FƏLƏQ

Quran surələrindən birinin adı («sübh» deməkdir, «parçalanma», «yoxdan var etmə» mənasında da işlənir).
FƏQİHLİK
FƏLƏQQƏ
OBASTAN VİKİ
Fələq Surəsi
113-cü surə əl-Fələq (Sübh) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir). Surə adını ilk ayəsində yer alan və sabah aydınlığı mənasını verən fələq sözündən almışdır. Nas surəsi ilə birlikdə bu surə qorunma surələri olaraq qəbul olunur.
Fələqqə
Fələqqə (fars. فلک‎, türk. falaka) — Orta əsrlər Şərqində cəza vasitəsi. Günahkarlar fələqqəyə salınır qamçılanırdı. Cəza XX əsrin əvvəllərinə kimi İranda və Türkiyədə, həmçinin, bir çox Orta Asiya və ərəb ölkələrində tətbiq edilirdi. Bu cəza növü həmin dövrdə Azərbaycanın dini məktəblərində də geniş istifadə olunurdu. Cəza zamanı insanın ayaqları taxtaya bağlanaraq qamçı və ya çubuqla döyülərdi. Fələqqə sözü ərəb sözü olan falak, filak — "yandırmaq", "kiçik hissələrə ayırmaq" sözlərindən yaranmışdır. Fələqqə müasir dövrdə də bir sıra ölkələrdə tətbiq edilməkdədir. Məsələn, İraqda Səddam Hüseynin oğlu Udey Hüseyn fələqqə ilə cəza verməyi xoşlayırdı və özü şəxsən cəza verirdi..

Значение слова в других словарях