gömültmək
gön
OBASTAN VİKİ
Gömülü
Gömülü – proqram təminatında: başqa bir proqram kodunun içərisinə yerləşdirilmiş xüsusi kod və ya komandalar. Məsələn, gömülü çap komandaları çapa verilən sənədin formatının (biçiminin) idarəedilməsi üçün sənəddə yerləşdirilmiş kodlardır. Gömülü assembler kodu C kimi yüksək səviyyəli dildə yazılmış proqramda yerləşdirilmiş assambler dilindəki komanda, funksiya və ya altproqramdır. Gömülü koddan proqramın çalışma sürətini və ya səmərəliliyini artırmaq və ya yüksək səviyyəli dillərdə olmayan imkanları gerçəkləşdirmək üçün istifadə edilir. Aparat təminatında: başqa bir qurğunun tərkibində fəaliyyət göstərən (yəni ona inteqrasiya olunmuş) xüsusi təyinatlı qurğu (məsələn, gömülü kompüter).
Gömülü sistemlər
Gömülmüş sistemlər (ing. Embedded System) — mikroprosessorlu sistemlər olub, xüsusi funksiya yerinə yetirən, mexaniki, elektrik və elektro-mexaniki sistemlərin içərisinə gömülmüş kompüter sistemləri. Personal kompüterlərdən fərqli olaraq gömülmüş sistemlər xüsusi əməliyyatların öhdəsindən gəlmək üçün dizayn edilir.
Sanbe Azukihara gömülü meşəsi
Sanbe Azukihara gömülü meşəsi (三瓶小豆原埋没林, Sanbe Azukihara maybotsurin) – Yaponiyanın Şimane prefekturasının Oda şəhərinin Sanbe rayonunda yerləşən gömülü meşə. == Tarixi == Gömülü meşə 4000 il əvvəl Sanbe vulkanının püskürməsi nəticəsində yaranmışdır. Vulkandan çıxan lava axınları Azukihara dərəsində yerləşən meşələrin üstünü bağlamış və gömülü meşənin yaranmasına səbəb olmuşdur. Bu hadisə Comon dövründə baş verdiyi üçün meşəni Sanbe Comon gömülü meşəsi də adlandırırlar. Gömülü meşəyə aid ilk ağac gövdəsi 1983-cü ildə Azukihara dərəsində aparılmış çəltik plantasiyası tikintisi zamanı aşkar edilmişdir. 1998–2000-ci illərdə ərazidə geniş tədqiqat və qazıntı işləri aparılmış, nəticədə, gömülü meşəyə aid 30 ağac gövdəsi aşkarlanmışdır. Onların 80%-i yapon sidri, qalanları isə atşabalıdı, yapon zelkovası, ağ palıd və s. kimi ağaclardır. Aşkarlanmış ən böyük ağac gövdəsi 12,5 metr hündürlüyündə və 2,5 metr diametrində olan yapon sidridir. == Muzey == Meşənin qalıqlarını sərgiləmək üçün Sanbe Azukihara Gömülü Meşə Muzeyi (さんべ縄文の森ミュージアム) yaradılmışdır.
Uozu Gömülü Meşə Muzeyi
Uozu Gömülü Meşə Muzeyi (魚津埋没林博物館, Uozu Maybotsurin Hakubutsukan) – Yaponiyanın Toyama prefekturasının Uozu şəhərində yerləşən muzey. Muzey şəhərdə kəşf edilmiş gömülü meşənin qalıqlarına və Toyama körfəzində müşahidə olunan ilğım hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1930-cu ildə liman tikintisi zamanı dəniz yatağının altında qalmış bütöv bir meşənin qalıqları kəşf edilmişdir. Əsasən yapon sidrlərindən ibarət olan bu meşə təxminən 2000 il əvvəl dəniz səviyyəsinin qalxması və çay daşqınları səbəbilə gömülmüşdür. Uozu Gömülü Meşə Muzeyi bu meşənin qalıqlarını nümayiş etdirmək məqsədilə 1955-ci ildə orijinal qazıntı işlərinin yerində açılmışdır. 1992-ci ildə muzeydə əsaslı yeniləmə işləri aparılmışdır. Muzey 2014-cü ildə yaradılmış Tateyama Kurobe geoparkının əsas təsisatlarından biridir. == Xüsusiyyətlər == Muzey fərqli dizaynda olan 3 binadan ibarətdir. Hər bir bina Uozo şəhərinin tarixinə aid üç əsas şeyi təmsil edir: Tatemon festivalı, sidr ağacı və zaman kapsulu. Muzeydə Uozu gömülü meşəsinin kökləri və digər qalıqları (toxumlar, cücülər və s.) sərgilənir.
Sanbe Azukihara Gömülü Meşə Muzeyi