gözdən tük çəkmək

bax gözdən tük qapmaq
gözdən salmaq
gözdən tük qapmaq
OBASTAN VİKİ
Tük
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tük kökləri
Tük kökləri — Saç folekulu bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli bir funksiyaya malik olan 20 fərqli hüceyrədən ibarətdir. Saç folekulu hormonlar, immun hüceyrələr arasında kompleks qarşılıqlı təsir nəticəsində saç böyüməsini tənzimləyir. Bu mürəkkəb qarşılıqlı təsir saç kökünü bədənin müxtəlif yerlərində fərqli tük növləri əmələ gətirir. Məsələn, terminal saçlar baş dərisində uzanır, lanugo tükləri uşaqlıqdakı və bəzi yeni doğulmuş uşaqların döllərinin bədənini örtür. Tüklərin böyüməsi ayrı -ayrı mərhələlərdə baş verir. Birinci mərhələ anagen adlanır və aktiv böyümə mərhələsidir, telogen istirahət mərhələsidir, katagen saç folekul fazasının geriləməsidir, ekzogen aktiv saç tökülmə mərhələsidir və nəhayət kenogen boş saçlar arasındakı fazadır. İnsan saç funksiyası uzun müddətdir ki, maraq mövzusudur və cəmiyyətdə, inkişaf biologiyasında və tibbdə vacib bir mövzu olmağa davam edir. Bütün məməlilər içərisində insanlar, bədənin digər hissələrində saç böyüməsi ilə müqayisədə baş dərisində ən uzun saç böyüməsi mərhələsinə sahibdirlər. Əsrlər boyu insanlar estetikanı saç dərisinin saç düzümü və üslubu ilə əlaqələndiriblər və bu, tez -tez cəmiyyətdəki sosial və ya mədəni normaları çatdırmaq üçün istifadə olunur.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Tük tökən kremlər
Tük tökən kremlər və ya kimyəvi depilyasiya, arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmaq üçün tətbiq edilən kosmetik məhsullardır. Bir qrup depilyasiya üsuludur. Tüklərin zülallar quruluşunu dağıdaraq tökülməsini təmin edir.
Beynəlxalq Gözdən Əlillər Günü
Beynəlxalq Gözdən Əlillər Günü — hər il 13 noyabrda qeyd olunan xüsusi gün. == Haqqında == Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqəti cəlb etmək məqsədilə yaradılmışdır. Əlillər üçün məhz 13 noyabr tarixinin ayrılmasının isə özünəməxsus tarixi səbəbləri var. Belə ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabartmalı şriftlər yaratmışdır. XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaratmışdır. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açmışdır. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilmişdir. Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşmışdır.
Respublika Gözdən Əlillər Kitabxanası
Respublika Gözdən Əlillər Kitabxanası — 1981-ci ildə fəaliyyətə başlamışdır. Kitabxana gözdən əlillər üçün informasiya müəssisəsidir. Kitabxananın əsas fəaliyyət istiqaməti respublikada olan gözdən əlilləri Brayl yazı sistemi ilə çap olunmuş ədəbiyyatla və "danışan kitablar"la (audiokassetlər, CD-lər) təmin edilməsidir. Gözdən əlillərə kitabxana-informasiya xidmətini daha da yaxşılaşdırmaq məqsədi ilə o zamankı Azərbaycan Korlar Cəmiyyətinin Bakı şəhərindəki obyektlərində yerləşən kitabxana və fonotekaların mərkəzləşdirilməsi zərurəti yarandı.Bu cür kitabxanalar keçmiş müttəfiq respublikalarında da var idi. Buna görə də Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli il, 11 nömrəli qərarına əsasən Respublika Mərkəzi kitabxanasının yaradılması sərəncamı verildi. 01 iyun 1981-ci ildə kiabxana fəaliyyətə başladı. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində maliyyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və yeni "danışan kitablar"ın alınması mümkün olmadı.Buna görədə AzKC Respublika Mərkəzi kitabxanası 01 yanvar 1994-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Bütün yaş kateqoriyalarını əhatə edən kitabxanada kitabxanaçıların əsas vəzifəsi oxuculara fərdi yanaşma tərzidir. Burada oxucunun görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi, digər xüsusi amillər nəzərə alınır. Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir.