Florenz

Florensa şəhəri
Flora
Florett
OBASTAN VİKİ
Alessandro Florenzi
Alessandro Florenzi(11 mart 1991[…], Roma) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və İtaliya milli komandasında müdafiəçi kimi çıxış edir. Florenzi peşəkar klub karyerasına 2011-ci ildə "Roma" klubunda başlayıb, lakin 2011–12 mövsümünü icarə əsasında "Krotone" klubunda keçirib. Florenzi 2019-cu ildə Daniele De Rossinin gedişindən sonra "Roma"nın yeni kapitanı təyin edildi. Daha sonra 2020–21 mövsümündə İspaniyanın "Valensiya" və Fransanın "Paris Sen-Jerman" klublarında icarə əsasında çıxış edib. "PSJ" ilə "Fransa Superkuboku"nu və Fransa Kubokunu qazanıb. 21 avqust 2021-ci ildə "Milan", sonradan transfer edə bilmək imkanı ilə Florenzinin "Roma"dan icarəyə göturur. Florenzi 30 iyun 2022-ci ilə qədər komanda ilə müqavilə imzalayır. O, "Milan"ın heyətində ilk qolunu dekabrın 22-də "Empoli" klubuna qarşı 4–2 hesabı ilə bitən oyunda vurdu, bu həm də A Seriyasında onun cərimə zərbəsindən ilk qolu oldu. "Milan"dakı ilk mösümundə komanda ilə "İtaliya A Seriyası"nın qalibi olur.