Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bidens mossii
Bidens mossii (lat. Bidens mossii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Boschniakia rossia
Carex rossii
Carex rossii (lat. Carex rossii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Eucalyptus rossii
Eucalyptus rossii (lat. Eucalyptus rossii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus racemosa subsp.
Ommatophoca rossii
Adi ross suitisi (lat. Ommatophoca rossii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin ross suitisi cinsinə aid heyvan növü. İngilis səyyahı Ceyms Rossun şərəfinə adlandırılmışdır. Ross suitisi Antraktidanın digər növlərinə nisbətən kiçikdirlər. 2 metr uzunluğa və 200 kq çəkiyə malikdirlər. Dəri altı piy qatı yaxşı inkişaf etmişdir. Çox kök olurlar. Ümumi rəngi tünd-qəhvəyi və ya tam qara. 20 il ömür sürürlər. Ross suitisi qeyri-adı növ sayılır və az öyrənilmişdir.
Quercus rossii
Quercus castanea (lat. Quercus castanea) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Aldo Rossi
Aldo Rossi (it. Aldo Rossi; 3 may 1931[…], Milan[…] – 4 sentyabr 1997[…], Milan) — italyan memar, dizayner və nəzəriyyəçi. == Həyatı == Aldo Rossi 1931-ci il 3 mayında İtaliyanın Milan şəhərində anadan oldu. 1949-cu ildə Milan Politexnik Universitetinin memarlıq fakultəsinə daxil olan Aldo Rossi 1959-cu ildə məzun oldu. Bu zaman 1955-ci ildən "Kasabella" jurnalında yazıları çap olunmağa başladı. Həmin jurnalda 1959–1964-cü illəri arasında redaktor kimi işlədi. 1960-cı illərdəki ilk işləri əsasən onun ən çox təsirləndiyi memarlar: 1920-ci illərdə Modernizm cərəyanının İtaliyadakı qabaqcıllarında Cüzəppe Terraqni, klasik dizaynları ilə tanınan Vyanalı memar Adolf Loos və rəssam Ciorco de Kiriko ilə bağlıdır. Stalin memarlığını izləmək üçün SSRİ-yə etdiyi səfər də karyerasında dönüş nöqtəsi olmuşdur == Neo-Rasional cərəyanı == Aldo Rossi La Tendenza olarak tanınan Neo-Rasional cərəyanının qurucuları arasında sayılır. Dövrünün Avropa Memarlığına olan töhfələri Robert Venturinin ABŞ-dəki memarlıq sahəsində verdiyi töhfələrə bənzəyir. Memarlıq tənqidçisi Çarlz Cenks Aldo Rossi ve Robert Venturini Postmodern memarlığınını ən vacib iki təmsilcisi olarak adlandırır.
Dosso Dossi
Dosso Dossi (it. Dosso Dossi, əsl adı it. Giovanni di Niccolò de Luteri; ən tezi 1480 və ən geci 1490 – avqust 1542, Ferrara) — İntibah dövrünün italyan rəssam və qravür ustası, Ferrara məktəbinin ən görkəmli nümayəndəsi. == Bioqrafiya və yaradıcılıq == Dossi, Lorenzo Kostanın yanında və Corconenin emalatxanasında tələbə olub, Venesiya rəssamlarının təsiri altında rəssam kimi formalaşmışdı. Bellini, Tisian, Romanino ilə birgə işləmişdi. 1516-cı ildən — Ferrara sarayının saray rəssamı olmuşdu. Dossi demək olar ki, bütün ömrünü Este hersoqlarının — I Alfonso d'Este, II Erkole d'Estenin — xidmətində idi, amma bu xidmət yalnız rəsmlə kifayətlənmir, həm də diplomatik tapşırıqların yerinə yetirilməsini də nəzərdə tuturdu. Dosso, qardaşı Batista ilə birlikdə hersoqlar üçün mifoloji əsərlər, portretlər yaradır, saraylar, qalaların divarları üçün dekorativ freskalar çəkirdi. Rəssamın əsərləri və freskaları demək olar ki, günümüzə qədər qalmamışdır. Dossinin işinin ən maraqlı tərəfi onun bəzən rəsmdə hakim mövqe tutan genişlənmiş peyzaj fonuna olan marağıdır.
