GLASS-HOUSE

n 1. şüşə zavodu; 2. istixana, oranjereya

GLASS-EYE
GLASS-PAPER
OBASTAN VİKİ
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur. Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi.
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleonora Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Wimzie's House
Wimzie's House (ing. Wimzie's House) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 4 mart 1995-ci il ilə 31 avqust 1996-cı il arasında yayımlanmışdır. Uimzinin evi — Internet Movie Database saytında.
"Chatham House" qaydası
"Chatham House" qaydası — görüşə gələn hər kəsin müzakirədə verilən məlumatlardan istifadə etməkdə sərbəst olması, lakin həmin xüsusi şərhi kimi verdiyini açıqlamağa icazə verilmədiyi qayda. Bu, müzakirələrin daha da açıq olması üçün nəzərdə tutulmuşdur. Qayda mübahisəli mövzular üzrə debatlar və diskussiya panelləri keçirmək üçün yaradılmış bir sistemdir. Bu qayda 1927-ci ilin iyununda təsis edilmiş Kral Beynəlxalq Münasibətlər İnstitutunun Londonda yerləşən qərargahının adını daşıyır. == Qayda == Qayda 1927-ci ildə yaradılmış və 1992-ci ildə təkmilləşdirilmişdir. Tərkibinə sonuncu dəfə 2002-ci ildə dəyişiklik edilmiş qaydada qeyd olunur: Bəzi hallarda "Chatham House" qaydalarına istinad edilir. Bununla belə, "Chatham House" bildirmişdir ki, bu, bir qaydadan ibarət olduğuna görə tək halında istifadə edilməlidir. == Məqsədi == Qayda dövlət siyasətinin və cari məsələlərin müzakirəsinin daha açıq formada aparılmasını təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu, insanlara öz karyeraları üçün risk yaratmadan, işəgötürənlərinin rəyindən və baxışından aydın şəkildə ayrı olan mübahisəli fikirləri və arqumentləri ifadə və müzakirə etmək üçün imkan yaradır. 1927-ci ildə yaradılmış orijinal qaydaya 1992-ci ilin oktyabrında və yenidən 2002-ci ildə dəyişikliklər edilmişdir.
House of Balloons
House of Balloons — kanadalı müğənni The Weeknd-in ilk miksteypi. 21 mart 2011-ci ildə öz sahib olduğu musiqi şirkəti XO tərəfindən buraxılıb.
House Of Mystic Lights
House Of Mystic Lights (azərb. Mistik işıqlar evi‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilən mahnısıdır.