GƏZ

1. надрубка, зарубка (на столбе); 2. нуга (кондитерское изделие вроде халвы);
GƏYİRTİ
GƏZDƏK
OBASTAN VİKİ
Gəz
Gəz — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,432 nəfər və 5,704 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gəz dilində danışırlar.
Gəz (konfet)
Gəz — İsfahan bölgəsində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı. Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
Gəz dili
Gəz dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Gəzdə danışılır.
Gəz-i Bərməkan
Gəz-i Bərməkan (fars. گزبرمکان‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəz-i Bərməkan kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 110 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Bəndər Gəz
Bəndər Gəz- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Bəndər Gəz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,923 nəfər və 4,679 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.Qacarlar dövründə əhalisi ermənilər, ruslar və türkmənlərdən ibarət idi.
Bəndər Gəz şəhristanı
Bəndər Gəz şəhristanı- İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Gəz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 46,179 nəfər və 12,059 ailədən ibarət idi.
Gəzafər (Mərənd)
Gəzafər (fars. گزافر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 653 nəfər yaşayır (146 ailə).
Gəzgəsək
Gəzgəsək (Piran)
Gəzgəsək (Piran)
Gəzgəsək (fars. گزگسك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı, Piran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 915 nəfər yaşayır (155 ailə).
Gəzgəsək (Piranşəhr)
Gəzgəsək (fars. گزگسك‎) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (16 ailə).
Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
Gəzici istifadəçi profili
Gəzici istifadəçi profili (en. roaming user profile) - Microsoft Windows əməliyyat sistemləri ailəsində Windows Server domeninə qoşulmuş istifadəçilərə lokal şəbəkənin müxtəlif kompüterlərindən əməliyyat sisteminə daxil olarkən öz profilinə erişmə hüququ əldə etməyə imkan verən texnologiya. Gəzici istifadəçi profilinə proqramların, sənədlərin köklənmiş parametrləri, iş mühiti, o cümlədən simgələrin iş masasında yerləşməsi və başqa parametrlər daxildir. Sistemdən çıxarkən profilin bütün dəyişdirilmiş parametrləri və sənədlər server ilə sinxronlaşır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gəzin (Xuzistan)
Gəzin (fars. گزین‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəzin kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 500 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 165 nəfəri kişilər və 160 nəfəri qadınlar olmaqla cəmi 325 nəfərdir.
Gəzin dehestanı
Gəzin dehestanı (fars. دهستان گزین‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanının Rüğeyvə bəxşində inzibati-ərazi vahidi. 2011-ci il siyahıyaalınmasına əsasən dehestanın əhalisi 372 ailədə 670 nəfəri kişilər və 685 nəfəri qadınlar olmaqla cəmi 1.355 nəfərdir. İnzibati cəhətdən 14 kəndi əhatə edir.
Gəzinti (film, 2015)
Gəzinti (ing. The Walk) — rejissor Robert Zemekisin 2015-ci ildə çəkdiyi amerikan tarixi filmi. == Məzmunu == Bioqrafik janrda olan film Filipp Petinin həyatından bəhs edir. Filipp Peti 1974-cü ildə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində 400 metr hündürlükdə kəndir üzərində gəzmiş fransız kəndirbazıdır. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır. == Film haqqında == Filmdə alman bəstəkarı Lüdviq van Bethovenin "Für Elisa" əsərindən istifadə olunmuşdur. Film tənqidçilərin yüksək rəyini alıb. Rotten Tomatoes saytında film 202 resenziya əsasında 86% reytinqə malikdir və orta balla 10 ballıq sistemdən 7,2 bala layiq görülüb.
Gəzli (Özbəkistan)
Gəzli (özb. Gazli) — Özbəkistanın Buxara vilayətində şəhər. 1977-ci ildə Gəzli şəhər statusu alıb. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Gəzlidə 12.343 nəfər yaşamaqda imiş.
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Gəzvar-i Süfla
Gəzvar-i Süfla (fars. گزورسفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (14 ailə).
Gəzvar-i Ülya
Gəzvar-i Ülya (fars. گزورعليا‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (31 ailə).
Gəzəlan (Qoşaçay)
Gəzəlan (fars. گزلان‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 688 nəfər yaşayır (154 ailə).
Gəzən Pişiklər
Gəzən Pişiklər — doqquz kiçik adadan ibarət adalar qrupu. İnzinati cəhətdən Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Adalar Barens dənizinin cənub-şərqində, Ruskiy Zavarot burnundan şərqdə qərarlaşır. Peçora estuarisi daxilində qərarlaşan adaların yaxınlığında Çornaya, Peçira çayları axır. Ad Pomor şivəsindən götürülmüşdür. == İstinadlar == == Mənbə == "Arktika ilə tanışlıq —Gəzən Pişiklər" (rus). yachta-kotoyarvi.narod.ru. 2013-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26. "Adalar - «Pişklər»" (rus).
Gəzən cəsəd sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Gəzən ölülər (teleserial, 2010)
Gəzən ölülər (ing. The Walking Dead) — postapokaliptik qorxu-drama janrında ABŞ teleserialı. Serial Robert Kirkman, Toni Mur və Çarli Adlardın yaratdığı "Gəzən ölülər" komiksi əsasında çəkilib. Süjetdə bir qrup insanın zombi qiyaməti zamanı sağ qalmağa çalışdıqları göstərilir. "Gəzən ölülər" serialı ilk dəfə 31 oktyabr 2010-ci ildə "AMC" kanalında yayımlanıb. Birinci mövsüm 6 seriyadan, ikinci mövsüm isə 13 seriyadan ibarətdir. Birinci mövsüm tənqidçilər tərəfindən yaxşı qəbul olunmuş və bir neçə mükafatlara, o cümlədən, "Qızıl Qlobus" mükafatının "Görkəmli Dram Serialı kateqoriyasında" mükafata layiq görülmüşdür. == Məzmun == Şerifin köməkçisi Rik Qrayms cinayətkarlara qarşı mübarizə aparan zaman ağır güllə yarası alır və bu səbəbdən komaya düşür. Tibb məntəqəsində ayılandan sonra Rik görür ki, həkimlər yerlərində yoxdur və bütün bina bərbad haldadır. Getdikcə Rik başa düşür ki, bütün bunlara səbəb dirilən ölülər olub.
Gəzənbənd (Vərziqan)
Gəzənbənd (fars. گزان بند‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 255 nəfər yaşayır (51 ailə).
Gəzənək
Gəzənək — İranın Mazandaran ostanının Amül şəhristanının Larican bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 323 nəfər və 94 ailədən ibarət idi.
Gəzərgi fitçalan ördək
Gəzərgi fitçalan ördək (lat. Dendrocygna arcuata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.

Значение слова в других словарях