FUNDAMENTALİZM

ehkamçılığın dəyişməzliyini elan edən, etiqadı üstün tutan, dinin bütün göstərişlərini ciddi surətdə icra edilməsi üzərində israr edən dini cərəyan; təməlçilik.
FRANSİSKANLAR
FURQAN
OBASTAN VİKİ
Fundamentalizm
Fundamentalizm (ing. fundamentalism; fr. Fondamentalisme) və ya dini ekstremizm — dini əsaslı əsl qaydalara geri dönmə tələbiylə özünü müəyyən edən və bu qaydalara qatı bir şəkildə bağlı olan digər görüşlərə qarşı toleranssız və dünyəvilik əleyhdarı dini hərəkət və ya dünyagörüşü. Kökdən dinçilik, ümumiyyətlə dini təbiətdəki bir sıra qaydaya bağlı, müasir ictimai və siyasi həyat ilə əlaqədar üzərində uzlaşılmış prinsiplərə qarşı reaksiyası olan inancı ifadə edər. Kökdən dinçilik termini İncilin sözcüyü sözcüyünə oxunub müdafiə olunması, həyata keçirilməsi üçün başladılan protestant hərəkata deyilirdi, zamanla genişlənərək bütün dini hərəkatlardakı ideoloji özə vurğu edən bir xarakterə bürünmüşdür. Dinin təməl prinsiplərinə bağlı, bu prinsiplərə dönməyi müdafiə edən, modernizm və sekülerizm əleyhdarı dini cərəyanları təyin etmək üçün istifadə edilər. Dini mətnləri ümumiyyətlə söz mənalarıyla anlarlar və yeni şərhlərə qarşı çıxarlar. Bu anlayış sıxlıqla radikalizm qarışdırılmışdır. == Fundamentalizmin yaranması və yüksəlişi == Fundamentalizm sözü, latınca "təməl" mənasını verən "fundamentum" kökündən törəmişdir. Bu anlayış ilk dəfə 1910–1915-ci illər də (XX əsrdə) Amerikada yevangelist protestantlar tərəfindən istifadə edilməyə başlanmışdır.

Значение слова в других словарях