FISTIQLI

прил. с буками, буковый
FISTIQKİMİLƏR
FISTIQLIQ
OBASTAN VİKİ
Fıstıqlı
Fıstıqlı (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Fıstıqlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fıstıqlı (Armudlu)
Fıstıqlı — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə yerləşən tarixi abidələrin 400-500 illik tarixə malik olduğu anlaşılır. Adını ətrafını əhatə edən fıstıq ağaclarından alan kənd 1795-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd Yalova vilayətindən 63 km, Armudlu rayonundan isə 8 km məsafədədir.
Fıstıqlı (Qax)
Fıstıqlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd fıstıq ağacı çox olan ərazidə salındığı üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Fıstıqlı kəndində milli tərkibi muğallardan ibarət 42 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışır. 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2.881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Fıstıqlı kəndində hər iki cinsdən toplam 262 nəfər əhali yaşamaqdadır. == İqtisadiyyatı == Kənddə 75 təsərrüfat mövcuddur.

Значение слова в других словарях