Josip Belušić
Yosip Beluşiç (12 mart 1847 – 8 yanvar 1905, Triest) — Xorvat ixtiraçısı. Sürətölçəni icad etməsi ilə məşhurdur. Labin yaxınlığındakı Çupanići şəhərində anadan olub. Vyanada oxudu. Belušić, Koper və Triestdə bir professor idi. Sürətölçənini 1888-ci ildə patentləşdirdi və 1889-cu ildə Parisdəki Dünya Sərgisində təqdim etdi.
Paolo Rossi
Paolo Rossi (it. Paolo Rossi; 23 sentyabr 1956, Prato, Toskana – 9 dekabr 2020, Siena, Toskana) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliya millisinin hücumçusu olub. Paolo Rossi 23 sentyabr 1956-cı ildə Toskanın Prato şəhərində anadan olub. 1979-cu ildə, "Peruca"da oynayarkən, Paolo Rossi, mərc oyunları ilə əlaqəli fırıldaqlarda iştirak etdiyi üçün iki il diskvalifikasiya edilir. Buna görə bir neçə aylıq azadlıqdan mərhum edilir. Karyerasına "Yuventus" klubunda başlayıb. Ancaq orda möhkəmlənə bilmədiyinə görə əvvəlcə "Komo" klubuna icarəyə verilir, daha sonra isə "Peruca" klubuna transfer olunur. 1981-ci ildə təkrar "Yuventus" klubuna keçərək, Mişel Platini və Zbignev Bonek ilə birlikdə Turin komandasının hücum üçlüyünü qurur. 1982 Dünya Kubokunun bombardiri (6 qol) olur. Turnirin başlamasından cəmi bir ay əvvəl həbsdən çıxması və diskvalifikasiyasının yenicə bitməsinə baxmayaraq turnirin həm bombardiri həm də ki ən yaxşı oyunçusu seçilir.
Sergio Rossi
Sergio Rossi (31 iyul 1935, San-Mauro-Paskoli[d], Emiliya-Romanya – 2 aprel 2020, Çezena, Emiliya-Romanya) — İtaliyalı dizayner. "Sergio Rossi" adlı lüks ayaqqabı markasının yaradıcısı. Sergio Rossi 31 iyul 1935-ci ildə Emiliya-Romanya regionunun San Mauro Pascoli şəhərində doğulub. İtaliyalı dizaynerə 2020-ci ilin martında koronavirusa yoluxma diaqnozu qoyulub və o, Çezenada xəstəxanaya yerləşdirilib. S.Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, 84 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. O, 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi"ni yaratdıqdan sonra məşhurluq qazanıb.
Valentino Rossi
Valentino Rossi - (16 fevral 1979, Urbino, İtaliya) — italiyalı peşəkar motosiklet yarışçısı.
Yosip Beluşiç
Yosip Beluşiç (12 mart 1847 – 8 yanvar 1905, Triest) — Xorvat ixtiraçısı. Sürətölçəni icad etməsi ilə məşhurdur. Labin yaxınlığındakı Çupanići şəhərində anadan olub. Vyanada oxudu. Belušić, Koper və Triestdə bir professor idi. Sürətölçənini 1888-ci ildə patentləşdirdi və 1889-cu ildə Parisdəki Dünya Sərgisində təqdim etdi.
Yosip Bolkovats
Yosip Bolkovats (12 noyabr 1920 – 10 noyabr 2014, Kаrlоvаç) — müstəqil Xorvatiyanın ilk daxili işlər naziri (30 may 1990 – 2 iyul 1991). 2011-ci ildə 89 yaşlı Yosip Bolkovats 1945-ci ilin mayında hərbi cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılmışdır. İstintaqın versiyasına görə, Xorvatiyanın mərkəzi hissəsi olan Karlovatsdə Yuqoslaviya Xalq Müdafiəsi Bürosuna rəhbərlik edərkən Duqa-Resa yaşayış məntəqəsində əsasən xorvat millətçilərdən ibarət 210 nəfərin məhv edilməsində onun əli olub.
