Xəzər Dənizi Flotiliyası
Xəzər Dənizi Flotiliyası (rus. Каспийская флотилия) — Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasıdır. Rusiyada ən qədim flotiliyadır. Xəzər flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskidir. Xəzər flotiliyası 1722-ci ildə, imperator Pyotrun əmri ilə yaradılıb. 1945-ci ildə "Qırmızı bayraq" ordeninə layiq görülüb. Xəzərdə ən böyük qüvvə Rusiya hərb-dəniz donanmasının Xəzər flotiliyasıdır.
1722-ci ilin noyabrında Pyotrun əmri ilə Həştərxan şəhərində yaradılıb. Admiral Fyodor Apraksin rəhbərliyi altında Rus-Fars müharibəsində iştirak edib, 1796-cı ildə rus ordusunun Dərbənd və Bakını tutmasına kömək edib. 1813-cü il Gülüstan sülhünə əsasən, Xəzər Flotiliyası Xəzər dənizində yeganə hərbi flotiliya olmalı idi.