françayzinq

françayzinq (iqt.)
françayzer
frank
OBASTAN VİKİ
Françayzinq
Françayzinq, kommersiya münasibətləri növü (fr. franchir, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasında özünəməxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir. Filip Kotler françayzinqin aşağıdakı əlamətlərini qeyd edir : françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır; françayzi biznes sisteminin bir hissəsi olmaqdan ötrü ilkin haqq ödəyir; françayzer françayziyə biznesin təşkili sistemini verir. Françayzinq müqaviləsinin françayzer üçün aşağıdakı müsbət cəhətləri vardır: Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirmək; Ödəmələrdən əlavə gəlir qazanmaq. Françayzinq müqaviləsinin françayzer üçün mənfi cəhətləri: Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır; Françayzi müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etmədikdə françayzerin imici, nişanı nüfuzdan düşür.

Значение слова в других словарях