Gustav Mahler

Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[1][2][…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[3][4][…]18 may 1911[1][2][…], Vyana, Avstriya-Macarıstan[5][4][…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər.

Qustav Maler
alm. Gustav Mahler
Ümumi məlumatlar
Doğum tarixi 7 iyul 1860(1860-07-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 may 1911(1911-05-18)[1][2][…] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sepsis
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar, klassik musiqi bəstəkarı, qrup rəhbəri[d]
Janrlar klassik musiqi, simfoniya, kamera musiqisi[6]
Təhsili
İmzanın şəkli
gustav-mahler.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı.

Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı. 1878-ci ildə Vyana Konservatoriyasını bitirdikdən sonra Avropa opera teatrlarında yüksək vəzifələr yerinə yetirməklə böyük uğur əldə etdi, 1897-ci ildə Vyana Saray Operasında (Hofoper) drijorluğu isə vəzifəsinin ən yüksək zirvəsi idi. Vyanadakı 10 ili ərzində Maler Antisemit mətbuatı ilə düşmənçilik və qarşıdurma yaşamışdır. Bu mövqeyini qorumaq üçün dinini yəhudilikdən katolikliyə dəyişmişdir. Baxmayaraq ki, onun yüksək səviyyəli fəaliyyətindəki yaradıcı əsərləri və inadkarlığı görkəmli opera drijorlarından biri kimi, xüsusəndə Vagner ve Mozartın səhnə əsərlərinin tərcüməçisi kimi fəaliyyəti şöhrətinə təminat verirdi. Ömrünün sonlarında Maler Nyu York Metropolitan Operası və Nyu York Filarmoniyasının qısa müddətlik direktoru olmuşdur.

Ailə keçmişi

[redaktə | mənbəni redaktə et]

Maler ailəsi Bohemiyanın şərqindən gəlmiş və çətin vəziyyətdə yaşayan ailə olmuşlar. Bohemiya o zamanlar Avstriya İmperiyasının bir hissəsi idi; Maler ailəsi Bohemiyalılar arasında alman dilli azlığa aid olan yəhudu idilər. Satıcının oğlu və bəstəkarın atası olan Bernard Maler, faytonçu və daha sonra mehmanxana sahibi olmaqla özünü kiçik burjuaziyanın sıralarına qata bilmişdir. Bohamiyada Kalisçt kəndində — Praqa ilə bugünkü Çex Respublikasının coğrafi ərazisi olan Moravia, Brnoarasındakı yolun təxminən üstündə yerləşən kiçik bir ev aldı. Bernardın arvadı Mari körpəliyində dünyasın dəyişən, 14 uşağın ilki olan oğlu İsadoru dünyaya gətirdi. 2 il sonra, 7 iyul 1860-cı ildə ikinci oğlu Qustav dünyaya gəldi.

1860-cı ilin dekabrında Bernard Maler arvadı və körpə oğlu ilə birlikdə 25 km cənub-şərqdə yerləşən İglau (Jihlava) şəhərinə köçdü. O burada şərabçılıq və meyxana işi ilə məşğul olmuşdur. Ailə surətlə böyüyürdü ancaq İglauya köçdükdən sonra ailənin 12 uşağından altısı dünyasını dəyişmişdir. Iglau o zaman 20,000 əhalisi olan inkişaf edən ticari şəhər idi. Burada Gustav öz musiqisini küçə mahnıları, rəqs melodiyaları, xalq mahnıları və yerli hərbi orkestranın marşları ilə ictimaiyyətə təqdim etmişdir. Gustav 4 yaşında piano çalmağı öyrənmiş və tez bir zamanda incəliklərinə yiyələnmişdir. Baxmayaraqki, Qustav musiqi bəstələməyi sevirdi, İglau Gimnaziyasından gələn hesabatlar onun dərslərində müvəffəqiyyətli olmadığını göstərirdi. 1871-ci ildə daha yaxşı təhsil alması üçün atası onu Praqada Nyu Town Gimnaziyasına göndərdi, ancaq Qustav orada da uğurlu ola bilmədi və tezliklə İglauya qayıtdı. 1874-cü ildə uzun sürən xəstəlikdən sonra gənc qardaşı Ernstin vəfatı ona ağır zərbə oldu. Maler hisslərini ifadə etməyi musiqidə axtarırdı, dostu Josef Steinerin koməyi ilə, qardaşının əziz xatirəsinə həsr etdiyi Herzog Ernst von Schwaben (Suabiya hersoqu Ernst) operasını yazmağa başladı. Ancaq operanın nə musiqisi, nədə liberettosu günümüzə gəlib çatmışdır.

