GEMİ
GENE
OBASTAN VİKİ
Genç
Genç (türk. Genç) — Bingöl ilinin ilçəsi.
Selin Genç
Selin Genç (26 iyun 1994, İstanbul) — Bir Zamanlar Çukurova serialında Gülten Taşkın Ciğerci rolu ilə tanınan türk aktrisa və modeldir. == Bioqrafiya == Selin Gənc 26 iyun 1994-cü ildə İstanbulda (Türkiyə) anadan olub və ata tərəfdən Adanadandır. Orta məktəbdə oxuyarkən teatra maraq göstərdi. == Karyera == === Təhsil === Selin Gənc liseydə oxuduğu müddətdə məktəbin teatr qrupuna qatılıb. Orta məktəbi bitirdikdən sonra Şile (İstanbul vilayəti) Işık Universitetinin sənaye mühəndisliyi fakültəsinə daxil olmaq qərarına gəlib və bir neçə ildən sonra oranı bitirib. Aktyorluğa olan marağının ardınca Konyadakı Səlcuq Universitetinin dram fakültəsinə yazılmaq qərarına gəldi və bir neçə ildən sonra aktyorluq dərəcəsi aldı. Kollec təhsilinin son ilində aktyorlar Vahide Perçin və Altan Gördüm tərəfindən idarə olunan Akademi 35 Half Art House adlı aktyor məktəbində ən yaxşı aktyorluq təhsili alıb. === Aktyorluq karyerası === Selin Genç ilk teatr təcrübəsini 2016-cı ildə "Cinayət balladası" şousu ilə etdi. Aldığı təhsildən sonra ona seriallarda çəkilmək təklif olunub. 2018–2022-ci illərdə ATV Bir Zamanlar Çukurova yayımlanan serialda Gülten Taşkın Ciğerci rolunu oynamaq üçün seçilib və Hilal Altınbilek, Uğur Güneş, Murat Ünalmış, Vahide Perçin, kimi aktyorlarla birlikdə rol alıb.
Gençlerbirliği
Gənclərbirliyi İdman Klubu (türk. Gençlerbirliği Spor Kulübü) - Türkiyənin Ankara şəhərini 1-ci Liqada təmsil edən idman klubu. == Tarixi == Ankara Furbol Birliyinin 1921-də Ankara Liqasının yaradılması ilə,Ankarada ilk rəsmi futbol müsabiqəsi 26 noyabr 1922-də "Anadolu Sənətkargücü" və "Təlimgahgücü" arasında oynanmışdır. Ankaranın ilk komandalarından biri isə Ankara Sultanisi (digər adıyla Ankara Oğlanlar Kolleci) komandasıdır.Futbola marağı olan Münif Kamalın təşviqi ilə Ankara Sultanisi Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin idarəçiliyində iddialı bir futbol komandası yaratmışdır. Ancaq Əkrəm bəyin bəzi bacarıqlı futbolçuları komandaya götürməməsi Gənclərbirliyi klubunun kurulmasında axsamalar yaratmışdır. Komandaya alınamyan şagirdlərin ayrı bir klub qurma istəyi, 14 mart 1923-də "Gənclərbirliyi Futbol Klubu" adı qoyularaq tamamlanıb. Gənclərbirliyi ilk konqresini 1925-in mart ayında gerçəkləşdirdilər. Bu konqresfən bir müddət sonra, Gənclərbirliyinə daxil olab Sultani şagirdləri Ankara Sultanisi köhnə müdiri Münif Kamalı ziyarət edərək könlünü alır və klubun direktorluğunu təklif edirlər.Münif Kamal bəy bu fikri qəbul edir və 9 il boyunca davam edəcək direktorluğun başlanması ilə birliktə Sultani ilə klub arasındakı gərginlik sona çatır. == Uğurları == Türkiyə Futbol Çempionatı Çempion (2): 1941, 1946 İkincilik (1): 1950 1-ci Liqa: Çempion (2): 1982-83, 1988-89 İkincilik (1): 2018-19 Türkiyə Kuboku Çempion (2): 1987, 2001 İkincilik (3): 2003, 2004, 2008 Türkiyə Super Kuboku İkincilik (1): 1987 Baş Nazir Kuboku İkincilik (1): 1946 Ankara Liqası Çempion (10): 1929-30, 1930-31, 1931-32, 1932-33, 1934-35, 1939-40, 1940-41, 1945-46, 1949-50, 1950-51 Ankara Şildi Çempion (3): 1931, 1935, 1940-41 TSYD Kuboku Çempion (17): 1969, 1985, 1986, 1989, 1993, 1994, 1998, 2002, 2003, 2006, 2008, 2010, 2011, 2012, 2016, 2019, 2021 == Liqa mübarizələri == Super Liqa: 47 Sezon 1959-1970, 1983-1988, 1989-2018, 2019-2021 1-ci Liqa: 17 Sezon 1970-1979, 1980-1983, 1988-1989, 2018-2019, 2021- 2-ci Liqa: 1 Sezon 1979-1980 == Direktorlar == == Klub rəngləri == Qırmızı-qara rəngli Gənclərbirliyinin bu rənglər seçməsi haqqında müxtəlif rəvayətlər mövcuddur: Klub qurulduqdan sonra ehtiyac duyulan formalar üçün parça almağa gedən şagirdlər, gettikləri dükanda o illərin yoxsunluğu içində sadəcə qırmızı və qara rəngli parçalar tapa bilmiş , biraz da məcbiriyyətdən ilk formalar bu rənglərdə tikilmiş, bunun nəticəsində klub rəngləri seçilmişdir. Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin bəzi şagirdlərin Sultani komandasına almaması ilə Sultanidən ayrılaraq qurulan klub, sülh yaradıb iki klubun (Muallimlər Birliyi ilə Gənc Kolleclilər) birləşməsi mövzu olanda kollecli şagirdlər Ankara Oğlanlar Kollecinin Müdiri və Muallimlər Birliyi Sədri Münif Kamal Ağın könlünü almaq üçün ona Ankarada olduqca yayılmış olan qırmızı-qara gəlinciklər hədiyyə veriblər,komanda da rənglərini bu məsələnin nəticəsində bu güldən götürüb.