Yosip Frank
Yosip Frank (serb-xorv. Jосип Франк, Josip Frank; 16 aprel 1844[…], Osiek[d] – 17 dekabr 1911[…], Zaqreb, Transleytaniya) — Xorvatiya vəkili, hüquqşünas və siyasətçi, Xorvatiya parlamentində Hüquq Partiyasının (1861—1929) tanınmış nümayəndəsi və Avstriya-Macarıstanda xorvat milli maraqlarının müdafiəçisi. Yəhudi ailəsində anadan olmuşdur. Osiyek gimnaziyasında oxumuşdur. 1872-ci ildə Vyana Universitetində hüquq təhsilini bitirdikdən sonra Zaqrebə köçdü və hüquqşünas kimi işləməyə başladı. Frank Hüquq Partiyasının rəhbəri olanda, siyasi proqramda serbofobiyanı kəskin şəkildə artırdı. Frank ardıcıl olaraq xorvat xalqını Avstriya-Macarıstanın Balkanlarda dayağı, serbləri isə əsas düşmənləri kimi təqdim etməyə çalışırdı. 1900-1902-ci illərdə Frank tərəfdarları Zaqreb, Karlovats və Slavonski-Brodada bir neçə serb qırğınları təşkil etdilər.
Yosip Stadler
Yosip Stadler (xorv. Josip Stadler və ya Yozef Ştadler, alm. Josef Stadler‎; 24 yanvar 1843, Slаvоnski-Brоd – 8 dekabr 1918, Sarayevo) — katolik prelat, 29 sentyabr 1881-dən 8 dekabr 1918-ci ilədək Vrhbosna arxiyepiskopu, "Körpə İsanın xidmətçiləri" qadın monastik icmasının qurucusu. Zaqreb seminariyasını bitirdikdən sonra Yosip Stadler Pontifik Qreqorian Universitetində oxudu və orada ilahiyyat doktoru dərəcəsini aldı. 17 may 1868-ci ildə Romada diakon, 24 may 1868-ci ildə isə rahib təyin edildi. Vətəninə qayıdan Yosip Stadler Zaqrebdə yerli seminariyada işləməyə başladı. Sonra Zaqreb Universitetinin ilahiyyat fakültəsində professor vəzifəsində çalışmışdır. 29 sentyabr 1881-ci ildə Papa XIII Lev Yosip Stadleri Vrhbosnanın yepiskopu təyin etdi. 1882–1884-cü illərdə Banya Luka Roma-Katolik yeparxiyasının apostol idarəçisi idi. 1884-cü ildə Sarayevoda İsanın Müqəddəs Qəlbi Katedralıni qurmağa başladı.
Yossi Kohen
Yossi Kohen (ivr. ‏יוסי כהן‏‎; 10 sentyabr 1961, Qüds) — İsrail dövlətinin təhlükəsizlik xidməti olan Mossadın 12-ci direktorudur. Yossi Kohen 1961-ci ildə Qüds şəhərində anadan olmuş, Katamon məhəlləsində böyümüşdür. Atası Leo İsrail dövlətinin qurulmasından əvvəl bu dövlətin yaranması uğrunda mübarizə aparan İrqun təşkilatının üzvü olmuşdur. İngilis, fransız, ərəb dillərində də sərbəst danışa bilən Kohen 1982-ci ildən etibarən Mossad üzvüdür. 30-dan çox əməliyyatda birbaşa iştirak edib və buna görə İsrail Müdafiə mükafatını almışdır.
İv Rossi
İv Rossi (Yves Rossy) — İsveçrə pilotu və icadçı.
