Adi göydimdik
Adi göydimdik (lat. Oxyura leucocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin göydimdik cinsinə aid heyvan növü.
== Kateqoriya və statusu ==
(III-VU). Həssas, sayı az olan növdür.
== Qısa təsviri ==
Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var.
== Yayılması ==
Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır.