GÜLƏVƏR

сущ. бот. центаурея (вид растений рода васильков)
GÜLƏŞMƏK
GÜLƏYƏN
OBASTAN VİKİ
Güləvər
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Göy güləvər
Günəbaxanvari güləvər
Günəbaxanvari güləvər (lat. Centaurea solstitialis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Səpələng güləvər
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Adi güləvər
Adi güləvər (lat. Centaurea benedicta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Centaurea benedicta var. benedicta Centaurea benedicta var. kotschyi (Sch.Bip.) Ghaz.
Behen güləvəri
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.
Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa (0.5 mm uzunluğunda) kəkillidir.
Qarabağ güləvəri
Qarabağ güləvəri - (lat. Centaurea karabaghensis (Sosn.) Sosn.) Asterkimilər – (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdə 25-35 sm hündürlüyündə, yarpaqlar üst tərəfdən yaşıl, alt hissədən bozumtul keçətüklü; kökətrafı yarpaqlar əsasən uzunsov, lələkvari bölümlü, yumurtavari seqmentli; orta gövdə yarpaqları lələkvari; ən yuxarıdaki yarpaqlar azalmış, liraşəkilli, bütöv və ya bir neçə dişcikli, lansetşəkilli sanki səbəti bürümüşdür. Səbətlər orta böyüklükdə; sarğı yumurtşəkilli silindirvari, 1,5-2 sm enində; sarğı yarpaqları enli yumurtşəkilli, tutqun, kənarları qəhvəyi, ağ saçaqlı; çiçəktünd-qırmızıdır. Çiçəkləmə və meyvə əmələgətirmə iyun-avqsut aylarına təsadüf edir. Kserofit, quru, daşlı yamaclarda rast gəlinir. İşıqsevən, duzlaşmaya davamlı bitkidir. Toxumla çoxalır, müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Acosta arenaria (M.Bieb. ex Willd.) Soják Spilacron crupinoides Cass.
Zaqafqaziya güləvəri
Zaqafqaziya güləvəri (lat. Centaurea transcaucasica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurea transcaucasica subsp. alexandri (Bordz.) Mikheev Centaurea transcaucasica subsp. georgica (Klokov) Mikheev Centaurea transcaucasica subsp.
Əkin güləvəri
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.

Значение слова в других словарях