FREE-HAND

adj əllə edilmiş (şəkil haq.)

FREE ENTERPRISE
FREE-HANDED
OBASTAN VİKİ
Hand Shakers
Hand Shakers (ハンドシェイカー, azərb. Əl sıxanlar‎) — GoHands studiyası tərəfindən Frontier Works şirkətinin və Kadokawa Shoten nəşriyyatının əməkdaşlığı ilə çəkiləcək anime serialı. Premyerasının 2017-ci ilin yanvarında baş tutmuşdur. == Məzmun == Hadisələr Osakadakı AD20XX-də Əl sıxanların ətrafında cərəyan edir. Əl sıxanlar əl-ələ verməklə dərin hislərindən "Nimrod" adlandırılan silahlar çıxara bilən partnerlərdir. Baş mükafatı əldə etmək üçün bir Əl sıxan cütlüyü digər Əl sıxan cütlüklərinə qarşı döyüşməli və mübarizə aparmalıdır. Ən yaxşı Əl sıxan cütlüyü tanrı ilə görüşmək və döyüşmək hüququ qazanacaq. Yarışda 5 cütlük iştirak edir: Çarx, Kart, Kölgə, Qılınc və Zəncir. == Personajlar == === Çarx === Tazuna (コヨリ) Səsləndirən: Soma Sayto Koyori (タヅナ) Səsləndirən: Sumire Morohoşi === Kart === Riri (リリ) Səsləndirən: Ay Kayano Masaru (マサル) Səsləndirən: Ayumu Murase === Kölgə === Çizuru (チヅル) Səsləndirən: Sumire Uesaka Hayate (ハヤテ) Səsləndirən: Kayto İşikava === Qılınc === Kodama (コタマ) Səsləndirən: Mikako Komatsu Hibiki (ヒビキ) Səsləndirən: Tomokazu Suqita === Zəncir === Brik (ブレイク) Səsləndirən: Cun Fukuyama Bind (バインド) Səsləndirən: Yoko Hikasa === Digər === Makihara (マキハラ) Səsləndirən: Şotaro Morikubo Musubu (ムスブ) / Musubu Takatsuki (高槻 結, Takatsuki Musubu) Səsləndirən: Sora Amamiya Tazunanın atası (タヅナの父, Tazuna no chichi) Səsləndirən: Kenciro Tsuda Tazunanın anası (タヅナの母, Tazuna no haha) Səsləndirən: Satomi Sato Tomoki (トモキ) / Tomoki Tachibana (橘 友樹, Tachibana Tomoki) Səsləndirən: Yuusuke Kobayaşi Tanrının səsi (神の声, Kami no koe) Səsləndirən: Daysuke Namikava == Media == === Anime === Layihə 2016-cı ilin martında anons edilmiş, lakin layihənin saytı 2016-cı ilin iyulunda yenilənmişdir. Anime serialı Animate anime personajları məhzulları mağazalarının 30 illiyi münasibətilə çəkilir.