Yosip Runyanin
Yosip Runyanin (serb. Јосиф Руњанин / Josip Runjanin;8 dekabr 1821, Vinkovci, Vukovar-Sriyem jupaniyası[d] – 2 fevral 1878, Novi Sad[d], Macarıstan krallığı) — Serb əsilli Avstriya-Macarıstan, Xorvatiya himninin bəstəkarı. Runyanin 8 dekabr 1821-ci ildə Serb ailəsində anadan olub və Vinkovtsidəki Serb Pravoslav Pentikost kilsəsində vəftiz olunub. Təhsilini Vinkovtsidə, sonra isə Sremski Karlovtsidə alıb. O, Xorvatiya Hərbi Sərhəd rayonundakı sərhəd boyunca Qlina şəhərində kursant kimi İmperator Ordusunda xidmət etmişdir. Qlinada xidmət edərkən kapitan rütbəsinə yüksələn Yosip Qlina hərbi orkestrinin rəqqasəsindən dərs alaraq fortepianoda mükəmməl ifa etməyi öyrənir. Orada İllirist dairələri ilə tanış olan Yosip, görkəmli şair Antun Mixanoviçlə də məhz burada tanış olur. Xorvat musiqişünası Yosip Andreyasa görə, həvəskar musiqiçi olan Runyanin, 1846-cı ildə Qaetano Donizettinin Lucia di Lammermoor operasının üçüncü pərdəsindən olan "O sole piu ratto a sorger t'appresta" ariyasından ilham alaraq Mixanoviçin vətənpərvər xorvat "Horvatska domovina" poeması üçün musiqi bəstələyib. Onun "Ljubimo te naša diko" mahnısı Donizettinin "L'elisir d'amore" əsərindən ilhamlanaraq bəstələnib. Mixanović və Runyanin tərəfindən Xorvatiya himni ilk dəfə 1891-ci ildə Xorvat-Slavoniya sərgisi zamanı Zaqreb küçələrində səslənəcəkdi, buna görə də hər iki şəxs yalnız ölümdən sonra şöhrət qazana biliblər.
İosip Broz Tito
İosip Broz Tito (serb-xorv. Јосип Броз, Josip Broz; Tito soyadı ilə əlaqəli partiya təxəllüsü; Sovet sənədlərində İosip Frantsoviç Brozoviç adı ilə qeyd edilmişdir; 7 may 1892[…], Kumrovets[d], Xorvatiya və Slavoniya krallığı[d], Avstriya-Macarıstan – 4 may 1980[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Yuqoslaviya inqilabçısı, siyasi, dövlət, hərbi və partiya xadimi, 1945-ci ildən 1980-ci ilə — ölümünə qədər Yuqoslaviyanın lideri. 1937-ci ilin dekabrından Yuqoslaviya Kommunist Partiyasına rəhbərlik etmişdir. 1966-cı ildən Yuqoslaviya Kommunistlər İttifaqqının sədri olmuşdur. II Dünya Müharibəsi zamanı Tito işğal altındakı Avropada ən təsirli müqavimət hərəkatı adlandırılan Yuqoslaviya partizanlarının lideri idi. Prezidentliyinin avtoritar olaraq tənqid olunmasına və siyasi rəqiblərin repressiyalarına səbəb olmasına baxmayaraq, bəzi tarixçilər onu səxavətli diktator hesab edirlər. Həm Yuqoslaviyada, həm də xaricdə məşhur bir şəxsiyyət idi. Onun birləşdirici simvol sayılan daxili siyasəti, Yuqoslaviya Federasiyası xalqlarının dinc yanaşı yaşamasını təmin edirdi. Qoşulmama Hərəkatının əsas lideri olaraq dünyanın diqqətini özünə çəkirdi və bu sahədə Hindistanda Cəvahirləl Nehru, Misirdə Camal Əbdül Nasir, İndoneziyada Sukarno və başqaları ilə əməkdaşlıq edirdi. 1980-ci ildə Titonun ölümündən sonra Yuqoslaviya respublikaları arasında münaqişə ocaqları yaranmağa başladı.
Rossi-Forel şkalası
Rossi-Forel şkalası — zəlzələ intensivliyi şkalası. XIX əsrin ortalarında İsveçrədə və İtaliyada zəlzələlərin gücünü qiymətləndirmək üçün istifadə olunub. Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqayisə etmək üçün onların Yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər. Əslində bu müqayisədə insan hissiyatına əsaslanan çox böyük subyektivlik və qeyri-müəyyənlik var idi. Məsələn, insanlar onların evlərini ciddi zədələyən zəlzələni, yüngül hiss olunan zəlzələdən güclü hesab edirdilər. Halbuki, daha güclü zəlzələ sadəcə uzaq olduğuna görə zəif hiss edilə bilərdi. Bütün bunlara baxmayaraq, hələ XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geoloji mühitə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası italiyalı Mişel Stefano Konte de Rossi və isveçrəli Fransua-Alfons Forel tərəfindən hazırlanmışdır. Rossi-Forel (RF) şkalasına görə, seysmik titrəyişlər intensivliklərinə görə 10 dərəcəyə bölünürlər.
