GOOD-FOR-NOTHING

adj xeyirsiz, heç nəyə yaramayan, yararsız, faydasız

GOOD-BYE
GOOD-NATURED
OBASTAN VİKİ
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.
Wars for Nothing (Boqqi mahnısı)
"Wars for Nothing" (azərb. Müharibələr boş yerə‎) — Macarıstanlı ifaçı Boqlarka Çəmər Boqqinin(Səhnə adı ilə sadəcə-Boqqi), akustik gitara ilə müşayiət edilən həzin sülh mahnısı. Macarıstan Avroviziya Mahnı Müsabiqəsinin 60 illik ildönümündə, məhz bu ballada ilə təmsil olunmuşdur. Müxtəlif coğrafiyalardakı qaynar nöqtələrin mövcudluğunu, ölkələrarası bitmək bilməyən fəlakətli müharibələri "Səbəbsiz savaşlar" kimi tanımladan mükəmməl musiqi əsərinin sözləri Şara Hilin Bori, bəstəsi isə Aron Sebastyan və ifaçının özü tərəfindən ərsəyə gətirilmişdir. Boqqi sülhə çox ümidsizdir və dəhşətli faciələrin qurbanı olan uşaqları isə, "Ulduzlara qovuşanlar" kimi səciyyələndirir. Macarıstanın milli seçim yarışması olan A Dal-ın, 28 fevral 2015-ci il tarixində baş tutan sayca dördüncü buraxılışında, Boqlarka Çəmər Boqqinin ifasındakı "Wars for Nothing" balladası qələbə qazanmışdır. Bu, mahnının beynəlxalq arenalarda səslənməsinə şərait yaratdı. Avroviziya Mahnı Müsabiqəsi 2015 "Wars for Nothing" mahnısı, Boqqinin səsləndirməsi ilə, sayca 60-cı Avroviziya Mahnı Müsabiqəsində, ölkəni uğurla böyük finala yüksəltmiş(Daha ətraflı-Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində) və finalın yekun səsvermə nəticələrinə əsasən 19 xal toplayaraq, beynəlxalq yarışmanı 20-ci sırada tamamlamışdır.
Nothing Happens
Nothing Happens — ABŞ musiqi qrupu Wallows-un debüt studiya albomu. 22 mart 2019-cu ildə Atlantic Records tərəfindən buraxılıb.
Back For Good (Modern Talking albomu)
Back For Good (azərb. Uğur üçün qayıdış‎) - 1998-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Good! Afternoon
good! Afternoon (good! アフタヌーン, Guddo! Afutanūn) — Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. 7 noyabr 2008-ci ildə təsis edilmişdir. Aylıq manqa jurnalına 2012-ci ilin sonunda çıxmış 25-ci sayda çevrilmişdir. Hər buraxılışı müxtəlif manqakaların müəllifi olduğu 25 hekayəni əhatə edir və 800 səhifədən ibarət olur. Hər buraxılışının qiyməti 680 yen təşkil edir. Kodansha nəşriyyatının digər uğurlu manqa jurnalı olan "Monthly Afternoon" jurnalının bacı jurnalı hesab olunur.
Good Reads
Goodreads özəl mülkiyyətdə olan sosial kataloq saytıdır. 2006-cı ilin dekabrında proqram təminatı mühəndisi və sahibkar Otis Çandler tərəfindən yaradılıb. Veb-sayt istifadəçilərə saytda qeydiyyatdan keçərək kitablar əlavə edə, onlayn kitabxana və oxucu siyahılarını yaratmağa imkan verir. Saytda həmçinin istifadəçilər kitab təklifləri üçün qruplar yarada və müzakirələr edə bilərlər. Artıq 1 il sonra 2007-ci ilin dekabrında saytda 650 000-dən çox üzv və 10 milyondan çox kitab var idi.. 2012-ci ilin iyuluna olan statistikaya əsasən saytın 10 milyondan çox üzvü və aylıq 20 milyondan çox ziyarətçisi var.
