Gözləmə (Urmiya)
Gözləmə (az.-əski. گؤزلَمه) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb.
== Lazım olan ərzaqlar ==
3 stəkan süzmə və ya qatıq
4 ədəd yumurta
4 diş sarımsaq
Yarım fincan su
Lazım olan miqdarda kərə yağı və ya sarı yağ
Lavaş çörəyi
Duz
== Hazırlanma qaydası ==
İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.