Osip Abdulov
Osip Naumoviç Abdulov (rus. О́сип Нау́мович Абду́лов; 3 (16) noyabr 1900, Lodz, Varşava general-qubernatorluğu[d] – 14 iyun 1953, Moskva, RSFSR, SSRİ) — SSRİ teatr və kino aktyoru, rejissor. RSFSR xalq artisti (1944). Teatrdakı fəaliyyətinə görə II dərəcəli "Stalin" mükafatı laureatı (1951). Parlaq komediya xarakter aktyoru olmuşdur. O, sovet kinosunda personajların dərin psixoloji inkişafı ilə kəskin xarici rəsmin təsvirləri qalereyasını yaratmışdır. Abdulov virtuoz texniki məharətə malik idi, qroteskdən yayınaraq parlaq satirik xüsusiyyətlər yaratmışdır. Osip Naumoviç Abdulov 3 noyabr 1900-cü ildə Lodzda (indiki Polşa) yəhudi ailəsində anadan olmuşdur. Atası tekstil mühəndisi idi. 1913-cü ildə ailəsi Moskvaya köçmüşdür.
Osip Mandelştam
Osip Mandelştam (rus. О́сип Эми́льевич Мандельшта́м; 2 (14) yanvar 1891, Varşava, Polşa çarlığı, Rusiya imperiyası[…] – 27 dekabr 1938[…]) — Rus şairi; akmeist cərəyanın banilərindən biri. Osip Mandelştam 3 yanvar 1891-ci ildə Varşavada anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Peterburqda keçib. Atası Emili Mandelştam kommersant, anası Faina Verlobskaya musiqi müəllimi idi. 1900–1907-ci illərdə Tenişov kommersiya peşə məktəbində təhsil alır. Peşə məktəbini bitirdikdən sonra üç dəfə xaricə səfər edir, bir müddət Parisdə yaşayır, sonra bir il Almaniyada Heydelberq Universitetində roman filologiyasını öyrənir. Bir neçə ay Berlin ətrafındakı Selendorf şəhərciyində yaşayır. Qərbi Avropa onda unudulmaz təsir buraxır, bu təəssüratın izləri sonralar onun şeirlərində, hətta son əsərlərində də görünür. Anna Axmatova və Nikolay Qumilyovla tanışlıqdan sonra Mandelştamın yaradıcılığında yeni bir dövr başlayır.
Osip Şpitko
Osip Şpitko (ukr. Осип Степанович Шпитко́; 7 aprel 1869 – 1942, Rio-de-Janeyro) — ukraynalı və braziliyalı yazıçı və publisist. O, Qorodnitsa kəndində (indiki Ukraynanın Ternopil vilayəti, Çortkivski rayonu) anadan olub və Braziliyanın Rio-de-Janeyro şəhərində vəfat edib. 1869-cu il aprelin 7-də Qorodnitsa kəndində (indiki Qusyatinski rayonu; başqa mənbələrə görə, Kopıçinski rayonunun Qovılovi şəhərində, indi Terebovlyanski rayonunun kəndi) anadan olub, hər iki yaşayış məntəqəsi indi Ternopolun daxilində yerləşir. , Ukrayna). Qusyatinski rayonu, Xovılov Veliki şəhərində adi məktəbi bitirib. Ternopolda müəllimlər seminariyasında oxuyub. O, dəfələrlə peşəsini dəyişib, bəzən bilyard və ya kart oynamaqla dolanırdı. Üç il Qalisiyanın əyalət teatrlarında əvvəlcə kiçik şəhərlərdə, sonra isə Lvovda aktyor kimi çalışıb. O, "Monitor" jurnalı üçün polyak dilində şeir yazmağa başladı.
Quercus rossii f. arsenei
Quercus castanea (lat. Quercus castanea) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Qospiç
Qоspiç (xorv. Gospić) — Xorvatiyada dağlıq və seyrək nüfuzlu bir şəhərdir. Şəhər Liçkо-Sеnskаya vilayətinin inzibati mərkəzidir. Əhalinin 93%-ni xorvatlar təşkil edir. Şəhər alim və ixtiraçı Nikola Teslanın doğulduğu yerdir. Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 12,745 nəfərdir.
Qоspiç
Qоspiç (xorv. Gospić) — Xorvatiyada dağlıq və seyrək nüfuzlu bir şəhərdir. Şəhər Liçkо-Sеnskаya vilayətinin inzibati mərkəzidir. Əhalinin 93%-ni xorvatlar təşkil edir. Şəhər alim və ixtiraçı Nikola Teslanın doğulduğu yerdir. Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 12,745 nəfərdir.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Qossen qanunları
Qossen qanunları — marjinal faydalılıq nəzəriyyəsinin əsas prinsipləri, dəyər nəzəriyyələrindən biri. German Henrix Qossen rasional davranışın fayda və ya həzzin artırılması arzusu ilə müəyyən edildiyi fərziyyəsindən irəli gəlir. Bu əsasda Qossen “Qossen qanunları” kimi tanınan iki tezis irəli sürdü. Qossenin birinci qanunu. Ardıcıl olaraq istehlak edildikdə, hər bir sonrakı məhsul vahidinin faydalılığı əvvəlkindən aşağı olur. Qossenin ikinci qanunu. Sadələşdirilmiş versiya cəmiyyətdən təcrid olunmuş insanın yaşayış təsərrüfatının nəzərə alınmasına əsaslanır. Müəyyən sayda müxtəlif məhsulları nəzərə alaraq, müəyyən bir məhdud müddət ərzində bir şəxs onları müxtəlif kombinasiyalarda istehlak edə bilər, bunlardan biri ən gəlirli olmalı, maksimum həzz gətirməlidir ki, bu da bütün məhsulların marjinal faydalarının bərabərliyini təmin etməklə əldə edilir. Növbəti yaxınlaşma dərəcəsi kommersiya iqtisadiyyatının şərtlərini nəzərə alır. Malların qiyməti və pulun miqdarı istehlakı məhdudlaşdıran əsas amillərdir.
Qoşi
Qoşi (郷士) – Tokuqava dövründə aşağı rütbəli və kəndli samuraylara verilən titul. Qoşi titulu bəzən kənd başçılarına da verilirdi. Qoşilər Tosa və Satsuma hanlarının sosial həyatında vacib yer tutmuşdurlar. Sakomoto Ryoma kimi qoşilər Meyci islahatı zamanı Tokuqava şoqunluğuna qarşı gələrək imperatoru dəstəkləmişdirlər. == Tarixi == Qoşi titulunun yaranma səbəbləri müxtəlifdir. Bəzi samuraylar öz torpaqlarında qalaraq döyüşçü və əkinçi sinifləri arasındakı sosial yeri tutmuşdurlar. XVI əsrin sonlarında Toyotomi Hideyoşi kimi kimi hökmdarlar və daymyolar samurayları torpaqlarından uzaqlaşdırıb qəsrlərə çəkməyə çalışsalar da, qoşilər bu sistemin istisnaları idilər. Bəziləri gördükləri meliorasiya işlərinə görə bu statusa layiq görülmüşdülər. Varlı kəndlilər və tacirlər isə qoşi titulunu pulla alırdılar. 1872-ci ildə Böyük Dövlət Şurası qoşilərin çoxunu şizoku (keçmiş samuray) kimi təsnif etmişdir və nəticədə, Edo dövründəki qeyri-üstünlükləri yox olmuşdurlar.
Qövsi Təbrizi
Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, İsfahanda oxumuş, sonradan Təbrizə qayıdaraq burada din xadimi kimi həyatını davam etdirmişdir. Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsi Təbrizi həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir. Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin ikinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil. Qövsi Təbrizinin ailəsi haqqında ətraflı məlumatı Hind təzkirələrini tədqiq etmiş professor Həmid Araslı vermişdir. Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər. Araslı “Rəvzətül-Cahan” əsərinin müəllifi Dərviş Hüseynin Qövsi təxəllüslü iki Təbrizli şairdən bəhs etdiyini bildirir və əlavə edir ki, onlar oğul Əlican Qövsi və ata İsmayıl Qövsidir.