GÖBƏLƏKLƏR

сущ. бот. грибы (низшие споровые растения, живые организмы, лишённые хлорофилла, – плесень, дрожжи и т.п. , питающиеся готовыми органическими веществами и т.п. ). ali göbələklər высшие грибы, zəhərli göbələklər ядовитые грибы, parazit göbələklər паразитические грибы, torpaq göbələkləri почвенные грибы
GÖBƏLƏKCİKLƏR
GÖBƏLƏKLİ
OBASTAN VİKİ
Göbələklər
Göbələk (lat. Fungi) — mayalar və kiflər kimi mikroorqanizmlər və eləcə də geniş yayılmış papaqlı göbələklər kimi eukariot orqanizmlərin daxil olduğu geniş qrupdur. Göbələklər bitkilər, heyvanlar, bakteriyalar və protistlərdən fərqlənən və ayrıca bir aləm kimi Göbələklər adı altında birləşdirilən orqanizmlərdirlər. Xitindən təşkil olunan hüceyrə divarı göbələkləri bakteriyalar, bitkilər, heyvanlar və protistlərdən fərqləndirən başlıca əlamətdir(Protistlər və bitkilərdə hüceyrə divarı əsasən sellüozadan təşkil olunur). Əksər göbələklər mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Göbələklər əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkünür. Göbələkləri öyrənən elm mikologiya adlanır. Göbələklərin 100 000-ə qədər növü var. == Göbələklərin ortaq cəhətləri == Fərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir çox cəhətlər vardır: Onların hamısı sporla çoxalır. Papağın alt hissəsində sporangilər yerləşir.
Daş göbələklər
Daş göbələklər — göbələk formasında olan Tənha qaya. Daş göbələklərin yaranma səbəbi müxtəlif ola bilər: Eroziya, küləyin fəaliyyəti, buzlaqların ekzarasiyası, karst və s. Bu tip təbiət abidələrində dünyanın bir çox ölkələrində rast gəlinir. Daş göbələklərə misal kimi Çulışman, Soltera və s. göstərmək olar.
Kisəli göbələklər
Kisəli göbələklər (lat. Ascomycota) — fungi aləminə aid göbələk şöbəsi. Bu şöbə 30000-dən artıq növü birləşdirir ki, bu da məlum göbələk növlərinin 30 %-ni təşkil edir. Kisəli göbələklərin əsas əlaməti cinsi proses nəticəsində kisələrin və ya askların, yəni sabit sayda, adətən 8 ask sporundan təşkil olunmuş təkhüceyrəli strukturun əmələ gəlməsidir. Kisələr ya birbaşa ziqotdan ya da bu ziqotdan meydana gələn askogen hiflər əsasında yaranır. == Ümumi xarakteristikası == Bu göbələklərin vegetativ cismi şaxələnmiş haploid mitselilərdən təşkil olunmuşdur, onlarda septalaşaraq arakəsmələrə malikdir. Kisəli göbələklərin hüceyrə divarının tərkibi xitin və qulikan, o cümlədən, D-qlükozanın polimerlərindən ibarətdir. Kisəli göbələklərin vegetativ çoxalması ya mitselinin fraqmentləşməsi, ya da mayayabənzər hüceyrələrin bölünməsi yolu ilə həyata keçirilir. Bu göbələklər arasında qeyri-cinsi çoxalma da geniş yayılmışdır. Bu göbələklərin qeyri-cinsi çoxalması həmişə ekzogen sporlar və ya konidilər vasitəsilə həyata keçirilir.
Şampinyon göbələklər fəsiləsi
Parazit göbələkləri
Parazit göbələklər — bitki xəstəliklərini törədən göbələklərdir. Parazit göbələyinin törətdiyi xəstəliklər aşağıdakılardı: Sürmə — Çiçəkli orqanlarda müşahidə olunur; sünbülləşmə zamanı qaralmış yaxud formasını itirmiş sünbül xaricə çıxır. Çovdar mamırı — Çovdar çiçəkləyən zaman göbələyin sporları yumurtalığı zədələyir. Nəticədə dən yerinə tünd qəhvəyi rəngdə buynuzcuq əmələ gəlir. Məhsuldarlığı kəskin azaldır. Pas göbələkləri — Zədələnmiş bitkilər narıncı və ya pas rəngdə ləkələrlə örtülür. Kartof çürüməsi — Bitkilərin yarpaqlarını zədələyir, onların üzərində tünd ləkələr əmələ gəlir. Rütubətli havada qaralır və çürüyür, güclü zədə onları məhv edir. Kartof yumurtalarını və pomidorun meyvələrini zədələyir. Mildium — Üzüm meyvəsinin (tənək) təhlükəli parazitidir, ilk növbədə budaq, meyvə və xüsusilə yarpaqları zədələyir.