Flandriya

coğ. Flandre f

flaminqo
flanel
OBASTAN VİKİ
Flandriya
Flandriya (nid. Vlaanderen) və ya Flandr vilayəti. Şimal dənizi sahilində yerləşən və tarixi Flandriya qraflığının ərazisini əhatə edən bölgə. Müasir Fransa, Belçika və Hollandiya ərazilərini əhatə etmişdir. == Mənşəyi == Franklar tərəfindən "sel altında qalmış" mənasında Polderler bölgəsinin sonradan yaranmış adı olduğu hesab edilir. == Tarixi == Flandriya qraflığı 843-cü ildə Verden müqaviləsi ilə Orta Frank krallığına, 870-ci ildə isə Meyersen müqaviləsi ilə Qərbi Frank krallığına verilmişdir. Formal olaraq Qərbi Frank kralı Daz Karldan (II Karl) asılı olan Flandriya qraflığının ilk qrafı Qraf Baodin olmuşdur. 1056-cı ildə V Baodinin dövründə Müqəddəs Roma imperiyası tərəfindən Ambaxten əyaləti və Aalst bölgələri feod olaraq alınır.
Qərbi Flandriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Şərqi Flandriya
Şərqi Flandriya (nid. Oost-Vlaanderen, fr. Flandre orientale, alm. Ostflandern‎) —Belçikanın 10 əyalətindən biri olub, flaman bölgəsinə aiddir. Qərbi Flandiriya ilə Belçikanın arasında yerləşir. Həmçinin Antverpen, Flaman Brabantı, Eno və Niderlandlar sərhədlənir. İnzibati mərkəzi-Qent şəhəridir. Sahəsi: 2942 кm² Ən hündür nöqtəsi: 157 metr Əsas çayları: Şelda, Lis, Durma, Dandr Əhali: 1 432 326 nəfər. (2010) 1795-ci ildə Avstriya Niderlandları Fransa tərəfindən mühasirəyə alındıqdan sonra bu ərazilərdə Esko departamenti quruldu. Napaleonun dağıntısından sonra Niderlandla birləşdirən krallıq, departament Esko Şərqi Flandiriya adını aldı.
III Marqarita (Flandriya qrafinyası)
III Marqarita (fr. Marguerite III de Flandre; nid. Margaretha van Male; 13 aprel 1350 – 16 mart 1405, Arras) — Flandriya qrafı II Lüdovikin qızı, Flandriya qrafinyası, Burqundiya hersoqinası. 1355-ci ildə 6 yaşlı Burqundiya hersoqu I Filipplə evləndirildi. O əsnada gəlinin 5, bəyin isə 9 yaşı vardı. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik bəyin 14 yaşında ikən vəbadan vəfat etməsiylə başa çatdı. Üstəlik ərinin ölümündən sonra Burqundiya hersoqluğu 1361-ci ildə Fransa kralı II İohann tərəfindən işğal edildi. 1369-cu ildə Marqarita Fransa kralı II İohannın yenicə Burqundiya hersoqu təyin edilən oğlu Cəsur Filipplə evləndirildi. Cütlüyün bu nigahdan 9 övladı doğuldu. Qorxusuz Con, Burqundiya hersoqu (1371-1419) Karl (1372-1373) Marqarita, Bavariya hersoqinası (1374-1441) Lüdovik (1377-1378) Ketrin, Avstriya hersoqinası (1378-1425) Bonna (1379-1399) Antoni, Brabant hersoqu (1384-1415) Mariya, Savoyya hersoqinası (1386-1422) Filipp, Never qrafı (1389-1415) 1384-cü ildə atası II Lüdovikin geridə varis qoymadan ölümündən sonra, Marqarita atasının mülklərinə də sahibləndi.
Şahzadə Filipp (Flandriya qrafı)
Şahzadə Filipp (fr. Philippe de Belgique; 24 mart 1837, Laken sarayı[d] – 17 noyabr 1905, Brüssel) — Belçika kralı I Leopoldun oğlu, Flandriya qrafı. 24 mart 1837-ci ildə Brüssel yaxınlığındakı Laykendə dünyaya gəldi. Atası I Belçika kralı I Leopold, anası isə Fransa kralı I Lui-Filippin qızı Luiza-Avqusta idi. 14 dekabr 1840-cı ildə Flandriya qrafı ünvanı aldı. 1869-cu ilin yanvarında qardaşı oğlu Şahzadə Leopoldun ölümüylə Belçika taxtının varisi elan olundu. Ancaq qardaşı II Leopolddan öncə 1905-ci ildə vəfat etdi və oğlu Albert Belçika taxtının varisi təyin olundu. 25 aprel 1867-ci ildə Berlində Hohensollernli Mariya Luiza Aleksandra ilə evləndi və cütlüyün 5 övladı doğuldu: Boduen (3 iyun 1869 - 23 yanvar 1891), qrip səbəbilə vəfat etdi. Henretta (30 noyabr 1870 - 28 mart 1948) Jozefina Mariya (30 noyabr 1870 - 18 yanvar 1871) Jozefina Karlona (30 noyabr 1870 - 6 yanvar 1958) I Albert == Mənbə == Keith Hitchins (1994). Rumania, 1866–1947.
Şahzadə Çarlz (Flandriya qrafı)
Belçikalı Çarlz (fr. Charles de Belgique; 10 oktyabr 1903[…] – 1 iyun 1983[…], Ostende[d], Flamand regionu[d]) — Belçika kralı I Albertin oğlu, Flandriya qrafı. == Mənbə == Els Witte, Jan Craeybeckx, Alain Meynen Political History of Belgium: From 1830 Onwards, Academic and Scientific Publishers, Brussels, 2009, p. 278. ISBN 978-90-5487-517-8 William Mark Adams (2004). Against Extinction: The Story of Conservation. Earthscan. p. 5. ISBN 9781849770415 Noterman, Jacques (2004).