GOSPEL-TRUTH

n danılmaz həqiqət

GOSPEL
GOSSIP
OBASTAN VİKİ
Gospel
Qospel və ya Gospel (ing. Gospel music) — Xristian Yevangeliya mətnlərinə əsaslanan spiritual musiqi janrı olub XIX əsrin ABŞ sonlarında yaranmışdır və XX əsrin ilk rübündə inkişaf etmişdir. Çox zaman afroamerikan və bəyaz/ağların qospelləri bir-birindən fərqləndirirlər. Ümumi cəhət odur ki, hər iki növ ABŞ-nin cənubunda Metodizm kilsələrinin mühitində üzə çıxmışdır. İlk dəfə gospel termini Filipp Bliss tərəfindən 1874-cü ildə tərtib olunmuş "Yevangeliya yığıncaqları üçün seçilmiş Qospel mahnılar, köhnə və təzə himnlərin və mahnıların məcmuəsi" toplusunda istifadə edilmişdir. == Janrın tarixi == === Bəyaz qospel === Bəyaz qospel sıx dini musiqi kanrı kimi XIX əsrin sonlarında xalq melodiyaları ilə xristian himnlərinin qovuşmasından törəmişdir. Zaman keçdikcə qospel musiqi industriyasında tamhüquqlu yerini tutmuşdur. Qospelin ilk uğurlu ifaçılarından biri Karter Ailəsi (Carter Family) kollektivi olmuşdur ki, onların da valları 1920-30-cu illərdə böyük populyarlıq qazanmışdır. === Afroamerikan qospeli === Qara qospel1930-cu illərdə afroamerikan kilsə mühitində yaranmış və spiriçuels ənənəsini davam etdirərək, inkişaf etmişdir. Janrın banisi Metodist keşişi, metodist dini mətnlərə melodiyalar bəstələyən Çarlz Tindli (təxm.1859-1933) hesab olunur.
Truth (mahnı)
Truth (azərb. Həqiqət‎) — Azərbaycanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Çingiz Mustafayev "Truth" mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Boris Milanov, Trey Kempbell, Bo J, Pablo Dinero, Hostess və Çingizin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Bəstəkarlardan Boris Milanov Bolqarıstanın 2016, 2017, 2018 və eyni zamanda Avstriyanın Avroviziya 2018 mahnılarını bəstələmişdir.