Firuiddin
Firuiddin — İslam dininin əməl edilməsi vacib olan şərtləri. Firuiddinə aid olan məsələlər çoxdur. Lakin bunlardan 10-u çox mühüm olduğundan daha çox tanınıblar:[mənbə göstərin]
Namaz — Gün ərzində müəyyən şərtlər və müəyyən vaxtlarda Allaha ibadət etmək.
Oruc — Hər il Ramazan ayının əvvəlindən sonunadək sübh azanından axşam azanınadək oruc olmaq.
Zəkat — Müəyyən şərtlərdə malın müəyyən hissəsini yoxsullara vermək, xeyir işlərdə xərcləmək və s.
Xüms — İl ərzində insanın gəlirinin,qazancının beşdə birini ayırıb müəyyən olunmuş yerlərdə xərcləmək və s.
Həcc — Müəyyən şərtlərlə ömründə bir dəfə Məkkəyə Kəbə evinin ziyarəti də daxil olmaqla xüsusi proqramla ziyarətə getmək.
Cihad — Allah yolunda kafirlər, zalımlar və təcavüzkarlarla mübarizəyə qalxmaq.Mənəvi yəni nəfsinlə mübarizə.
Əmr be məruf (yaxşılıqlara dəvət) — Xalqı yaxşı işlərə və bəyənilmiş rəftarlara dəvət etmək.
Nəhy əz-munkər (pisliklərdən çəkindirmək) — Xalqı pis işlərdən çəkindirmək.