filmer həbs edilir və illərlə Lids qalasında qalır, mülkləri isə müsadirə edilir. İstintaqda iddia edilir ki, Filmer guya gizli şəkildə kavaler qoşunlarını silahla təchiz edib.[7][9]
Robert Filmer 26 may 1653-cü il tarixində vəfat edir, baxmayaraq ki, BEEL bu tarixi 1688-ci il olaraq göstərir.[6] Dəfn mərasimi 30 mayda, İst-Sattonda keçirilir.[9]
Mel Bradford E. (1993), "A Neglected Classic: Filmer's Patriarcha." In: Saints, Sovereigns, and Scholars. New York and Geneva: Peter Lamb