Gənc Maler məşhur pianoçu Julius Epsteinə imtahan verdi və 1875–1876-cı illərdə universitetə qəbul edildi. Epstein ilə piano dərslərində böyük uğurlar əldə etdi və ilk iki ilin sonunda mükafatlar qazandı. Son illərində, 1877–78-ci illərdə Robert Fuçs və Franz Krennin himayəsi altında bəstəkarlıq və hamoniya üzərində çalışmışdır. Konservatoriyada Malerin tələbə yoldaşları arasında yaxın dostluq etdiyi gələcək bəstəkar Hugo Volf da var idi. Volf Konservatoriyanın ciddi qayda-qanunlarına riayət etmədiyindən konservatoriyadan xaric edilmişdir. Maler də qayda-qanunlara o qədər də tabe olmamış, ancaq eyni taleyi yaşamamaq üçün Hellmesbergerə üzr məktubuyazmışdır. Onun tələbəsi olmamasına baxmayaraq Anton Bruknerin arabir mühazirələrində iştirak etmiş və ondan təsirlənmişdir. 1877-ci il, 16 dekabrda Bruknerin Üçüncü Simfoniyasının primyerasında iştirak etmişdir. Maler və başqa tələbələr sonralar simfoniyanın Bruknerə təqdim etdikləri piano versiyasını hazırlamışlar. 1878-ci ildə Maler Konservatoriyanı üstün nailiyyətlərə görə verilən gümüş medalsız olaraq bitirdi. Daha sonra Vyana Universitetinə qeydə alınmış və ədəbiyyat və fəlsəfə maraqlarını inkişaf etdirmək üçün bir neçə kurslarda iştirak etmişdir. 1879-cu ildə Universiteti bitirdikdən sonra Maler piano müəllimi kimi pul qazanmış, eləcə də bəstəkarlığa davam etmiş və 1880-ci ildə Das Klagende Lied (Musiqinin fəryadı) dramatik kantatasını bitirmişdir.

Bəstəkarın uşaqlığı

[redaktə | mənbəni redaktə et]

1860-cı ildə, Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində almanca danışan çoxuşaqlı yəhudi ailənin oğlu dünyaya gəldi. İçki düşkünü olan atanın ailəsinin ikinci övladı idi. Qorxu və sıxıntılarla keçən uşaqlığının izləri həyatı boyunca davam edir. Ailəsi o hələ uşaq olan zaman Cihlavaya köçdü. Bəstəkarın atası Bernard Maler, faytonçu və daha sonra mehmanxana sahibi olub. Anası isə Mari adlı qadın idi. Ata Maler bir gün Cihlavada evlərinin yaxınlığında olan meşəyə gedərkən balaca Qustavı da özülə aparır, amma vacib bir şeyi unutduğunu xatırlayıb oğlunu ağac kötüyünün üstündə oturdur, tez geri dönəcəyini deyib gedir. Evə gələndə çoxlu qonaqlarının gəldiyini görür. Evdə qonaqlara başı qarışan atası uşağı meşənin ortasında qoyduunu ancaq axşamüstü xatırlayr. Dərhal ora qaçır və Qustavı təbiətin gözəlliyinə heyran olmuş halda saatlardır eyni nöqtəyə baxan halda tapır. Qustav Maler hələ uşaqlıqdan duruşu və danışıq tərziylə yaşıdlarından fərqlənməyi bacarırdı. O, Bohemiyada keçən uşaqlığı dövründə xalq və sənət musiqisinin zəngin mühitində böyüyüb. Küçə mahnıları, salon musiqiləri, kafelərdə çalınan adi mahnılara qədər bir çox musiqi növləri ilə tanış olur. Bütün bunlar onun simfoniyalarına da öz təsirini göstərib.

Musiqi dühası erkən yaşlarından diqqəti öz üzərinə çəkməyi bacardı. Altı yaşında piano çalmağı öyrəndi, 10 yaşında olanda isə ilk konsertini verdi. Ailənin on dörd uşağından səkkizi uşaq yaşlarında vəfat etdi. Bunlar içində Qustava ən pis təsir edəni 1874-cü ildə qardaşı Ernistin uzun xəstəlikdən sonra vəfatı oldu. Bu zaman o, duyğularını musiqi ilə ifadə etmək üçün bir dostunun köməkliyi ilə qardaşının xatirəsinə opera yazmağa başladı, amma o əsərin nə musiqisi, nə də liberettosu günümüzə gəlib çata bildi.

