Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.