Free-float
İctimai şirkətdə free-float və ya public float — sərbəst dövriyyədə səhmlərin payı; şirkətin səhmlərinin bu səhmləri buraxan emitentin özü ilə əlaqəli olmayan və müəssisəyə strateji nəzarətdə iştirak etməyən özəl investorların ixtiyarında olan hissəsi. Free-float aşağıdakıları istisna edən investorların sahib olduğu səhmlərin faizi kimi müəyyən edilir: şirkətin bütün səhmlərinin 5%-dən çoxuna sahib olan investorların mülkiyyətində olan səhmlər (bu təsisçilər, yüksək səviyyəli menecment, insayderlər, strateji səhmdarlar və s. ola bilər) məhdud səhmlər (məsələn, işçilərə verilmiş) insayderlərə məxsus səhmlər (insayderlərin aktivləri uzun müddət saxlaması gözlənilir) Free-float fond bazarında qiymətlərin müəyyən edilməsi üçün ən mühüm meyarlardan biri hesab olunur. Free-float qiymətli kağızlar bazarının başqa bir göstəricisidir (çox vaxt başqa bir göstərici ilə əlaqələndirilir — səhmlərin likvidliyi). İngilis dilindən free float ifadəsi "free-floating" kimi tərcümə edilə bilər. Tipik olaraq, sərbəst dövriyyə dəyəri faizlə və ya pul vahidlərində ifadə edilir. Səhmlərin aşağı sərbəst dövriyyəsi onu göstərir ki, alqı-satqı əməliyyatları bağlamaq üçün fiziki şəxslər üçün az sayda səhm mövcuddur, ona görə də bu halda likvidlik aşağı olacaq. Səhmlərin məşğul ticarətini təşkil edərkən aşağı sərbəst dövriyyə problemə çevrilə bilər - bu, həm özəl investorlar, həm də möhtəkirlər üçün mənfi haldır, çünki spekulyantlar yüksək yayılma səbəbindən bu cür səhmləri alqı-satqıda sərfəli olmayacaq və onlar itkilərə məruz qalacaqlar. == İstinadlar == == Xarici keçidlər == Float (ing.) What is «free-float market capitalization»?
Tax free
Tax free, Taks-fri (azərb. vergidən azad‎) — əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sistemi. ƏDV xarici vətəndaşlar tərəfindən satın alındıqları ölkədən getdikdə onların etdikləri alış-verişə görə geri qaytarılır. Geri qaytarılma məbləğləri alış məbləğinin 7%-dən 22%-ə qədərdir və ƏDV məbləğindən və Tax free operatorunun komissiyasından asılıdır. ƏDV tutan 130 ölkədən təxminən 50-si müvafiq loqosu olan mağazalarda (Tax free və ya vergi geri qaytarma əməliyyatı edən şirkətlərdən biri) alış-veriş edildiyi təqdirdə ölkənin qeyri-rezidentlərinə ödənilmiş vergini geri qaytarır. Hüquqi şəxslər üçün xarici ezamiyyət xərclərinə görə ƏDV-nin qaytarılması sistemi də mövcuddur — biznes taks-fri (Business Tax free). Rusiya prezidenti Vladimir Putin 2017-ci il noyabrın 28-də Avrasiya İttifaqına daxil olmayan ölkələrdən (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan) gələn turistlər üçün Rusiya Federasiyası ərazisində ƏDV-nin qaytarılmasının tətbiqi haqqında fərman imzalayıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Turistlər alış qiymətinin 18%-i məbləğində ƏDV-ni qaytara biləcəklər. İlkin mərhələdə qanun Moskva, Sankt-Peterburq və Soçidə edilən alış-verişə şamil ediləcək.
Hold My Hand
Hold My Hand – Maykl Cekson və Akonun birgə ifa etdiyi mahnı. Mahnı Ceksonun on birinci studio albomu və ölümündən sonra çıxarılmış ilk albomu olan Michael albomundan çıxarılmış ilk rəsmi sinqldır. Mahnı Cekson tərəfindən 2007 – ci ildə yazılmış və Akonun 2008 – ci ildə çıxardığı Freedom albomuna daxil edilməsi nəzərdə tutulmuşdur. Lakin Akon öz ifasını 2010 – cu ildə tamamlamışdır. == Fon == Mahnının müəlliflərindən biri olan Claude Kelly qeyd edir ki, "Hold My Hand" əslində Whitney Houstonla ifa edilməli idi. Mahnının studio çalışmaları zamanı Akon da studioda olub və mahnın eşidib. Kelly mahnı üzərində çalışmalarını bitirdikdən sonra dinləməsi üçün Akona təqdim edib. Mahnını dinlədikdən sonra Akon qeyd edib ki, mahnı çox xoşuna gəlir və onu özünd saxlamaq istəyir. Daha sonra isə Akon mahnını ifa edərək öz versiyasını yazdırıb. Qısa müddət sonra Akon Maykl Ceksonun növbəti albom çalışmalarıyla bağlı Las-Veqasa gedib.