Məktəb həyatında uğurlu olmayan Maleri atası Vyana Konservatoriyasının imtahanlarına göndərdi. 1875–76-cı illərdə konservatoriyaya qəbul olunan Qustav burada uğurlu oldu. 1878-ci ildə konservatoriyadan məzun olan Maler daha sonra Vyana Universitetinə qəbul oldu. Universitetdə ədəbiyyat və fəlsəfə dərslərinə çox diqqətlə yanaşırdı. Artur Şopenhauer və Fredrik Nitze kimi filosofların düşüncələri onun musiqisinə tələbəlik həyatından sonra da təsir göstərirdi.

1879-cu ildə universitetdən ayrılaraq piano dərsləri verməyə başladı. Müxtəlif piano və kompazisiya mükafatları qazandıqdan və konservatoriyanı bitirdikdən sonra bir tərəfdən özünü bəstəkar kimi qəbul etdirməyə çalışırdı, bir tərəfdən də musiqi dərsləri verərək yaşamağa çalışırdı.

Bu müddətdə o, ilk önəmli əsəri olan "Das Klagande Lied" kontatasını bəstələdi. Sonrakı il konservatoriyanın keçirdiyi yarışa bu əsərlə qatıldı, amma "Bethoven Kompazisiyası Mükafatı"nı qazana bilmədiyi zaman orkestrda drijorluğa başladı. Bu müddətdə o, əsər bəstələməyi uzun yay tətilinə saxladı. Ona görə Qustav "yay bəstəkarı" kimi tanınır.

Orkestrin bədii rəhbəri

Qustav Maler sonrakı 17 il müddətində orkestr rəhbərliyində addım-addım yüksəlməyə başladı. O, drijor olaraq "yazılan notların əməl edilməli olan müqəddəs mətinlər olmadığı" düşüncəsilə hərəkət edirdi. Leipziq, Praqa, Budapeşt kimi vacib opera mərkəzlərində çalışdı. 1891–1897-ci illərdə Hampurq opera mərkəzində vəzifəyə keçdi və drijor olaraq böyük şöhrət qazandı. Bu uğurları nəticəsində Qustav 37 yaşında olarkən Avropa üçün böyük əhəmiyyət kəsb edən Vyana Kral Operasında sənət rejissoru oldu. Maler Vyana Kral Operasının sənət rejissorluğuna 1897-ci ildə gətirildi. Daha əvvəl heç bir yəhudi bu vəzifəyə gətirilməmişdi. Maler də bu vəzifəni qəbul edə bilməsi üçün dinini dəyişdirərək katolik olmalı idi.

Məşhur drijor qurumun bədii rəhbəri olduğu 10 il müddətində Vyana Kral Operasına bu gün də davam edən bir sıra qaydalar gətirdi. Məsələn, gec gələn tamaşaçıların səhnənin sonuna qədər salona girməsinin qarşısını almaq tətbiqini gətirən ilk odur. Opera səhnələrini simvollar vasitəsilə sadələşdirməyə çalışdı. Bu mövzuda səhnə dizaynçısı olaraq işləyən rəssam Alfred Roller onun köməkçisi oldu. Vyana qəzetlərində Malerə qarşı aparılan antisemit kompaniya 1907-ci ildə onu ayrılmaq məcburiyyətində buraxana qədər vəzifəsini davam etdirdi. O, bundan sonra duyğularını bu cür ifadə edib: "Həyatda üç qat vətənsizəm – Avstriyada bohemiyalı kimi, Almaniyada avstriyalı,, dünyada isə yəhudi kimi tanındım".

Bəstəkarlığının ilk dövrü

[redaktə | mənbəni redaktə et]

Maler Vyanada drijorluğa başladığı 1897-ci ilə qədər 3 simfoniya bəstələdi. "Titan" başlıqlı birinci simfoniya 1884–1888-ci illərdə bəstələndi. Əsər ilk dəfə 1899-cu il 20 noyabrda Budapeştdə səsləndirildi. 1897–1904-cü illərdə yazdığı ikinci simfoniyası "Ölümdən sonra diriliş simfoniyası" kimi tanınır. Əsər Bethovenin "Koral Simfoniyası"nın təsiri ilə yazılıb. 1893–1896-cı illərdə yazılan altı bölümdən ibarət, üçüncü simfoniyası isə bəlkə də bu günə qədər yazılan ən uzun simfoniyadır. Bəstəkar bu əsəri bəstələyərkən Bethovenin "Pastoral Simfoniyası" ilə Hektor Berliozun "Fantastik Simfoniya"sını örnək alıb.

Bəstəkarlığının II dövrü.

