Globularia vulgaris
Adi qlobulariya (lat. Globularia vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qlobulariya cinsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, uzunsov, tərs–yumurtavari, 3-5 damarlı, tamkənarlı, üts tərəfdən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, ellipsvari-lansetvari, itidir. Çiçək daşıyan gövdələr 2-3, sonuncu başcıqlı; 10-35 sm hündürlükdədir. Başcıqlar 7-8 mm diametrdə, düz dairəvi, sıxdırlar. Kasacıq 4-4,5 mm uzunluqda, üçkünclü – lansetvari dişciklidir.