Alcohol Is Free
Alcohol Is Free — (Azərbaycanca: Alkoqol Pulsuzdur) Yunanıstanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Free-to-play
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Radio Free Europe
Azadlıq Radiosu (ing. Radio Free Europe/Radio Liberty; RFE/RL) — ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, "məlumatların sərbəst yayımı ya hökumət orqanları tərəfindən qadağan edilir, ya da tam inkişaf etməmişdir" dediyi Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrində xəbərlər, məlumatlar və təhlillər yayımlayan və hesabat verən media təşkilatı. Azadlıq Radiosu ABŞ federal hökumətinin bütün beynəlxalq yayım xidmətlərinə nəzarət edən müstəqil dövlət agentliyi olan Qlobal Media Agentliyi tərəfindən idarə olunan özəl, qeyri-kommersiya 501(c) (3) korporasiyasıdır. Ceremi Bransten RFE-nin baş redaktoru vəzifəsini icra edir. Azadlıq Radiosu 27 dildə 23 ölkədə yayımlanır. Təşkilatın baş ofisi 1995-ci ildən Praqada yerləşir və bütün yayım bölgələrindəki ölkələrdə 500-dən çox əsas işçi və 1300 strinqer və frilanserdən ibarət 21 yerli büroya malikdir. Bundan əlavə, Vaşinqtondakı baş qərargahında və korporativ ofisində 680 işçisi var. Soyuq müharibə dövründə Azad Avropa Radiosu sovet peyk dövlətlərinə, o cümlədən Baltikyanı dövlətlərə yayımlanırdı. Azad Avropa Radiosu 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə tərəfindən antikommunist təbliğat mənbəyi kimi, Azadlıq Radiosu isə iki il sonra təsis edilib. İki təşkilat 1976-cı ildə birləşdi.
Free Software Foundation
Azad proqram təminatı fondu (APTF; ing. Free Software Foundation, FSF) – azad proqram təminatı hərəkatını və xüsusən də GNU Layihəsini dəstəkləmək üçün 1985-ci il oktyabr ayında Massaçusets ştatının Boston şəhərində Riçard Stallman tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı. Yarandığı vaxtdan 1990-cı illərin ortalarına qədər Fondun vəsaitləri ilk növbədə pulsuz proqram təminatı yazmaq üçün tərtibatçıların işə götürülməsi üçün istifadə olunurdu. 1990-cı illərin ortalarından axırlarına qədər pulsuz proqram təminatı bir çox şirkətlər və şəxslər tərəfindən yaradılmışdır, ona görə də Fondun əməkdaşları və könüllüləri əsasən azad proqram təminatı sahəsində hüquqi və təşkilati məsələlərlə məşğul olurlar. == Tarixi == Azad proqram təminatı fondu 1985-ci ildə ödənişsiz proqram təminatının işlənib hazırlanmasını dəstəkləyən qeyri-kommersiya korporasiyası kimi təsis edilmişdir. Bu, dərsliklərin və lentlərin satışı kimi mövcud GNU layihələrini davam etdirmiş, ödənişsiz proqram təminatı sisteminin tərtibatçılarını işə götürmüşdür. Azad proqram təminatı fondu o vaxtdan bəri bu fəaliyyətləri davam etdirir, həmçinin azad proqram təminatı hərəkatını müdafiə edir. APTF həmçinin, bir neçə ödənişsiz proqram lisenziyasının idarəedicisidir. Yəni, APTF dərc edir və lazım gəldikdə düzəlişlər etmək imkanına malikdir. 2001-ci ilin sonunda o vaxtkı icraçı direktor Bredli Kun Moqlen, Devid Turner və Piter Braunun köməyi ilə bu səyləri APTF-nin GPL Uyğunluq Laboratoriyalarında rəsmiləşdirmişdir.