Maler Vyanada orkestrin bədii rəhbəri olduğu zaman ağır iş rejiminə baxmayaraq, 5 simfoniya bəstələdi. 1899–1901-ci illərdə yazdığı dördüncü simfoniya daha əvvəl bəstələdiyi "Das himmlische Leben" adlı mahnı əsasında yazıldı. Bu əsər onun ilk dövr bəstələrindən sayılır. 1901–1902-ci illərdə yazdığı beşinci simfoniyanın ilk səsləndirilməsi isə 1904-cü ildə Kölndə həyata keçdi. 1903–1904-cü illərdə, həyatının ən xoşbəxt dövründə yazdığı altıncı simfoniyasında "Həyatın zərbələri"ni ifadə etmək üçün səhnədə böyük çəkic saxladı. Bu əsər "Faciəvi Simfoniya" kimi tanınır. 1904–1905-ci illərdə bu ümidsizlikdən xilas olmaq üçün yazdığı yeddinci simfoniya "Gecənin mahnıları" kimi tanınır. Bu üç simfoniya instrumental əsərdir. Dini mövzuda yazılan səkkizinci simfoniyada isə çoxlu sayda instrumental və vokal səsə ehtiyac olduğu üçün "Minlər Simfoniyası" adlanır.

Evliliyi və uşaqları

[redaktə | mənbəni redaktə et]

Rəssam Emil Yakob Şindlerin gözəlliyi dillər əzbəri olan qızı Alma kiçik yaşlarından ədəbiyyat və teatrla maraqlanırdı, amma ən böyük bağlılığı musiqiyə idi. Gənc vaxtlarında qatıldığı tədbirlərdə duruşu, cazibədar görünüşü, hərəkətlərilə diqqətləri üzərinə çəkməyi bacarırdı. Almaya hətta "Vyananın ən gözəl qızı" deyirdilər. Onun bir rəssamla və sonra musiqi dərsləri aldığı bəstəkar Zemlinski ilə yaşadığı gənclik eşqləri uzun sürmədi. Alma Şindlerin ən böyük istəyi bəstəkar olmaq idi. Qustav Maler ona ilk baxışdan heyranlıq duydu və çox keçmədən evlənmə təklif etdi. Ailəsi evliliyə qarşı çıxdı, bundan əlavə Maler yazdığı bir məktubda "eyni dam altında iki bəstəkar ola bilməz" yazanda dəhşətə gəldi.

Hər şeyə baxmayaraq Maler Vyana orkestrində çalışdığı zaman, 1902-ci ildə özündən 20 yaş kiçik olan Alma Şindlerlə ailə həyatı qurdu. Cütlüyün dostları bu nikaha çox təəccüblənir və hətta bunun ağıllı bir hərəkət olmasına şübhə edirdi. Onu "başdan xarab əxlaqsız yəhudi" adlandıran Burçhard Malerin bu cür yaxşı ailənin gözəl qızına layiq olmadığını düşünürdü. Malerın ailəsi isə Almanı oynaq, etibarsız və kişilərin onun gözəlliyinə vurulduğunu görməyi sevən bir qadın hesab edirdilər. Alma tezliklə Malerin "ailədə bir bəstəkar olmalıdı" inadından bezir və musiqi təhsilini buraxır. Cütlüyün 1902-ci ilin noyabrında Mariya, 1904-cü ildə isə Anna adlı qızı dünyaya gəlir. Maler "Kindrtotenlieder" ("Uşaq ölümləri haqqında mahnı") adlı əsərini həyat yoldaşı ilk uşağa hamilə olan zaman bəstələməyə başladı. Dostu şair Fredrik Rükertin vəfat edən övladlarına yazdığı şeirlərə mahnı bəstələyən musiqiçi böyük qızı Mariyanı 1907-ci ildə difteriya səbəbindən itirib. Kiçik qızı Anna isə bacısı ilə birlikdə bu xəstəliyə yaxalansa da xilas ola bilir və böyüyüb heykəltaraş olur. Acılarla dolu həyat yaşayan Maler xoşbəxt olmayan ailə problemlərinin üzərinə həm də qızını itirməyin acısını yaşayıb.

1907-ci ildə övladı vəfat etdikdən sonra həkim dostu sayəsində ürək xəstəsi olduğunu və həyatının az qaldığını bilən Maler həmin il Vyanadakı vəzifəsindən uzaqlaşmalı oldu. Bütün xatirələrini içində basdırıb göl kənarındankı evlərindən çıxır və drijorluq karyerasına ABŞ-də davam edir. Metropolitan Opera və Nyu-York Filarmoniyası Orkestrində konsertlər idarə edən sənətkar hər yay Avstriya çəmənliklərinə gedərək orada əsərlər bəstələməyə davam etdi. Qustav Malerin yaşadığı illərdə Vyana və ətrafı Siqmund Freyd, Frans Kafka, Arnold Skönberq kimi məşhurların yaşadığı mədəniyyət və sənət mərkəzi idi. Bu baxımdan bəstəkarın fikir və ruh dünyası bu zənginliklərlə bəslənib.

