Furt

die; -, -en çay keçidi, dayaz yer
Furore
Furunkel
OBASTAN VİKİ
Furtouq şəlaləsi
Furtouq şəlaləsi (inquş Фурто́угера хурхал, Dmitri Mendeleyev adına Furtouq şəlaləsi) — Rusiyada, İnquşetiya Respublikası ərazisində yerləşən şəlalə. Furtuoq şəlaləsi Lyajqin şəlaləsindən sonra İnquşetiyanın ən hündür ikinci şəlaləsidir. Hündürlüyü 12 metr olan bu şəlalə dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşir. Maksimum eni isə 5 metrdir. Şəlalə sərhəd keçid məntəqəsinin və Hərbi Gürcüstan yolunun yaxınlığındadır. İl boyu bol suludur. Furtouq şəlaləsinin yerləşdiyi bölgədə Erzi Dövlət Təbiət Qoruğu var. Furtouq şəlaləsi Ceyrax dərəsinin başlanğıcında (Ceyrax rayonu), Şahid dağların ətəklərində yerləşir. Furtouq kəndi şəlalədən 1 km aralı yerləşir. Cənub-şərqdə Ceyrax rayon mərkəzi yerləşir.
Nelli Furtado
Nelli Furtado (ing. Nelly Kim Furtado; 2 dekabr 1978, Viktoriya) — Portuqal əsilli Kanada müğənnisi və bəstəkarı. Dünya üzrə 45 milyondan çox albom satışı əldə etmiş müğənni tənqidçilər tərəfindən müxtəlif janrlarda çox yünlü ifa bacarıqlarını qabardıblar. Furtado trip-hop janrdan ilhamlanaraq yaradılmış və 2000-ci ildə yayımlanan Whoa, Nelly albomu ilə tanınmışdır. Sözügedən alboma daxil olan iki sinql; I'm Like a Bird və Turn Off the Light uzun müddət ABŞ-da ən məşhur və nüfuzlu musiqi hit-paradı sayılan Billboard Hot 100-də təmsil olunmuşdur. I'm Like a Bird mahnısına görə 2005-ci ildə "Qremmi" mükafatının Ən Yaxşı Qadın Pop Vokal Performansı nominasiyası üzrə qalibi olmuşdur.