Free Knowledge Foundation
Free Knowledge Foundation (FKF) — azad proqram və azad standartlar da daxil olmaqla açıq biliyi təşviq etmək məqsədi daşıyan təşkilat. 2004-cü ildə təsis edilmişdir və İspaniyanın Madrid şəhərində yerləşir. Pablo Maxon 2004-cü ildən FKF-nin prezidentidir. 2005-ci ildə Fond Riçard Stolmanı Fəxri Patron təyin etmişdir. 2006-cı ildə FKF Avropa Azad Proqram Təminatı Fondunun ortaq təşkilatı olmuşdur. == Libremeeting == FKF "LibreMeeting" – Madrid Beynəlxalq Pulsuz Bilik Görüşünü təşkil edir. Adətən Madriddən 50 km məsafədə yerləşən Miraflores-de-la-Syerra şəhərindəki La-Kristalera Mülkündə keçirilir. Fond "libre.org" mükafatlarını "LibreMeeting"də təqdim edir. Bu mükafatlar azad biliyi təbliğ edən insanlara və ya təşkilatlara verilir. == Digərləri == FKF "Libremeeting"dən başqa tədbirlər də təşkil edir və azad proqram təminatı və azad bilik ilə bağlı müvafiq beynəlxalq tədbirlərdə məruzəçilərlə iştirak edir.
Let Yourself Free
Let Yourself Free — ABŞ musiqi qrupu Fitz and the Tantrums-un beşinci studiya albomu. 11 noyabr 2022-ci ildə Elektra Records tərəfindən buraxılıb.
Hand–Şüller–Kristian xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.
GNU Free Documentation License
GNU Free Documentation License (GNU-nun sərbəst sənədləşmə lisenziyası), və ya sadəcə GNU FDL (GFDL) — bu, Azad Proqram Təminatı Fondu tərəfindən azad proqram təminatı üçün tanınmış lisenziya olan GNU GPL-ə əlavə olaraq işlənmiş kopileft-liseziyadır. == Əsas prinsipləri == Əgər müəllif məhsulu GNU FDL lisenziyası ilə nəşr edirsə, O, istəyən hər bir kəsə bu məhsuldan istifadə üçün geniş səlahiyətlər (istifadə, paylaşmaq, dəyişmək və s.) vermiş olur. Lakin məhsuldan istifadə edərkən müəllifin adı istifadə olunmalıdır, bununla belə əgər müəllif adının qeyd olunmasını istəmirsə bu məcburi deyildir.
Radio Free Europe/Radio Liberty
Azadlıq Radiosu (ing. Radio Free Europe/Radio Liberty; RFE/RL) — ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, "məlumatların sərbəst yayımı ya hökumət orqanları tərəfindən qadağan edilir, ya da tam inkişaf etməmişdir" dediyi Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrində xəbərlər, məlumatlar və təhlillər yayımlayan və hesabat verən media təşkilatı. Azadlıq Radiosu ABŞ federal hökumətinin bütün beynəlxalq yayım xidmətlərinə nəzarət edən müstəqil dövlət agentliyi olan Qlobal Media Agentliyi tərəfindən idarə olunan özəl, qeyri-kommersiya 501(c) (3) korporasiyasıdır. Ceremi Bransten RFE-nin baş redaktoru vəzifəsini icra edir. Azadlıq Radiosu 27 dildə 23 ölkədə yayımlanır. Təşkilatın baş ofisi 1995-ci ildən Praqada yerləşir və bütün yayım bölgələrindəki ölkələrdə 500-dən çox əsas işçi və 1300 strinqer və frilanserdən ibarət 21 yerli büroya malikdir. Bundan əlavə, Vaşinqtondakı baş qərargahında və korporativ ofisində 680 işçisi var. Soyuq müharibə dövründə Azad Avropa Radiosu sovet peyk dövlətlərinə, o cümlədən Baltikyanı dövlətlərə yayımlanırdı. Azad Avropa Radiosu 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə tərəfindən antikommunist təbliğat mənbəyi kimi, Azadlıq Radiosu isə iki il sonra təsis edilib. İki təşkilat 1976-cı ildə birləşdi.
Set Me Free (Eden Alene mahnısı)
Set Me Free — İsrailin 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Eden Alene 2021 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Set Me Free" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 17-ci pillədə qərarlaşmışdır.