Alma Qustavla evləndikdən sonra, alışdığı ictimai mühitlərdən uzaqlaşmaq məcburiyyətində qaldı. Möhtərəmliyini itirdiyini düşünməyə başladı, həyat yoldaşı deyil, az qala ev xidmətçisi halına gəlmişdi. İçindəki boşluğu iki uşağı və Malerin 8-ci simfoniyasını ona ithaf etməsi də doldura bilmədi. Almaya daha sonra bəstələrini yayınlamaq da təsəlli olmadı, çünki ən qiymətli illəri əlindən uçub getmişdi. Memar Qropiusla yaxınlaşmasının ardında da elə bu səbəblər var idi.

Qustav həyat yoldaşı ilə Qropiusun eşqini təsadüf nəticəsində öyrənir. Almanın alkoqol içkilərə qarşı müalicə aldığı sanatoriyada tanış olduğu Qropius, sevgisini etiraf etdiyi məktubu yanlış ünvana göndərmişdi və bunun nəticəsində Qustavın bu məktubdan xəbəri olmuşdu. Bu hadisədən sonra onlar üçü görüşür, Maler həyat yoldaşına "ya o, ya mən" deyir. Alma həyat yoldaşını seçsə də Qropiusla olan münasibətini də gizli şəkildə davam etdirdi,

amma yenə də son günlərində həyat yoldaşının yanında oldu. Malerin ölümündən bir il sonra gənc rəssam Kokoşka ilə eşq yaşadı. Ancaq bu əlaqədə də ziyan gördükdən sonra Qropiusla evləndi

Sonuncu həyat yoldaşı isə tanınmış yazıçı Verfel oldu.

Bəstəkarlığının son dövrü

[redaktə | mənbəni redaktə et]

Qustav Malerin son dövrdə yazdığı əsərlərində həyat və ölüm mövzularına geniş yer verdi. Bu əsərlərdən "Das Lied von der Erde" ("Yer üzü mahnıları") bəstəkarın doqquzuncu simfoniyasıdır, amma Maler bu əsərin sonuncu simfoniyası olacağına inandığından ona "Yer üzü mahnısına doqquzuncu simfoniya" adını verib.

Bəstəkarın ölümü

[redaktə | mənbəni redaktə et]

Nyu-Yorka gedən Maler "Carnegie Hall"da 1911-ci ilin fevralında verdiyi konsertdən sonra vəziyyəti daha da ağırlaşdığı üçün ona vətəninə geri dönmək tövsiyə edildi. Həyat yoldaşıyla etdiyi gəmi səfərindən sonra Parisdə klinikaya, sonra isə Vyanada bir sanatoriyaya göndərildi. Təbiət, ölüm, eşq və xəyal qırıqlığının vuruşduğu bu mübarizənin qəhrəmanı 18 may gecəsi son nəfəsini verdi. Bəstəkarın ölərkən son sözü "Motsart, Motsart" olub…

Güclü yağışın altında Vyanada öz vəsiyyəti ilə Grinzinger qəbiristanlığında qızının yanında dəfn olunan Qustav Malerin cənazəsinə böyük kütlə qatılmışdı. Alma həkimlərin göstərişi ilə dəfndə iştirak etməsə də dəbdəbəli dəfn mərasimində iştirak edənlər arasında Arnol Şoenberg, Bruno Valter, Alfred Roller və separatçı rəssam Gustav Klimt və məşhur Avropa Opera Teatrlarının bir çox nümayəndələri var idi. Mərasimin sonunda üfüqdə meydana çıxan göy qurşağının gözəlliyi uzun müddət yaddaşlardan silinmədi. O, bu dünyaya və öz zamanına aid deyildi, əsərləri yaşadığı tarixlərdə anlaşılmırdı. Yüz il əvvəl kağıza yazdığı notlar, bu gün dinləyənlərin ruhunun ən sirli guşələrini işıqlandıran, gücünü heç itirməyən işıltı kimidir…

İlkin dirijorluq karyerası 1880–88

[redaktə | mənbəni redaktə et]

Ilk vəzifələri

[redaktə | mənbəni redaktə et]

