gest.

Abk. gestorben
Gespür
Gestalt
OBASTAN VİKİ
Gesta Danorum
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Gestapo
Gestapo — Almaniya nasistlərinin yaratdıqları dövlət gizli polisi. Gestapo adı Alman Dövlət Gizli Polisi mənasına gələn "Geheime Staatspolizei" nin qısaldılmış şəklidir. Təşkilat 1933-1936-cı illərdə SS-lərin (Qara Köynəklər) lideri olan Henrix Himmlerin rəhbərliyinə keçdi. Lakin Gestapo hissələri arasındakı daxili anlaşılmazlıqlar təşkilatın Dövlət Mərkəzi Təhlükəsizlik Dairəsi adı altında birləşdirilməsi ilə aradan qalxdı. Bu gizli polis təşkilata üçün xüsusi və fərqlənmiş şəxslər cəlb olundu. Təşkilat uniforma baxımından polis birliklərindən fərqlənirdi. İlk adı Geheime Polizei Amt. yəni GPA idi. Daha sonralar, dəyişərək Gestapo adını almışdır (açılışı — Die Geheime Staatpolizei). İkinci dünya müharibəsi əsnasında təxminən 45.000 üzvü var idi, ofislərinə Gestapo Leitstellen deyilirdi.