Salix guseniensis
Külvari söyüd (lat. Salix cinerea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir.
Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır. Yarpaqlarının uzunluğu 4-12 sm, eni 1-3 sm-dir, tərsinə yumurtaşəkilli və ya uzunsov ellipsşəkillidir, qaidəyə tərəf daralmışdır, uc tərəfi sivri, üst tərəfi bulanıq-yaşıl, alt tərəfi boz-yaşıl olub, damarları qabarıq, hər iki tərəfi qısa keçətüklüdür və ya yalnız alt tərəfində damarların yanları tüklüdür, kənarları хırda mişardişlidir. Yeni açılan zaman təхminən 2 sm uzunluqda, ipək kimi, yanları içəri qatlanmışdır.