Good Luck
Good Luck — İsveç repçisi Bladee və Almaniya prodüseri Mechatok tərəfindən hazırlanmış kollaborativ studiya albomu. 10 dekabr 2020-ci ildə YEAR0001 vasitəsilə buraxılıb.
Good Bye, Lenin!
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. == Məzmun == ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Good Morning, Mickey!
Sabahın xeyir, Mikki! (ing. Good morning, Mikki!) - Disney Channel kanalının ilk televiziya cizgi serialıdır. Cizgi serialının epizodları 18 aprel 1983 və 28 noyabr 1992-ci illər ərzində yayımlanmışdır. Cizgi filmdə əvvəllər sadəcə Mikki Maus iştirak edirdi. Lakin sonralar cizgi filmə Minni Maus personajı, ardınca Qufi, Donald Dak, Çip və Deyl, Pluto və digər personajlar əlavə olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Good Morning, Mickey!
Just Good Friends
Just Good Friends — Maykl Ceksonun mahnısı.
Goodbye & Good Riddance
Goodbye & Good Riddance — ABŞ repçisi Juice Wrld-in debüt studiya albomu. 23 may 2018-ci ildə Grade A Productions və Interscope Records tərəfindən buraxılıb.
Feel Good Inc.
Feel Good Inc. — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca ikinci studiya albomu "Demon Days"-da səslənmiş mahnı. Mahnıda ABŞ-nin hip-hop qrupu De La Soul xüsusi qonaq qismində çıxış edir. ABŞ müğənnisi Billi Ayliş 2022-ci ildə baş tutan "Coachella" festivalı zamanı sürpriz olaraq Gorillaz-ın müğənnisi olan Deymon Albarnı səhnəyə gətirmiş və onunla bərabər "Getting Older" və "Feel Good Inc." mahnılarını duet oxumuşdur.
Nothing But a Heartache
Nothing But a Heartache (azərb. Heç bir iztirab‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
For-de-Frans
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Karib hövzəsində Martinika idarəsinin paytaxtıdır. O, həmçinin Karib hövzəsindəki əsas şəhərlərindən biridir. İxracatına şəkər, rom, konservləşdirilmiş meyvə və kakao daxildir. == Coğrafiya == Fransada Fort kimi tanınan For-de-Frans, Madame çayının aşağı axarında, böyük For-de-Frans körfəzinin şimal girişində, Martinikanın qərb sahilində yerləşir. Şəhər dağlar və dəniz arasında dar, düzünə ərazidə yerləşir və adanın bütün yerlərindən yol əlçatan edir. == Tarix == Pierre Belain d'Esnambuc qardaşı oğlu Jak Dyel du Parket (1606–1658) 1638-ci ildə Martinikanın ilk qubernatoru olmuşdur. Fort Saint Luis düşmən hücumlarına qarşı şəhəri qorumaq üçün qala inşa etmək qərarına gəlmişdir. XIV qubernator Luis general Baas və Marquis təyin edərək qalanı 1669-cu ildə məhv edərək və yenidən tikmişdir. Onun əmrilə varisləri, Blenac xüsusən də Kount qalanı Vauban dizayn ilə inşa etmişlər.
For My Pain…
For My Pain... ( Qısacası FMP) - olan Finlandiyalı qotik metal qrupu, tərkibinə müxtəlif fin qruplarından iştirakçılar daxil olub — Embraze, Eternal Tears of Sorrow, Nightwish, Charon və Reflexion kimi qrupların üzvləri qatılıb.. For My Pain-i yaratmaq ideyası… 1999-cu ildə gəldi, Altti Vetelyaynen (bas-gitara) və Petri Sankala (zərbələr), Eternal Tears of Sorrow-dan hər ikisi, yeni layihəni yaratmağı istədilər. Onlar öz dostlarını, Tuomas Holopainen (Nightwish-dən klavişnik) və Lauri Tuoximaa (Charon-dan və Embraze-dan gitara çalan) qoşulmağı xahiş etdilər. Onlar hər biri qrup ilə əlaqədar idi, ancaq sonra layihə təxirə salınaraq digər əlverişli vaxtlarıa saxlanıldı. == Fallen (2001—2006) == Bir neçə ildən sonra layihə yenidən hazırlanmağa başlandı. Bu dəfə üzvlərin daha çox vaxtları var idi. Qrupa iki yeni üzv, Oli-Pekka Tyorryo (Eternal Tears of Sorrow-dan gitara çalan) və Yuxa Kyulmyanen (Reflexion qrupundan vokalist) qoşuldu, və qrup 2001-ci ildə öz debüt albomunun yazısına başladı. Daha sonra qrup 2003-cü ildə “Fallen” adlı debüt albomunu və 2004-cü ildə "Killing Romance" adlı sinqlı buraxdı. Bu albom və sinqllardan sonra qrup üzvləri layihənin fəaliyyətini dayandırdı.
Justice for Khojaly
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
Longing for Dawn
Longing for Dawn — 2002-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == 2005-ci ildə qrupun ilk debüt "One Lonely Path" adlı albomu buraxıldı. Bu albomdan sonra Grau Records şirkəti ilə müqavilə imzalayaraq, daha sonra 2007-ci ildə "A Treacherous Ascension" və 2009-cu ildə "Between Elation and Despair" adlı üçüncü studio albomu buraxıldı. Bu albom qrupunun ən məşhur albomu olmuşdur.
Party for everybody
Party for everybody-2012 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil edən mahnı. Bu mahnı 259 bal toplayaraq 2- ci oldu. Mahnınını Buranovskiye Babuşki qrupu oxuyurdu.
Ready for Romance
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Lust for Life
Lust for Life — amerikalı müğənni Lana Del Reyin 21 iyul 2017-ci ildə Polydor və Interscope Records tərəfindən buraxılan beçinci studiya albomu. Albomun prodüserliyini Rick Nowels, Kieron Menzies, Emile Haynie, Boi-1da, Max Martin, Benny Blanco və Metro Boomin etmişdir. Bəzi treklərdə The Weeknd, ASAP Rocky, Stivi Niks, Şon Lennon və Playboi Carti qonaq ifaçı kimi yer alıb.
Beatles For Sale
Beatles For Sale — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. == Mahnı siyahısı == === Birinci tərəf === "No Reply" (Lennon, Makkartni) "I'm a Loser" (Lennon, Makkartni) "Baby's in Black" (Lennon, Makkartni) "Rock and Roll Music" (Berri) "I'll Follow the Sun" (Lennon, Makkartni) "Mr.
For Your Consideration
For Your Consideration — Honduras-ABŞ musiqiçisi Empress Of-un dördüncü studiya albomu. 22 mart 2024-cü ildə Major Arcana və Giant Music tərəfindən buraxılıb.
Pound-for-pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Pound for pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Trees for Life
Trees for Life (ing. Trees for Life — «həyat üçün ağaclar») — 1989-cu ildə Şotlandiyanın Findhorn (Moray) kəndində yaradılmış xeyriyyə ekoloji təşkilatıdır. Təşkilatın əsas məqsədi vaxtilə Şotlandiya dağlıq ərazilərinin böyük hissələrini əhatə edən Kaledoniya meşəsini bərpa etmək və qorumaqdır. Uzunmüddətli strateji məqsəd səhranın ümumi sahəsini 1600 km²-ə çatdırmaq və əvvəllər məskunlaşan heyvan növlərini — Avrasiya qunduzunu, çöl donuzu, vaşaq və canavarı bərpa etməkdir. Hər il təşkilatın əməkdaşları və könüllülər tərəfindən 100 mindən çox ağac əkilir. 1989-cu ildən bəri cəmi bir milyona yaxın ağac əkilib. Əkin üçün yerli ağac növlərinin fidanlarından istifadə olunur — şam, ağcaqayın, adi quşarmudu, əsməqovaq, palıd, fındıq və ardıc.