1880-ci ilin yayında Linzin cənubunda, Bad Hall şəhərində kiçik bir teatrda Maler ilk peşəkar işinə başladı. Repertuarı tamamilə operettadan ibarət olmuş və Karrın sözləri ilə desək "kiçik ağır iş" idi. 1883-cü ilin yanvarında Maler Olmützdəki (indiki Olomouc) teatrların birində drijor kimi işləməyə başladı. Orkestra ilə o qədərdə ürək açan əlaqələrinin olmamasına baxmayaraq, Maler Bizetin "Karmen" operasıda daxil olmaqla teatra yeni beş opera gətirdi. Kasselin Hessain şəhərində Kral Teatrında bir həftəlik təcrübəsindən sonra Maler 1883-cü ilin Avqustundan etibarən teatrın "Musiqi və Xor Drijoru" oldu. Xoşagəlməz mühitdə işləməsinə baxmayaraq, Malerin Kasseldə böyük uğurları oldu. Ən sevdiyi operası olan Veberin Der Freischütz tamaşasına rəhbərlik etmiş və 1884-cü il, İyunun 23-də Josef Viktor von Şeffelin Der Trompeter von Säkkingen (Sakkingenin Carçıları) pyesinə öz müsiqisini bəstələmişdir və bu Malerin ictimaiyət qarşısında ilk peşəkar işi idi.

Budapeşt, Hamburq 1888–97

[redaktə | mənbəni redaktə et]

1888-ci ilin Oktyabrında Budapeştə gələn zaman, Maler, Magirizatsiya siyasətinin tərəfdarları olan mühafizəkar Macar Millətçiləri ilə, Avstro-Alman mədəni ənənələrini inkişaf etdirmək vəqoruyub saxlamaq istəyən tərəqqipərvərlərin mədəni münaqişəsi ilə üzləşdi. Çətin vəziyyətdən xəbərdar olan Maler ehtiyatlı davranırdı. 1889-cu ilin Fevralında Bernard Maler vəfat etdi, daha sonra isə Malerın bacısı Leopoldin və anası dünyasın dəyişdi. Malerin özü isə hemorit, miqren və daimi olaraq səpkili boğaz ağrılarından əziyyət çəkirdi. Ailəsində və sağlamlığındakı problemlərdən sonra, 1889-cu il, Noyabrın 21-də Budapeştdə Birinci Simfobiyasının təqdimatı uğursuzluqla nəticələndi. Sonuncu Budapeşt zəfəri isə Don Giovanni tamaşası oldu.

Vyana 1897–1907

[redaktə | mənbəni redaktə et]

Drektorluq vəzifəsinə başlamaq üçün imperatorun təsdiqini gözləyən Maler bir müddət Josef Hellmesberger (konservatoriyanın keçmiş direktorunun oğlu) və Hans Riçter kimi drijorlarla birlikdikdə çalışmalı oldu. 8 oktyabrda Maler Hofoper Konservatoriyasının drektor vəzifəsinə resmi olaraq təyin edildi. Yeni vəzifəsində ilk işi Smetanın Çex millətçisi operası Dalibor idi, opera sonda qəhrəman Daliborun sağ qalması hissəsi əlavə olunaraq yenidən işlənib hazırlanmışdır. Bu isə, Maleri " Çex xalqını kiçildib anti-sülalə ilə qardaşlaşdırdığına" görə günahlandıran Vyana Alman millətçiləri arasında böyük qəzəbə səbəb oldu. Malerin vəzifədə olduğu dövrdə Hofoper teatrına 33 yeni opera təqdim edildi, qalan 55-i isə yenidən işlənib hazırlanmışdır. 1902-ci ilin əvvəllərində Vyana Separatizm hərəkatının tərəfdarı olan rəssam Alfred Roller ilə görüşmüşdür. 1 il sonra Maler onu Hofoperdə səhnə dizayneri vəzifəsinə təyin etdi. Burada Rollerin ilk işi Tristan və İsolda əsəri oldu. Maler və Rollerin əməkdaşlığı Bethovenin Fidelio, Gluckın İphagenia en Aulide və Mozartın Le nozee de Figaro kimi operalarından başqa 20 məşhur əsərin ərsəyə gəlməsiylə nəticələndi. 1907-ci ilin əvvəllərində Nyu York Metropoliton Operasının drektoru Henriç Conriedlə danışıqlara başlamış və əlverişli şərtlər çərçivəsində Nyu Yorkda 1 illik müqavilə imzalamışdır. Vyanadakı 10 ili ərzində Maler anti-Semit mətbuatindan müntəzəm olaraq müqavimət və qarşıdurma görmüş ancaq bu 10 il içərisində Maler opera teatrına yeni həyat qazandırdı və sanki onun bütün borclarını təmizlədi, ancaq buna baxmayaraq çox az dost qazanmışdı – deyilənə görə, o öz musiqiçiləri ilə aslan tərbiyəçisi öz heyvanları ilə davranan kimi davranırdı.

