Green Book

Yaşıl kitab – Almaniyanın “Narıncı kitab”a cavabıdır. Bu sənəd 1990-cu ildə Ümumavropa “Ağ kitabı” üçün əsas kimi təklif edilmişdi. “Yaşıl kitab” Böyük Britaniya, Almaniya, Fransa və Hollandiya hökümətləri tərəfindən bəyənilmişdi. “Narıncı kitab”dan fərqli olaraq “Yaşıl kitab” konfidensiallıqdan əlavə, informasiyanın tamlığına və əlyetərliyinə də baxır. Bu sənəd hərbi sahə ilə yanaşı, biznes sektoru üçün də nəzərdə tutulmuşdu.
Greedy algorithm
GrIDS
OBASTAN VİKİ
Green Baku
Qrin Baku (ing. Green Baku) — əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır. Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-cu il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib. Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökumət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir.
Green Day
Green Day – ABŞ punk rok qrupu. Green Day 1986-cı ildə uşaqlıq yoldaşı olan Billi Co Armstonq (gitara, vokal) , Mike Dirnt (bas) və Tre Cool (baraban) tərəfindən 1986-cı ildə "Sweet Children" adı altında Kaliforniyada quruldu. 1989-cu ildə qrup "1,000 Hours" adlı ilk EPlərini çıxardıqdan sonra 1990-cı ildə "Smooth Out Slappy Hour" adlı albomlarını bazara sürdü. Əsas səs gətirən albomları 1992-ci ildə çıxardıqları ikinci albom "Kerplunk!" ilə oldu və qrup Amerikada underground radiolarda bir nömrəyə yüksəldi. 1994-cü ilə gəlindiyində "Dookie" albomuyla yükləlişləri fərqli bir təcil qazandı. Albomda iştirak edən "Longview" parçası siyahılarda yüksəlməyə başladı və bir müddət sonra Top 40 siyahısının zirvəsində iştirak etdi. Daha sonra parçanın videosuyla MTV Video Musiqi Mükafatlarında 3 budaqda namizəd göstərildi. "Dookie" iki dənə platin val mükafatı al/götürərkən qrup, Rolling Stone jurnalının etdiyi ən yaxşı yeni qrup sıralamasında ən çox səs ver birinci oldu. Bu albomda iştirak edən "When I Come Around" adlı parça 1995-ci ildə Top 10 siyahılarında 1 nömrəyə yüksəldi. Eyni il Green Day "Dookie" albomuyla "Ən Yaxşı Alternativ Musiqi Performansı" kateqoriyasında Grammy Mükafatı al/götürdü.
Green card
Qrin kart (ing. Green card) — ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd. ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı "Green card" lotereyası adlanan 50 min daimi sakinlik vizası verir. 1990-cı ildə yaranan lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur.
Big Green
Big Green — 2011-ci ildə Kimbal Mask və Huqo Mateson tərəfindən qurulan qeyri-kommersiya şirkəti. Onlar hər bir uşağın sağlam cəmiyyətlərdə oynamaq, öyrənmək və böyümək imkanına malik olması lazım olduğuna inanaraq "The Kitchen restoran qrupu"nu idarə edirdilər.
The Yellow Book
The Yellow Book (azərb. Sarı kitab‎) — 1984–1997-ci illərdə Londonda nəşr olunan rüblük ədəbi jurnal idi.
Weezer (Green Album)
Weezer (daha çox Green Album olaraq bilinir) — amerikan rok qrupu Weezer-in üçüncü studiya albomu. 15 may 2001-ci ildə Geffen Records tərəfindən buraxılıb. Bütün mahnılar Rivers Cuomo tərəfindən yazılmış və bəstələnmişdir.
O Green World
O Green World — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca ikinci studiya albomu "Demon Days"-da səslənmiş mahnı.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
The Book Of Souls
The Book of Souls, ingilis heavy metal qrupu Iron Maidenin 16-cı studiya albomu. 11 kompozisiyadan ibarət olan qrupun birinci ikiqat albomudur. 92:11 dəqiqəlik albom, qrupun tarixində ən uzun müddətli albomdur. Bundan başqa, albom qrup tarixinin studiya albomları arasında ən uzun ara verilərək çıxaran albomdur. (Sonuncu albom "The Final Frontier" 2010-cu ildə çıxarılmışdır). Albomda olan "Empire of the Clouds" adlı mahnı isə 18 dəqiqəylə qrup tarixinin ən uzun mahnısıdır. On altıncı studiya albomu haqqında qrupun planları ilk dəfə 2013-cü ilin sentyabr ayında Bryus Dikinsonun albomun 2015-ci ildə çıxacağını deməsiylə məlum oldu. Dikinsonun xərçəng şişindən müalicə almasıyla əlaqədar albomun buraxılışı 18 iyundan 4 sentyabra təxirə salınmışdır.
Green Baku (Yaşıl Bakı)
Qrin Baku (ing. Green Baku) — əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır. Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-cu il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib. Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökumət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir.