III Marqarita (Flandriya qrafinyası)
III Marqarita (fr. Marguerite III de Flandre; nid. Margaretha van Male; 13 aprel 1350 – 16 mart 1405, Arras) — Flandriya qrafı II Lüdovikin qızı, Flandriya qrafinyası, Burqundiya hersoqinası.
1355-ci ildə 6 yaşlı Burqundiya hersoqu I Filipplə evləndirildi. O əsnada gəlinin 5, bəyin isə 9 yaşı vardı. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik bəyin 14 yaşında ikən vəbadan vəfat etməsiylə başa çatdı. Üstəlik ərinin ölümündən sonra Burqundiya hersoqluğu 1361-ci ildə Fransa kralı II İohann tərəfindən işğal edildi.
1369-cu ildə Marqarita Fransa kralı II İohannın yenicə Burqundiya hersoqu təyin edilən oğlu Cəsur Filipplə evləndirildi. Cütlüyün bu nigahdan 9 övladı doğuldu.
Qorxusuz Con, Burqundiya hersoqu (1371-1419)
Karl (1372-1373)
Marqarita, Bavariya hersoqinası (1374-1441)
Lüdovik (1377-1378)
Ketrin, Avstriya hersoqinası (1378-1425)
Bonna (1379-1399)
Antoni, Brabant hersoqu (1384-1415)
Mariya, Savoyya hersoqinası (1386-1422)
Filipp, Never qrafı (1389-1415)
1384-cü ildə atası II Lüdovikin geridə varis qoymadan ölümündən sonra, Marqarita atasının mülklərinə də sahibləndi.