Evliliyi və Ailəsi

[redaktə | mənbəni redaktə et]

Vyanadakı ikinci dövründə, Maler Auenbruggerstrasse-də geniş müasir mənzil almış və Maierniggdəki yeni bəstəkarlıq sudiyasının yaxınlığında yay villası tikdirmişdir. 1901-ci ilin Noyabrında teatrın drektoru Maks Brukhardın da qatıldığı yığıncaqda rəssam Carl Mollun ögey qızı Alma Şindler ilə tanış olmuşdur. Maler və onunla operada oxumağa can atan gənc qadınlarla olan qalmaqallardan dolayı Almaonunla tanış olmağa o qədərdə həvəsli deyildi. Aleksandr Von Zemlisnkinin baleti ilə bağlı fikirlərdə razılığa gələ bilməyən bu ikili növbəti gün Hofoperdə görüşməyə razılaşırlar. Bu görüş tezliklə sevgiyə çevrilir. Maler və Alma 1902-ci ilin Martın 9-da kiçik bir mərasimlə evlənirlər. Alma nikaha qədər artıq 1902-ci il, Noyabrın 3-də dünyaya gələn ilk övladı, qızı Maria Annaya hamilə idi. Ikinci qızı Anna isə 1904-cü ildə dünyaya gəldi. Cütlüyün dostları bu nikahdan təəccüblənmiş və hətta bunun ağıllı bir hərəkət olduğuna da şübhə edirdilər. Onu "başdan xarab əxlaqsız yəhudi" adlandıran Burçhard Malerin bu cür yaxşı ailənin gözəl qızına layiq olmadığını düşünürdü. Digər tərəfdəndə Malerın ailəsi Almanı oynaq, etibarsız və kişilərin onun gözəlliyinə vurulduğunu görməyi sevən bir qadın hesab edirdilər. Alma tezliklə Malerin "ailədə bir bəstəkar olmalıdı" inadından bezir və musiqi təhsilini buraxır. 1907-ci ildə Maler Vyanada onun əleyhinə olan mübarizənin təsirindən bezərək ailəsi ilə birlikdə Maierniggə köçür. Gəlişlərindən qısa müddət sonra hər iki qızı skarlatin və difteriya xəstəliyinə tutulurlar. Anna sağalır, ancaq Maria 2 həftə dayanışdan sonra İyulun 12-də vəfat edir. Bu cür ağır itkilərdən qısa müddət sonra Maler ürəyinin qüsurlu olduğunu öyrənir və diaqnozlar Vyanada mütəxəssis tərəfindən təsdiq edilmişdir. Xəstəlik həmçinin depressiyanın göstəricisi idi; yayın sonunda Maierniggdəki villa bağlanmış və bir daha yenidən ziyarət edilməmişdir.

Son illəri, 1908–11

[redaktə | mənbəni redaktə et]

Maler Nyu Yorkda işini 1908-ci il, Yanvarın 1-də Metropolitan Operasında başladı və Nyu Yorkda hələ də qalmaqda olan Vagnerin Tristan və İsolda operasının ixtisar olunmuş versiyasına drijorluq etmişdir. 1908-ci ilin yayında Avstriyaya qayıtdıqdan sonra Maler burada üçüncü və sonuncu bəstəkarlıq studiyasını qurdu. Burada o, qədim Çin poemaları əsasında Hans Bethgenin mətnlərindən istifadə edərək Das Lied von der Erde (Yer kürəsinin mahnısı) əsərini bəstələmişdir. 1908-ci ilin sentyabrın 19-da Praqada Yeddinci Simponiyanın təqdimatı Alma Maler tərəfindən uğurdan çox tənqidlə qaşılandı. 1908–09-cu illərdə Metropolitan rəhbərliyi Malerlə əməkdaşlıq üçün italyan drijoru Arturo Toskanini Nyu Yorka gətirdi. Nyu Yorkdakı dövrünün erkən dönəmində Maler Nyu York Simponiyasi Orkestrası ilə birlikdə üç konsertə rəhbərlik etmişdir.

1909-cu ilin yayında Avropaya qayıdan Maler Doqquzuncu Simponiyası üzərində çalışmağa başladı və bu arada Niderlanda da səfər etmişdir. 1909–10-cu illər Nyu York Filarmoniyasındakı dövrü uzun və yorucu olmuşdur. Maler bu dövrdə 46 konsertə rəhbərlik etmişdir. Alma Malerlə birlikdə qalmağa razı oldu, baxmayaraqki Malerin Gropiusla münasibətləri hələ də gizli olaraq davam edirdi. Maler Səkkizinci Simfoniyasını Gropiusa həsr etmişdir.

Xəstəliyi və ölümü

[redaktə | mənbəni redaktə et]

1910-cu ilin yayında Maler Onuncu Simfoniyası üzərində çalışmış və 1910-cu ilin Noyabrında Alma ilə birlikdə Nyu Yorka qayıtmışdır.1910-cu ilin Miladında daimi olaraq boğaz ağrısından əziyyət çəkməyə başladı. 1911-ci ilin Fevralın 21-də Maler 40 °C hərarətin olmasına baxmayaraq, Carnegie Hall-da keçirilənVeberin Oberon Uverturası, Liszt-in Les Preludes, Mandelssohn-nın Violin Concerto və Bethovenin Yeddinci Simfoniyasından ibaret konsert proqramında təkidlə olsa da iştirak etdi vəbu konsert Malerin rehberlik etdiyi son konsert oldu. Bir neçə həftəni yataqda keçirdikdən sonra Malerə yoluxucu endokartid diaqnozu qoyuldu və ürək klapanları qüsurlu olan xəstələr bu xəstəliyə meyilli olduğundan Malerin sağ qalmaq şansı demək olarki yox idi. Ancaq Maler ümidini itirmədi. Aprelin 8-də Maler ailəsi və baxıcısı ilə birlikdə Avropaya gedən SS Amerika gəmisi ilə Nyu Yorku tərk etdilər. 10 gün sonra Parisə çatdılar və burada Maler Neuilly kiliniki xəstəxanasına yatırıldı, ancaq səhhətində heç bir irəliləyiş olmadı. Mayın 11-də qatarla Vyanadakı Loü Sanatoriyasına aparılmış və Mayın 18-də burada vəfat etmişdir. 1911-ci ilin Mayın 22-də Maler vəsiyyətinə görə Grinzing qəbirsanlığında dəfn olunmuşdur. Alma həkimlərin göstərişi ilə dəfndə iştirak etmədi, ancaq dəbdəbəli dəfn mərasimində iştirak edənlər arasında Arnol Şoenberg, Bruno Valter, Alfred Roller və Separatçı rəssam Gustav Klimt və məşhur Avropa Opera Teatrlarının bir çox nümayəndəri var idi. Alma Maler ərinin ölümündən sonra 50 il yaşadı, o, 1964-cü ildə vəfat etmişdir. 1915-ci ildə Walter Gropius ilə evlənmiş ancaq 5 il sonra ondan boşanmışdır. 1929-cu ildə isə yazıçı Franz Werfel ilə evlənmişdir. 1940-cı ildə Malerlə keçirdiyi illərin xatirələrinə həsr etdiyi Qustav Maler: Xatirələr və Məktublar adlı memuarını çap etdirmişdir. Ancaq sonralar bioqraflar tərəfindən Malerin həyatının natamam, seçiçi və özünü sevən bir tablosu yaratdığına görə tənqid edilmişdir. Bəstəkarın qızı Anna Maler məşhur heykəltaraş olmuş, 1988-ci ildə vəfat etmişdir. Beynəlxalq Qustav Maler Cəmiyyətinin əsası 1955-ci ildə Vyanada qoyulmuşdur. Ilk vitse-prezidenti Bruno Walter, fəxri üzvü isə Alma Maler idi. Cəmiyyətin məqsədi Malerin əsərlərinin bütöv bir nəşrini üzə çıxarmaq və bəstəkarın həyatının bütün dövrlərini əhatə etmək idi.

Mahler böyük Alman simfonisti kimi tanınmışdır. Malerə görə Wagner, Bethovendən sonra onun musiqisinin inkişafında tesiri olan yeganə bəstəkardır.

Malerin yaradıcılığı iki janrdan ibarətdir: simfoniya və mahnılardan. Bitirdiyi doqquz simfoniyasından başqa, onun başlıca əsərlərini Lieder eines fahrenden Gesellen ("Yolçunun mahnıları"), Kindertotenlieder (Uşaqların ölməsi haqqında mahnılar)mahnı silsilələri, simfoniyanın sintezi və Das Lied von der erde (Yer kürəsinin mahnısı) mahnı silsiləsi təşkil edir.

Simfonik yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Malerin simfonik yaradıcılığı bir qayda olaraq üç dövrə bölünür. Birinci dövrdə Wunderhorn poemalarını oxuması üstünlük teşkil edir və ilk dörd simfoniyadan ibarətdir. Malerin yaradıcılığının ikinci dövrü 5-ci simdoniyadan 7-ci simfoniyaya qədər olan dövrdür. Burada Maler üçüncü simponiyasında da istifadə etdiyişeypur kimi qeyr-adi musiqi alətlərindən istifadə etmişdir. Malerin simfonik yaradıcılığının üçüncü dövrü tamamlaya bilmediyi 8, 9 və 10-cu simfoniyalarından, elecədə Das Lied ver don Erde mahnı silsiləsindən ibarətdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Gustav Mahler // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 The Fine Art Archive. 2003.
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  5. 1 2 Малер Густав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. maniadb (ing.). 1996.